Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-282/2025 14.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 14 fevral 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon X13 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarına əsasən JN-492 Kod 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət X1 aid hissədə Ərizəçi1, X5 aid hissədə Əfəndiyeva (İsmayılova) Güləsər Famil qızına məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarına əsasən JN- 492 Kod 50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə Qazax rayonu Çaylı kəndində 0,94 ha kənd təsəttüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X21rın adı “Ərizəçi1” əvəzinə yanlış olaraq “X6” kimi, “Ərizəçi2”nın adı yanlışlıqla “X7” kimi qeyd edilmişdir. Halbuki onlara məxsus bütün sənədlərində onların adı Ərizəçi1 və Ərizəçi2 kimi göstərilmişdir. Bu sənəddə texniki səhvə yol verilməsi torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə bağlı onlara çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatının dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: nikah haqqında arayışdan görünür ki, X9 və X14 xx.xx.1989-cu ildə 67 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1962-ci il tarixdə doğulmuşdur. Nikah haqqında arayışdan görünür ki, X17 və X10 xx.xx.2014-cü ildə 48 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Əfəndiyeva soyadı verilmişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü il tarixdə doğulmuşdur. JN-492 KOD 50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktınin surətindən görünür ki, Qazax rayonu, Çaylı kəndində yerləşən 0,94 hektar torpaq sahəsi X9, X6, X11, X12 və X4 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Çaylı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli 5-58-10-12-21/2-1683/2024 saylı arayışından görünür ki, JN-492 KOD 50112018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi1 və Ərizəçi2 adı səhvən X6 və X2 yazılmışdır. Çaylı kəndində adları qeyd olunmuş vətəndaşlardan başqa bu adda heç kim yaşamır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 0,94 ha torpaq sahəsinə dair tərtib edilmiş JN–492 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə məxsus bütün sənədlərdə “Ərizəçi1 və Ərizəçi2” kimi göstərilsə də, JN-492 KOD 50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “X6 və X8” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X6 və X8” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi1 və Ərizəçi2”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-492 KOD 50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, nikah haqqında arayışlar, şəxsiyyət vəsiqələrinin surəti ərizəçilər tərəfindən, onların özlərinə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə bağlı tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon X13 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarına əsasən verilmiş JN-492 KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının “X6”na aid hissədə “Ərizəçi1”na, “X7”na aid hissədə “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Qazax rayon X13 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarına əsasən verilmiş JN-492 KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının “X6”na aid hissədə “Ərizəçi1”na, “X7”na aid hissədə “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-282/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-282/2025
14.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver