Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-291/2025 05.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1971-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, qardaşı, xx.xx.1971-ci il təvəllüdlü X8 anadan olandan "FZ 73 - Çox ağır dərəcəli əqli gerilik. Enurez. Qeyri üzvi mənşəlli enkoprez" diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. Ona bu xəstəliyi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Bu xəstəliyinə görə o, Qazax Psixiatriya xəstəxanasında qeydiyyata alınmış və orada müalicə olunmuşdur. O, hazırda öz hərəkətlərinin mənasını başa düşmür, onunla birlikdə yaşayır, ona o qulluq edir. X1 onun himayəsində olması və ona qulluq etməyi ilə əlaqədar olaraq dövlət tərəfindən təyin olunan müavinətlərlə təmin olunmağı məqsədi ilə aidiyyatı dövlət qurumlarına müraciət edərkən, ona həmin müavinətin verilməsi üçün qardaşının üzərində qəyyum (himayəçi) təyin olunmağının vacib olduğunu bildirdimişlər. X1 fəaliyyət qabiliyyətinin olmamasına dair faktı təsdiq sənədi başqa qaydada ala bilmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil xx.xx.1971-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsi və vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2226 nömrəli məktubundan görünür ki, xx.xx.1971-ci il tarixdə anadan olmuş X3 Psixiatriya xəstəxanasında ambulator qeydiyyatdadır və müalicə olmuşdur. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının qərarından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X5 diaqnozu 2.2. ikinci dərəcə əlillik digər: Çox ağır dərəcəli əqli gərililik.Enurez.Qeyri üzvi mənşəli enkoprez. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qazax rayon Quşçu Ayrım kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X3 rayon Quşçu Ayrım kəndində qeydiyyatdadır və Ərizəçi qardaşıdır və onunla birlikdə yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında X2 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında X2 qeyd edilmişdir. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 120 nömrəli rəyindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X8 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debilik səviyyəsində), davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F70.1 xəstəliklə əlaqədar olaraq öz hərəkətlərinin mənasını tam başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilmək qabiliyyətində deyildir. X8 fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, xx.xx.1971-ci il təvəllüdlü X8 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debilik səviyyəsində), davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F70.1 xəstəliklə əlaqədar olaraq öz hərəkətlərinin mənasını tam başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilmək qabiliyyətində deyildir. X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.1971-ci il tarixdə anadan olmuş X8 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1971-ci il tarixdə anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx.xx.1971-ci il tarixdə anadan olmuş X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-291/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-291/2025
05.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver