Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-312/2023 14.03.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X10 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş JN–0045 KOD 50110018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət X2 aid hissədə ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X19 oğlu ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli, 08 saylı qərarı ilə ona və ailə üzvlərinə Qazax rayonunun Orta Salahlı kəndində 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN–0045 KOD 50110018 nömrəli Dövlət aktında onun adı “X10” əvəzinə “X11” kimi səhv qeyd edilmişdir. Onun adı bütün sənədlərində “X10” kimi yazılmışdır. Hal-hazırda adının səhv yazılması həmin torpaq sahəsinə dair müəyyən sənədləşmə işlərində ona maneə yaradır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi X10 ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılaraq ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1961-ci il tarixdə doğulmuş X5 atası X14, anası X4r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 və X13 xx.xx.1985-ci ildə 08 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Qəhrəmanova soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı 09381262 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan, JN–0045 KOD 50110018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Orta Salahlı kəndində yerləşən 2,12 hektar torpaq sahəsi X8, X3, X6 və X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Qazax RİHB-nın Aşağı Salahlı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2022-ci il tarixli 11-21/740 saylı arayışdan görünür ki, JN–0045 KOD 50110018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət X1 adı səhvən X22 kimi yazılmışdır və həmin adda Qazax rayonu Orta Salahlı kəndində heç kim yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçiyə məxsus bütün sənədlərdə “X19 oğlu” kimi göstərilsə də, JN–0045 KOD 50110018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında “X11” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X11” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “X10”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN–0045 KOD 50110018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının, doğum və nikah haqqında şəhadətnamələrin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpağın alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–0045 KOD 50110018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının “X11”na aid olan hissədə “X10”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş JN–0045 KOD 50110018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının “X11”na aid olan hissədə “X10”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-312/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-312/2023
14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver