Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-344/2025 07.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarı ilə X15, X6, X9, X4 Qazax rayonu Daşsalahlı kəndi ərazisində mülkiyyətinə verilmiş 0.17 hektar torpaq sahəsi haqqında JN-071A, Kod 50100038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə "X15"na aid hissədə X10, "X6"na aid hissədə Ərizəçi1, "X11"na aid hissədə Ərizəçi2 məxsus olması faktı müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarı ilə X15, X6, X9, X4 ümumi birgə mülkiyyətinə JN- 071A, Kod 50100038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0.17 hektar torpaq sahəsi verimişdir. Həmin Şəhadətnamədə müəyyən yanlışlıqlara yol verilmişdir. Belə ki, X7 ata adı "Yusub" səhvən 'Yusif", "Sürayə" adı səhvən "Sürəyya", "Qəmər" isə "Qənirə" olaraq yazılmışdır. X16 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. X13 isə xx.xx.2011-ci il tarixdə X5 ilə nikah bağladıqdan sonra İsmayılova soyadı almışdır.Qazax RİHB-nin Daşsalahlı kənd İƏD üzrə nümayəndəliyinin 5-58-12-21/2-2095/2024 saylı, xx.xx.2024-cü il tarixli Aktında göstərilir ki, JN-071A, KOD 50100038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə soyad, ad, ata adı texniki səhv olaraq X15, X6, X2 yazılmışdır. Komissiya müəyyən etmiş ki, onların adı, soyadı, ata adı X16, Ərizəçi1, Ərizəçi2dır. Qazax RİHB-nin Daşsalahlı kənd İƏD üzrə nümayəndəliyinin 5-58- 11-12-21/2-2228/2024 saylı, xx.xx.2024-cü il tarixli Arayışında göstərilir ki, JN-071A, KOD 50100038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı səhvən X11 yazılmış şəxs həqiqətən Ərizəçi2dır. Daşsalahlı kənd İƏD üzrə nümayəndəliyi bildirmişdir ki, Daşsalahlı kəndində X11 adında şəxs qeydiyyatda deyil və yaşamır. Qazax RİHB-nin Daşsalahlı kənd İƏD üzrə nümayəndəliyinin 5-58-11-12-21/2-2081/2024 saylı, xx.xx.2024cü il tarixli Arayışında göstərilir ki, JN-071 A, KOD 50100038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı səhvən X6 yazılmış şəxs həqiqətən Ərizəçi1dır. Bu yanlışın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Həmin idarənin xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2- H-0341-35/24 nömrəli Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildirişi ilə ərizənin icrasından imtina edilmiş və Məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Mülki işin məhkəmə baxılmağa hazırlanması zamanı ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişlər ki, Qazax rayon Aqrar İslahatı Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə verilmiş JN-71A KOD 50100038 №-li nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X6”na aid hissədə Ərizəçi1”na, “X11”na aid hissədə “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, İş materiallarında olan Ərizəçi1 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun adı soyadı və ata adı Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan Ərizəçi2 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun adı soyadı və ata adı Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X5 ilə X13 xx.xx.2011ci il tarixdə 12 qeydi ilə rəsmi nikaha daxil olmuşlar. X8 “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X15 ilə X3 xx.xx.1973cü il tarixdə 07 qeydi ilə rəsmi nikaha daxil olmuşlar. X1 “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X13 xx.xx.1989-cu il tarixdə anadan olmuş, ata qrafasında X15, ana qrafasında isə Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənova (İsgəndərova) Sürayə Məmməd qızı xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Paris xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qazax Rayon İcra Hakimiyyəti başçısının Daş Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi tərəfindən verilmiş JN-071A nömrəli Torpağa mülkiyyət hüququna dair torpaq şəhadətnaməsində soyad, ad, ata adı texniki səhv olaraq X6 və X2 göstərilsədə həqiqətəndə, Ərizəçi1 və Ərizəçi2 kimidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 5-58-11-12-21/2-2081/2024 saylı arayışdan görünür ki, JN-071A, Kod 50100038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı səhvən X6 yazılmış şəxs həqiqətən Ərizəçi1dır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 5-58-11-12-21/2-2288/2024 saylı arayışdan görünür ki, JN-071A, Kod 50100038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı səhvən X11 yazılmış şəxs həqiqətən Ərizəçi2dır. Daş Salahlı kəndində X11 adlı şəxs yaşamır. İş materiallarında olan JN-071A, Kod 50100038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixli, 04 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0.17 ha torpaq sahəsi X15, X6, X9, X4 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 0.1696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş JN-71A nömrəli şəhadətnamədə mülkiyyətçilərin adları, atalarının adları və soyadları arxiv məlumatları ilə eynidir. Lakin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-71A nömrəli şəhadətnamədə göstərilən mülkiyyətçilərin adları, atalarının adları,və soyadları şəxsiyyəti təsdiq sənədlərdə və ölüm haqqında şəhadətnamədə fərqlidir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-71A nömrəli şəhadətnamədə gös:ərilən torpaq mülkiyyətçilərinin həqiqətən şəxsiyyəti təsdiq sənədlərdə və ölüm haqqında şəhadətnamədə göstərilən şəxslərlə eyni olmasını təsdiq edən akt və ya məhkəmə qətnaməsi ərizənizə əlavə edilməmişdir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin bütün sənədlərində “Ərizəçi1 və Ərizəçi2 kimi göstərilsə də, JN-71A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən “X6 və X11” kimi göstərilmişdir. Şəhadətnamədə səhvən göstərilən “X6 və X11” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi1 və Ərizəçi2 ilə eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-71A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, şəxsiyyət vəsiqələrinin surəti, və nikah şəhadətnaməsində ərizəçilər tərəfindən onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-71A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X6”na aid hissədə Ərizəçi1”na, “X11”na aid hissədə “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə verilmiş JN-71A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X6”na aid hissədə Ərizəçi1”na, “X11”na aid hissədə “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-344/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-344/2025
07.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver