Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-349/2025 27.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, ərizəçilər Ərizəçi1, Qaracayeva (Süleymanova) Tamella Cahandar qızının və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Qaracayeva (Süleymanova) Tamella Cahandar qızının və Ərizəçi3 «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Qaracayeva (Süleymanova) Tamella Cahandar qızı və Ərizəçi3 ərizə ilə müraciət edərək, Qazax rayon X5 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə JN- 302 KOD 50110018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Süleymanova Tamellaya aid hissədə Qaracayeva (Süleymanova) Tamella Cahandar qızına, Ərizəçi1 aid hissədə Ərizəçi1 və Ərizəçi3 aid hissədə Ərizəçi3 məxsus olması faktı müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə JN-302 KOD 50110018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onların mülkiyyətində Qazax rayonu Orta Salahlı kəndində 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair dövlət aktında onların ata adları səhvən göstərilməmişdir. Qazax rayon İcra hakimiyyətinin başçısının Orta Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışında da qeyd olubduğu kimi onların ata adları səhvən qeyd edilmişdir. Həmin torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında və şəhadətnamədə olan səhvlik onların müəyyən sənədləşməni aparmağında çətinlik yaradır. Qazax rayon X5 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə JN-302 KOD 50110018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Süleymanova Tamellaya aid hissədə Qaracayeva (Süleymanova) Tamella Cahandar qızına, Ərizəçi1 aid hissədə Ərizəçi1 və Ərizəçi3 aid hissədə Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi Qaracayeva (Süleymanova) Tamella Cahandar qızı ərizəni müdafiə edərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəni müdafiə edərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1978-ci il tarixdə anadan olmuş, ata qrafasında X4, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qaracayeva (Süleymanova) Tamella Cahandar qızı xx.xx.1976-ci il tarixdə anadan olmuş, ata qrafasında X4, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1981-ci il tarixdə anadan olmuş, ata qrafasında X4, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Qaracayeva (Süleymanova) Tamella Cahandar qızı xx.xx.2010-cu il tarixdə 295 qeydi ilə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ərizəçi1 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun adı soyadı və ata adı Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan Ərizəçi2 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun adı soyadı və ata adı Ərizəçi2 kimi qeyd edilmişdir İş materiallarında olan Ərizəçi3 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun adı soyadı və ata adı Ərizəçi3 kimi qeyd edilmişdir İş materiallarında olan JN-302 KOD 50110018 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 08 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Orta Salahlı kəndində yerləşən 2.27 ha torpaq sahəsi X2, Ərizəçi1, Süleymanova Tamellanın və Ərizəçi3 mülkiyyət hüququna verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu, Orta Salahlı kəndində yerləşən 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş JN-302 nömrəli dövlət aktında mülkiyyətçilərin adları, atalarının adları və soyadlarə arxiv məlumatları ilə eynidir. Lakin “Torpağa mülkiyyət hüququna dair” JN-302 nömrəli dövlət aktında mülkiyyətçilərin adları, atalarının adları göstənlən mülkiyyətçilərin adları, atalarının və soyadları şəxsiyyəti təsdiq sənədlərdə yə ölüm haqqında şəhadətnamədə fərqlidir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qazax rayonu Orta Salahlı kənd nümayəndəliyinin arayışından görünür ki, JN-302 nömrəli (KOD ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktında Orta Salahlı kənd sakinləri Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 soyadı, adı, atasının adı düzgün qeyd edilməmişdir. X6, Ərizəçi1 və Ərizəçi3 kimi qeyd edilmişdir. Həqiqətən vətəndaşın soyadı, adı, atasının adı Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3dur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin bütün sənədlərində “Qaracayeva (Süleymanova) Tamella Cahandar qızı, Ərizəçi1 və Ərizəçi3” kimi göstərilsə də, JN-302 KOD 50110018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında səhvən “Süleymanova Tamella, Ərizəçi1 və Ərizəçi3” kimi göstərilmişdir. Dövlət aktında səhvən göstərilən “Süleymanova Tamella, Ərizəçi1 və Ərizəçi3” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 ilə eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-302 KOD 50110018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının, şəxsiyyət vəsiqələrinin surəti, və nikah şəhadətnaməsində ərizəçilər tərəfindən onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçlər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-302 KOD 50110018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının “Süleymanova Tamella”ya aid hissədə Qaracayeva (Süleymanova) Tamella Cahandar qızı”na, “Ərizəçi1”ya aid hissədə “Ərizəçi1”na, “Ərizəçi3”ya aid hissədə isə “Ərizəçi3”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş JN-302 KOD 50110018 №-li nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının “Süleymanova Tamella”ya aid hissədə Qaracayeva (Süleymanova) Tamella Cahandar qızı”na, “Ərizəçi1”ya aid hissədə “Ərizəçi1”na, “Ərizəçi3”ya aid hissədə isə “Ərizəçi3”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-349/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-349/2025
27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver