Məhkəmə qərarları › İş №2(023)-367/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-367/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-367/2023 30.03.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 28 mart 2022-ci il tarixli MAS-4960 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 noyabr 2022-ci il tarixinə 560,37 manat gecikdirilmiş əsas, 253,85 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 337,85 manat dəbbə pulu, ümumilikdə 1.152,07 manat borc və ödənilmiş 31,53 (otuz bir manat 53 qəpik) manat dövlət rüsumu tutulub İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 mart 2022-ci il tarixli MAS-4960 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, 77 PD-084 dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440598 ban nömrəli, ağ rəngli avtomobil 17.000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17,5 faiz hesablanmaqla 48 ay müddətə hər ay sabit məbləğ olmaqla 407,60 manat, ümumilikdə isə 22.565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22.565 manatın 17.000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, 77 PD-084 dövlət qeydiyyat nişanlı avtomobil 02 noyabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Eyni zamanda Cavabdeh 28 mart 2022-ci il tarixli, MAS-4960 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 noyabr 2022-ci il tarixə ümumilikdə 1152,07 manat gecikmə borcu yaranmışdır. İddiaçının direktoru R.A.İsmayılov məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında göstərmişdir ki, İddiaçı MMC artıq beş aydır ki, maşını ondan almışdır. Yalnız avtomobili idarə edərkən yol hərəkəti qaydalarının pozulması ilə bağlı yaranmış cərimə borcu vardır. Odur ki, məhkəmədən qanunamüfafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 mart 2022-ci il tarixli MAS-4960 saylı Daxili lizinq müqaviləsindən və 1 nömrəli əlavədən görünür ki, Cavabdeh sifarişi ilə sifarişi ilə 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, 77 PD-084 dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440598 ban nömrəli, ağ rəngli avtomobil 17.000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Bağlanmış Müqavilənin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə görə lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq alan, bu müqavilə imzalandığı gün 3000 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3000 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 17,5 faiz həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz hesablanmaqla cərimə ödəyir. Müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Müqavilənin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İş materiallarına əlavə edilmiş 28 mart 2022-ci il tarixli MAS-4960 saylı Daxili lizinq müqaviləsinin ödəniş cədvəlindən görünür ki, 13.796 manat məbləği 48 (qırx səkkiz) ay bərabər hissələrə bölünməklə hər ay üzrə 407,60 (dörd yüz yeddi manat altmış qəpik) manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü xx.xx.2026-cı il tarixini müəyyən etmişlər. İş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə məxsus olan “Khazar SD” minik markalı, 77 PD-084 dövlət qeydiyyat nişanlı avtomobilin kredit borcunu ödəyə bilmədiyi üçün təhvil-təslim aparılmışdır. İş materiallarına əlavə edilmiş 26 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin müqavilə üzrə 02 noyabr 2022-ci il tarixə 560,37 manat əsas, 253,85 manat mükafat və 337,85 manat dəbbə pulu, ümumilikdə 1.152,07 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən cavabeh Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərin icrası tələb edilmiş, əks təqdirdə borcun, cərimənin ödənilməsi, müqavilənin ləğv edilərək lizinq obyektinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-28 mart 2022-ci il tarixli MAS-4960 saylı daxili lizinq müqaviləsinə əsasən iddiaçı 1 ədəd 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, 77 PD-084 dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440598 ban nömrəli, ağ rəngli avtomobili cavabdehin sahiblik və istifadəsinə vermişdir. Bağlanmış müqaviləyə əsasən verilən minik avtomaşınının qiyməti 17.000 manat müəyyən olunmuşdur. Müqavilə üzrə əsas ödəniş cədvəlinə əsasən, 13.796,56 manat məbləği 48 (qırx səkkiz) ay bərabər hissələrə bölünməklə hər ay üzrə 407,60 manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü xx.xx.2026-cı il tarixini müəyyən etmişlər. Cavabdeh müqavilə üzrə ödəniş etmədiyinə görə avtomobil 02 noyabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh 02 noyabr 2022-ci il tarixə İddiaçı MMC-yə 560,37 manat əsas, 253,85 manat mükafat və 337,85 manat dəbbə pulu, ümumilikdə 1.152,07 manat borcu yarandığından, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alan məsuliyyət daşıyır. Həmin Məcəlləninn 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələblər irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış lizinq müqaviləсi üzrə Cavabdeh öhdəliklərini yerinə yetirməmiş, ona göndərilən pretenziya məktubundan sonra da öhdəliklərinin icrasındaн boyun qaçırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüqiqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (ММ-нин 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor- borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən şərtlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1–ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1–ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirədiyindən onun iddiaçıya borcu yaranmışdır. Məhkəmə, tələbin cərimə ilə bağlı hissəsini də araşdıraraq hesab edir ki, İddiaçı MMC-nin 28 mart 2022-ci il tarixli, MAS-4960 saylı daxili lizinq müqaviləsi üzrə 337,85 manat cərimə borcunun cavabdehdən tutulması tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 28 mart 2022-ci il tarixli, MAS-4960 saylı daxili lizinq müqaviləsinin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi öhdəlik 0.3% hesablanır və Lizinq alan tərəfindən Lizinq verənə ödənilir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu baxımdan məhkəmə hesab edir ki, tələb olunan cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə Бунунла беля, məhkəmə hesab edir ki, iddiaçının da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə 28 mart 2022-ci il tarixli, MAS-4960 saylı daxili lizinq müqaviləsi üzrə tələb olunan 337,85 manatdan azaldılaraq 30 manat həddində müəyyən edilməsini həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 31,53 (otuz bir manat 53 qəpik) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 28 mart 2022-ci il tarixli MAS-4960 saylı daxili lizinq müqaviləsi üzrə 560,37 manat əsas, 253,85 manat mükafat və 30 manat dəbbə pulu, ümumilikdə 844,22 manat (səkkiz yüz qırx dörd manat iyirmi iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31,53 (otuz bir manat 53 qəpik) manat pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar