Məhkəmə qərarları › İş №2(023)-39/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-39/2024

08.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-39/2024 08.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə 08 fevral 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən tikintialtı sahəsi 24.3 kv.m olan ayaqqabı təmiri sexinin mərhum atası X13 payına düşən 1/3 hissəsinə onun vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, atası X19, X3 olmaqla xx.xx.1973-cü il tarixdə Qazax şəhərində doğulmuşdur. X3 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra, son yaşadığı evdə, təsərrüfatda atası ilə birikdə o və onun ailə üzvləri yaşamışdır. X1 miras qalmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Əİ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş Seriya RX 063829 olan çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Əİ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş Seriya RX 063819 olan çıxarışa əsasən paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən payına düşən ½ hissəsi olan fərdi yaşayış evinə onun - X13 miras payının ½ hissədə müəyyən edilib, bölünüb, mülkiyyətinə verilməsi, habelə xx.xx.1999-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən VAZ 2101 minik markalı, buraxılış ili 1973-cü il olan ******* mühərrik nömrəsi olan **-BC-*** dövlət qeydiyyat nişanlı X13 adına olan avtomobilə dair onun mərhum X13 vərəsəsi kimi vərəsəlik qaydasında tam irs qaydasında mülkiyyətinə verilməsi barədə Qazax Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(023)-1351/2021 nömrəli qətnaməsi və 18 fevral 2021-ci il tarixli qərardadı ilə o mərhum X5 yeganə qanun üzrə vərəsəsi kimi tanınmışdır və mülkiyyətinə verilmişdir. Atasından miras qalmış ünvan 4 ünvanında fərdi yaşayış evlərindən cavabdeh X7 miras pay məhkəmə qətnaməsinə əsasən vəsiyyatnamə üzrə verilmişdir. Ancaq qardaşı və bacısı mərhum atasının vərəsələri kimi tanınmamışlar, mirası nə faktiki, nə də notarial qəbul etməmişlər və atasından miras qalmış əmlakdan (fərdi yaşayış evlərindən və avtomobildən) miras pay almaq hüquqları əldə etməmişlər və həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən narazı qalıb, apellyasiya şikayəti verməmişlər. Ona görə də onlar atasının vərəsəsi hesab edilmirlər. Mərhum X1 ünvan 1 ünvanında yerləşən 24.30 kv.m-lik qeyri-yaşayış sahəsinə 1/3 hissə vərəsəlik hüququ ilə miras əmlak qalmışdır. Qazax Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(023)-1351/2021 nömrəli qətnaməsi və 18 fevral 2021-ci il tarixli qərardadı ilə qanun üzrə atasının yeganə vərəsəsidir və vərəsə kimi yalnız o tanınmışdır. Qeyd olunanlara əsasən ünvan 1 ünvanında yerləşən tikintialtı sahəsi 24.3 kv.m olan ayaqqabı təmiri sexinin mərhum atası X13 payına düşən 1/3 hissəsinə onun vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı qəbul etmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və X8 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Lakin, cavabdeh X8 məhkəməyə göndərdiyi teleqramda iddianı qəbul etdiyini, miras paydan İddiaçı xeyrinə imtina etdiyini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunan Qazax rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 06 sentyabr 2023-cü il tarixli, 522 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X11 miras qalmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə vərəsəlik hüququ tanındığından, bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1973-cü ildə Qazax şəhərində anadan olmuş İddiaçı atası X19, anası X12r. Nikah haqqında arayışdan görünür ki, X19 ilə X9 nikahı 24 dekabr 1966-cı il tarixdə Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 81 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. Ölüm haqqında arayışdan görünür ki, X15 25 oktyabr 2002-ci ildə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X19 28 yanvar 2021-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 24.30 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2023cü ildə hər birinin 1/3 hissədə payı olmaqla X2, X10 və X13 adına qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi xx.xx.2023-cü il tarixdə 501-1/6700 inventar nömrə ilə X13 adına qeydə alınmışdır. Qazax Rayon Məhkəməsinin 2(023)-1351/2021 saylı 28 dekabr 2021-ci il tarixli qətnaməsinin və 2(023)-1351/2021 saylı 18 fevral 2022-ci il tarixli qərardadının surətindən görünür ki, Qazax şəhəri M.Carçıyev küçəsi 23 ünvanında yerləşən evin ½ hissəsinə dair 1/6 hissəsi üzrə İddiaçı vərəsəlik hüququnun tanınması, Qazax şəhəri M.Carçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 5/6 hissəsi və ünvan 6vanında yerləşən evin 5/6 hissəsi üzərində X4 vərəsəlik hüququnun tanınması qət edilmişdir. Cavabdeh1 xx.xx.2023-cü ildə notariat kontoruna müraciət edərək göstərmişdir ki, 28 yanvar 2021-ci il tarixdə vəfat etmiş atası X13 ölümündən sonra miras qalmış əmlakı faktiki qəbul etməmişdir, etmir və gələcəkdə bununla bağlı iddia qaldırmayacaqdır. X8 xx.xx.2023-cü ildə notariat kontoruna müraciət edərək göstərmişdir ki, 28 yanvar 2021-ci il tarixdə vəfat etmiş atası X13 ölümündən sonra miras qalmış əmlakı faktiki qəbul etməmişdir, etmir və gələcəkdə bununla bağlı iddia qaldırmayacaqdır. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, mərhum X13 mülkiyyətində Qazax şəhəri, M.Carçıyev küçəsi ev 23 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsi və ünvan 7da yerləşən fərdi yaşayış evi, habelə VAZ-2101 markalı, 35BC508 dövlət qeydiyyat nömrəli avtomobil olmuşdur. X13 3 övladı – İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qalmışdır. Miras qoyan xx.xx.2021-ci il tarixdə öldükdən sonra İddiaçı ondan miras qalmış əmlakı qanun üzrə, nəvəsi Limona Bayramova isə vəsiyyətnamə üzrə vərəsə kimi qəbul etmək üçün qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etmişlər. Qazax Rayon Məhkəməsinin 2(023)-1351/2021 saylı 28 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən Qazax şəhəri M.Carçıyev küçəsi 23 ünvanında yerləşən evin ½ hissəsinə dair 1/6 hissəsi üzrə İddiaçı vərəsəlik hüququ tanınmış, Qazax şəhəri M.Carçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 5/6 hissəsi və ünvan 6vanında yerləşən evin 5/6 hissəsi üzərində X4 vərəsəlik hüququ tanınmışdır. Həmçinin ünvan 1 ünvanında yerləşən 24.30 kv.m qeyri-yaşayış sahəsinin 1/3 hissəsi X13 mülkiyyətində olmuşdur. İddiaçı atası Aydın Bayramov öldükdən sonra onun qanun üzrə birinci növbəli vərəsəsi kimi həmin miras əmlakı da faktiki qəbul etmiş, hazırda da həmin əmlakdan istifadə etməkdə davam edir. Miras qoyanın digər övladları Cavabdeh1 və Cavabdeh2 mirası nə faktiki, nə də notariat ofisinə ərizə ilə müraciət edərək qəbul etməmişlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, miras əmlakı faktiki olaraq qəbul etmiş yeganə vərəsə kimi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsinə mülkiyyət hüququnun qeydə alınması üçün vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən qanunvericilik normalarını hazırki işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, İddiaçı X1 miras qalmış qeyri-yaşayış sahəsini miras açıldıqdan sonra faktiki surətdə idarə etmiş, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Onun məcburi pay almaq hüququndan məhrum edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar məhkəmə iclasında müəyyən edilməmiş, eləcə də miras qoyanın sağlığında bu barədə məhkəməyə müraciət etməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması barədə məlumatlar hazırki iş materiallarında mövcud deyildir. Belə olan halda, qeyri-yaşayış sahəsi miras qoyanın birinci növbə qanun üzrə vərəsəsi kimi İddiaçı tam payı mövcuddur. Odur ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən 24.30 kv.m qeyri-yaşayış sahəsinin 1/3 hissəsi üzərində vərəsəlik hüquqları tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 24.30 kv.m qeyri-yaşayış sahəsinin 1/3 hissəsi üzərində İddiaçı vərəsəlik hüququ tanınsın. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar