Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-400/2024 18.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə İsrəfil oğlunun iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 18 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarı ilə Qazax rayonu, Kəmərli kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsinə dair verilmış Torpağın mülkiyyətə verilməsinə dair JN–130A saylı Şəhadətnamənin və Torpağa mülkiyyət hüququna dair JN–134 saylı Dövlət Aktının anası X12 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X18 21 aprel 2016-cı ildə, atası X16 isə 01 yanvar 2005-ci ildə vəfat etmişdir. Atası ilə anasının nikahı olmamışdır. Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarı ilə Qazax rayonu, Kəmərli kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsi və 2,67 ha əkinçilıik üçün torpaq sahəsi birgə mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahələrinə dair JN–134 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mərhum anasının adı X18 əvəzinə yanlışlıqla X13 və JN–130 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə mərhum anasının adı X18 əvəzinə yanlışlıqla X14 yazılmişdır. O hazırda valideynlərindən miras qalmış əmlakları vərəsəlik qaydasında mülkiyyətinə keçirmək üçün müraciət etmiş, lakin qeyd olunan Dövlət aktında və Şəhadətnamədə olan səhvlik müəyyən sənədləşmə işlərinin aparılması ilə bağlı çətinlik yaratmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1970-ci il tarixdə doğulmuş Ərizəçi anası X7r. Ata qrafasında heç bir qeydiyyat aparılmamışdır. Ölüm haqqında arayışdan görünür ki, X18 xx.xx.2016-cı ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2005-ci ildə ölmüşdür. JN–134 KOD 50100058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Kəmərli kəndində yerləşən 2,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16, X13, Ərizəçi İsrafil oğlu, X21 və X15 mülkiyyətinə verilmişdir. JN–130A KOD 50100108 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Kəmərli kəndində yerləşən 0,33 hektar həyətyanı torpaq sahəsi X16, X14, Ərizəçi İsrafil oğlu, X21 və X15 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Kəmərli kənd İƏD üzrə nümayəndəliyində tərtib olunmuş xx.xx.2023-cü il tarixli 5-58-17-12-21/2-549/2023 və 5-58-17-12-21/2-550/2023 saylı arayışlardan görünür ki, JN–130A KOD 50100058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X2 adı səhvən X14 və JN–134 KOD 50100058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X4 adı səhvən X6 yazılmışdır və həmin adda Qazax rayonu Kəmərli kəndində heç kim yaşamır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Qazax rayonu Kəmərli kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN- 130A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Qazax rayonu Kəmərli kəndində yerləşən 2,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN-134 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin mərhum anasının bütün sənədlərində adı “X18” kimi göstərilsə də, JN–134 KOD 50100058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X5 kimi və JN–130A KOD 50100058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X14” kimi göstərilmişdir. Dövlət aktında və Şəhadətnamədə göstərilən “X14” ilə ölüm arayışında və digər sənədlərdə göstərilən “X18”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN–134 KOD 50100058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, JN–130A KOD 50100058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, ölüm haqqında şəhadətnamə ərizəçi tərəfindən mərhum anasına aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahələrinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–134 KOD 50100058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X3 aid hissənin “X18”na və JN–130A KOD 50100058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissənin X18”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN–134 KOD 50100058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X3 aid hissənin “X18”na və JN–130A KOD 50100058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissənin "X18”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-400/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-400/2024
18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver