Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-407/2025 14.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «vərəsəliyin müəyyən edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum atası X2 miras qalmış VAZ-21063 maraklı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilə maras payının tam olaraq müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı oğlu iddianı ərizəni onunla əsaslandırmışdır ki, mərhum atası X6 xx.xx.2022ci ildə beyindaxili qansızma nəticəsində Qazax rayonu Canallı kəndində vəfat etmişdir. Mərhuma məxsus olan VAZ-21063 markalı, 35BC717 dövlət nişanlı, mühərrik 8411103, XTA210630F1351246 Ban nömrəli avtomobil miras əmlak qalmışdır. Atasından başqa hər hansı miras əmlak qalmamışdır. Miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi ilə Qazax Notariat ofisinə müraciət etmişdir. Lakin Notarius müddətin ötürülməsi və mübahisə olma səbəbindən vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Atası və cavabdeh olan anası Cavabdeh ilə atası vəfat edən günə qədər birlikdə yaşamışlar və birlikdə yaşamağa davam etdirmişlər. Cavabdeh ilə avtomibilin qəbul edilməsində razılığa gələ bilməmişlər. Mirası o faktiki olaraq qəbul etsə də, sənədləşdirmədiyi üçün istifadə edə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, atası vəfat edəndən sonra cavabdehlə bərabər yaşamışlar, həmçinin atasından qalan pensiya kartında olan pul vəsaitini qəbul edərək istifadə etmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul edir. Mərhum ərindən qalan mirasın İddiaçı tam payı müəyyən edilməsinə etiraz etmir. Həmçinin bildirdi ki, avtomobil birgə nikah dövründə əldə olunan əmlak deyildir. Mərhum həmin avtomobili nikahdan qabaq öz vəsaiti hesabına almışdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.1989-cu il tarixdə evlənmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə anadan olmuş, ata qrafasında X6 ana qrafasında isə Cavabdeh kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qazax rayon notariat ofisinin məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras əmlakın qəbul edilməsi faktına dair qanlunla müəyyən edilmiş qaydada və müddətdə notariat ofisinə müraciət etməməsi səbəbindən məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AAN 155108 saylı nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətindən görünür ki, VAZ-21063 maraklı, **-BC-*** dövlət nömrə nişanlı avtomobil X1 olmuşdur. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, o, iddia tələbini qəbul edir, həmiçinin qeyd etmişdir ki, X6 avtomobili birgə nikah dövründən qabaq öz vəsaiti hesabına almışdır. O, X2 miras qalmış VAZ-21063 maraklı, **-BC-*** dövlət nömrə nişanlı avtomobili oğlu İddiaçı tam payının müəyyən edilməsinə etiraz etmir və bunun hüquqi nəticələri ona aydındır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisə edilməyən hallarından görünür ki, iddiaçının mərhum atası X6 xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhuma məxsus olan VAZ-21063 markalı, 35BC717 dövlət nişanlı, mühərrik 8411103, XTA210630F1351246 Ban nömrəli avtomobil miras əmlak qalmışdır. X3 başqa hər hansı miras əmlak qalmamışdır. Cavabdeh mirasdan imtina etmişdir. Bununla da iddiaçı atası mərhum X2 miras qalmış pensiya kartında olan pul vəsaitini qəbul edərək mirasın bir hissəsini qəbul etmiş və bunula da mirası bütövlükdə qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, İddiaçı atasından miras qalmış mirasın bir hissəsini qəbul etmiş və bununlada mirasdan pay qəbul etmiş sayılır. Həmçinin Cavabdeh İddiaçı mirasın tam payının müəyyən olunmasına razı olduqlarını bildirmişdir. Buna görə də X4 məxsus olmuş VAZ-21063 maraklı, **-BC-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı tam payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci ildə vəfat etmiş mərhum X2 miras qalmış VAZ-21063 maraklı, **-BC-*** dövlət nömrə nişanli, avtomobilə İddiaçı tam payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. xx.xx.2022-ci ildə vəfat etmiş mərhum X2 miras qalmış VAZ-21063, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə İddiaçı tam payı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-407/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-407/2025
14.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver