Məhkəmə qərarları › İş №2(023)-446/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-446/2024

04.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-446/2024 04.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi və İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t di: İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən, Qazax rayonunun Ağköynək kəndi ərazisində, magistral qaz boru kəmərinin mühafizə zonasında, qaz kəməri ilə 7 (yeddi) və 10 (on) metr məsafəsində kərpicdən tikilən iki ədəd dam örtüyü qoyulmuş tikililərin cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək hazırki mülki iş üzrə Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işi baxılamamış saxlayaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə uyğun olaraq iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin geri qaytarılması barəsində ərizə verdiyindən həmin mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar