Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-45/2024 08.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil Şaiq oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı vərəsəliyin müəyyən edilməsi ilə mirasın tam olaraq mülkiyyətə verilməsi tələbi barədə mülki işə 08 fevral 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərifindən 08 iyun 2023-cü il tarixli, **********15 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən nənəsi X3 miras qalmış Qazax rayonu, Çaylı kəndində 0,11 ha həyətyanı torpaq sahəsinə tam olaraq miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərifindən 08 iyun 2023-cü il tarixli, **********15 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən nənəsi X3 miras qalmış Qazax rayonu, Çaylı kəndində 0,11 ha həyətyanı torpaq sahəsinə tam olaraq miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********15 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Çaylı kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi mərhum nənəsi X5 mülkiyyətindədir. X2 29 mart 1993-cü ildə vəfat etdikdən sonra bu əmlak miras qalmışdır. Nənəsi sağlığında onlarla yaşamışdır. Nənəsinin sağlığında və eləcədə vəfatından sonra bu əmlakı o idarə etmişdir və bu torpaq sahəsi onun istifadəsində olmuşdur. Əmlakı varis olaraq o idarə və istifadə edərək sahiblənmişdir və bununla da miras əmlakı yalnız o qəbul etmişdir. O Qazax rayon Notariat Ofisinə müraciət etmiş, Qazax rayon Notariat Ofisi iş üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdeh X2ndan qalan mirası qəbul etməmişdir. Cavabdeh də miras əmlaka onun sahiblik etdiyini və mirası idarə etdiyini bilir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənləri nəzərə alınaraq, Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərifindən 08 iyun 2023-cü il tarixli, **********15 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən nənəsi X3 miras qalmış Qazax rayonu, Çaylı kəndində 0,11 ha həyətyanı torpaq sahəsinə tam olaraq miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, verdiyi izahatında bildirmiuşdir ki, həqiqətən nənəsi X3 qalan mirası sağlığında və eləcədə vəfatından sonra İddiaçı idarə etmişdir və bu torpaq sahəsi onun istifadəsində olmuşdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Qazax rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 27 iyul 2023-cü il tarixli, 335 saylı məktubdan görünür ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X4 qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi üçün mirasın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət buraxıldığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum haqqında arayışdan görünür ki, İddiaçı atası X7, anası X11 olmaqla xx.xx.1967-ci il tarixdə Qazax rayonu, Çaylı kəndində anadan olmuşdur. Doğum haqqında arayışdan görünür ki, X7 atası X10, anası X14 olmaqla xx.xx.1929cu il tarixdə Qazax rayonu, Çaylı kəndində anadan olmuşdur. Ölüm haqqında arayışdan görünür ki, X9 26 mart 1993-cü il tarixdə ölmüşdür. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X8 aid xx.xx.1993-cü ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında arayışdan görünür ki, X7 11 mart 2022-ci il tarixdə ölmüşdür. xx.xx.2023-cü il tarixli, B№180979 saylı torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Qazax rayonu Çaylı kəndində yerləşən 0,10999 ha həyətyanı torpaq sahəsi DTXK Qazax rayon şöbəsi, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə JN 1211A, xx.xx.2005, Qazax Rayon Məhkəməsi, Məhkəmə qətnaməsi 2(023)-438/2023, xx.xx.2023 əsasən X6 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax rayonu Çaylı kəndində yerləşən 0.11 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2023-cü ildə tam olaraq X6 adına qeydə alınmışdır. Cavabdeh xx.xx.2024-cü ildə notariat kontoruna müraciət edərək, xx.xx.1993-cü ildə ölmüş X3 irs qalmış mirası üç ay ərzində faktiki olaraq və ya hüquqi cəhətdən qəbul etməmişdir, mirasın idarə edilməsinə dair tədbirlər görməmişdir Gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcək. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan X9 xx.xx.1993-cü il tarixdə ölmüş və onun ölümündən sonra miras əmlak kimi Qazax rayon Çaylı kəndində 0.11 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın birinci növbə vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Miras qoyan öldükdən sonra onunla birlikdə həmin yaşayış evində yaşamış nəvəsi İddiaçı həmin torpaq sahəsinə faktiki sahiblik etməklə yaşamaqda davam etmişdir. Miras qoyanın digər uşaqları isə miras qoyanın ölümündən sonra miras əmlakda yaşamamışlar, həmin əmlaka sahiblik etməmişlər. Məhkəmə iclasında iddiaçının, nümayəndəsinin və cavabdehin ifadəsi, eləcə də iş materialları ilə müəyyən olundu ki, mirasqoyanın digər vərəsələri miras əmlakı faktiki qəbul etməmişlər, həmçinin miras əmlakdan iddiaçının xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, X1 onunla yaşamış İddiaçı, Urqa Hüseynəliyeva öldükdən sonra da əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada nə də faktiki qəbul etməmişdir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan Urqa Hüseynəliyeva öldükdən sonra onun vərəsəsi olan nəvəsi – İddiaçı Urqa Hüseynəliyevadan miras qalmış Qazax rayonu Çaylı kəndində 0.11 ha həyətyanı torpaq sahəsini tam hissədə mirası əmlak kimi faktiki qəbul etmiş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi və miras əmlakda iddiaçının tam hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərifindən 08 iyun 2023-cü il tarixli, **********15 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən nənəsi X3 miras qalmış Qazax rayonu, Çaylı kəndində 0,11 ha həyətyanı torpaq sahəsinə İddiaçı tam hissədə payı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-45/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-45/2024
08.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver