Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-462/2023 20.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Əliyeva Aybəniz Becan qızının, Ərizəçi4, Ərizəçi5 oğlunun və Şükürova (Əliyeva) Səadət Məhəmməd qızının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Şükürova (Əliyeva) Səadət Məhəmməd qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Şükürova (Əliyeva) Səadət Məhəmməd qızı ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli, 10 saylı qərarına əsasən Qazax rayonunun Aslanbəyli kəndi ərazisində yerləşən 3,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onların və mərhum X11 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN–270 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Şükürova (Əliyeva) Səadət Məhəmməd qızı ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli, 10 saylı qərarına əsasən Qazax rayonunun Aslanbəyli kəndi ərazisində yerləşən 3,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların və mərhum X11 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair JN–270 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onların soyadı “Əliyev(a)” əvəzinə yanlış olaraq “Məmmədov(a)” kimi qeyd edilmişdir. Halbuki bütün sənədlərində onların soyadı “Əliyev(a)” kimi qeyd edilmişdir. Qeyd olunan Dövlət Aktında olan səhvlik həmin torpaq sahəsinə dair Çıxarış almaqda çətinlik yaradır, bununla da onların mülkiyyət üzərində sərəncam vermək hüquqlarını pozulur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli, 10 saylı qərarına əsasən Qazax rayonunun Aslanbəyli kəndi ərazisində yerləşən 3,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair JN–270 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Şükürova (Əliyeva) Səadət Məhəmməd qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və rəisi Ədalət Cabbarov məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçilərin nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X20 xx.xx.2008ci ildə ölmüşdür. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 XX.XX.1939-cu ildə doğulmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, xx.xx.1961-ci il tarixdə doğulmuş Ərizəçi2 atası X20, anası Ərizəçi1dır. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1961-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1966-cı ildə doğulmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, xx.xx.1984-cü il tarixdə doğulmuş Ərizəçi4 atası Ərizəçi2, anası Ərizəçi3dır. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1984-cü ildə doğulmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, xx.xx.1986-cı il tarixdə doğulmuş Ərizəçi5 atası Ərizəçi2, anası Ərizəçi3dır. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1986-cı ildə doğulmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, xx.xx.1989-cu il tarixdə doğulmuş X3 atası Ərizəçi2, anası Ərizəçi3dır İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 və X6 xx.xx.2018-ci ildə 2185 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Şükürova soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi6 xx.xx.1989-cu ildə doğulmuşdur. İş materiallarında olan, JN–270 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Qazax rayonu, Aslanbəyli kəndində yerləşən 3,27 hektar həyətyanı torpaq sahəsi X11, X7, X12, X8, X9, X10 və X2 mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Qazax RİHB-nın Aslanbəyli kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2022-ci il tarixli 11-21/641 saylı arayışından görünür ki, JN–270 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Şükürova (Əliyeva) Səadət Məhəmməd qızının soyadı səhvən X7, X12, X8, X9, X10 və X1 yazılmışdır və həmin adda Qazax rayonu Aslanbəyli kəndində heç kim yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-2-00xx-xx/2023 saylı məktubundan görünür ki, Qazax rayonu Aslanbəyli kəndində yerləşən 3,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş Torpağa Mülkiyyət hüququna dair JN–270 nömrəli Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə məxsus bütün sənədlərdə soyadları “Əliyev(a)” kimi göstərilsə də, JN–270 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında isə “Məmmədov(a)” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X7, X12, X8, X9, X10 və X4” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Şükürova (Əliyeva) Səadət Məhəmməd qızı”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN–270 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının, doğum haqqında arayışların surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçilər tərəfindən, onların özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpağın alqı-satqı müqaviləsi bağlanması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–270 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən “X7, X12, X8, X9, X10 və X4”na aid hissədə “Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Şükürova (Əliyeva) Səadət Məhəmməd qızı”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş JN–270 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının “Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Şükürova (Əliyeva) Səadət Məhəmməd qızı”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-462/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-462/2023
20.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver