Məhkəmə qərarları › İş №2(023)-470/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-470/2023

04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-470/2023 04.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə 04 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə JN-1729, KOD 50112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X10 aid hissədə X4, X6 aid hissədə Pirverdiyeva (Bənnayeva) Güləsər Şahzəddin qızına və X12 aid hissədə X13 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 ərizəni müdafiə etmiş və izahat verərək bildirmişdir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair dövlət aktı verilmişdir. Həmin dövlət aktında onların adı və ata adları səhvən qeyd edilmişdir. Həmin dövlət aktında onların adının və ata adının səhv qeyd edilməsi onun müəyyən sənədləşmənin aparılmasında çətinliklər yaradır. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi2 Şəhsəddin qızı ərizəni müdafiə etmiş və Ərizəçi1 izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə olan sənədlərdən görünür ki, JN-1729, KOD 50112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən Qazax rayonun Çaylı kənd sakini Ərizəçi1 və ailə üzvlərinin mülkiyyətinə 0.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Ərazi İdarəsinin Ərizəçi1 ünvanladığı məktubdan görünür ki, Ərizəçi1 soyadında olan texniki səhvlə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Ərizəçi1 10 iyun 1997-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. X7 xx xxxxxx 1994-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. X1 Məcid Mahal oğlu ilə 30 aprel 2015-ci ildə 1056 nömrə ilə rəsmi nikah qeydiyyatından keçmişlər. Qadına Pirverdiyeva soyadı verilmişdir. X17 10 sentyabr 2010-cu ildə Qazax rayonunun Çaylı kəndində vəfat etmişdir. Məhkəmə ərizəçilərinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən Qazax rayonun Çaylı kənd sakinləri Bənnayev X2 (Bənnayeva) Güləsər Şahzəddin qızı və X11 mülkiyyətinə 0.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 10 iyun 1997-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. X7 xx xxxxxx 1994cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. X1 Məcid Mahal oğlu ilə 30 aprel 2015-ci ildə 1056 nömrə ilə rəsmi nikah qeydiyyatından keçmişlər. Qadına Pirverdiyeva soyadı verilmişdir. X17 10 sentyabr 2010-cu ildə Qazax rayonunun Çaylı kəndində vəfat etmişdir. Lakin Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə JN-1729, KOD 50112018 nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktıda X15, X8, X14 və X9, X18, X5 qeyd edilmişdir. Odur ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə JN-1729, KOD 50112018 nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X10 aid hissədə X4, X6 aid hissədə Pirverdiyeva (Bənnayeva) Güləsər Şahzəddin qızına və X12 aid hissədə X13 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə JN-1729, KOD 50112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X10 aid hissədə X4, X6 aid hissədə Pirverdiyeva (Bənnayeva) Güləsər Şahzəddin qızına və X12 aid hissədə X13 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar