Məhkəmə qərarları › İş №2(023)-471/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-471/2024

27.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-471/2024 27.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun nümayəndəsi, Vəkil, Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Qazax rayon Notariat Ofisinə qarşı vərəsəliyin müəyyən edilməsi tələbinə dair mülki işə 27 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikasının MPM-nin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Qazax rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X4 miras qalmış Azərbaycan Resublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsində və Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-342 Kod 50100048 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payına vərəsəliyin müəyyən edilməklə miras paylarının bölünməsi, atası X8 miras qalmış Azərbaycan Resublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 83.7 kv.m fərdi yaşayış evinə vərəsəliyin müəyyən edilməklə miras payın bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, 22 avqust 1993-cü il tarixdə vəfat etmiş mərhum atası X8 və 06 iyul 2010-cu il tarixdə vəfat etmiş mərhum anası X4 Azərbaycan Resublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən yerləşən 83.7 kv.m fərdi yaşayış evi miras qalmışdır. Fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tam olaraq atasının adına qeydiyata alınmışdır. Həyətyanı torpaq sahəsi isə onunla mərhum anası X6 ümumi birgə mülkiyyətlərindədir. Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-342 Kod 50100048 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qazax rayonu, Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payları miras qalmışdır. Valideyinlərinin sağlığında, eləcədə vəfatından sonra bu əmlakı onlar idarə etmişlər və bu əmlaklar onların sahibliyi və istifadəsindədir. Əmlakı varis olaraq onlar idarə və istifadə edərək sahiblənmişlər və bununla da miras əmlakı qəbul etmişlər. Cavabdeh isə notarial qaydada mirasın bölünməsinə getmir. O Qazax rayon Notariat Ofisinə müraciət etməklə ərizə vermişdir. Qazax rayon Notariat Ofisindən 29 yanvar 2024-cü il tarixli məktubla cavabdehlə mübahisə olduğu üçün məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hansı ki, mirası onlar qəbul etmişlər. Bu miras əmlaklardan da tam oaraq mən miras payı almalıyam. Əvvəlki məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, anası X4 miras qalmış Azərbaycan Resublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsində və Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-342 Kod 50100048 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payına vərəsəliyin müəyyən edilməklə miras payının bölünməsi, atası X8 miras qalmış Azərbaycan Resublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 83.7 kv.m fərdi yaşayış evinə vərəsəliyin müəyyən edilməklə miras payın bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi, Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, mərhum X17 və X4 miras qalmış əmlakları vərəsələrdən İddiaçı1 və İddiaçı2 da qəbul etmişlər. İddiaçı1 doğulduğu vaxtdan atası vəfat edən günə kimi, sonra da anası ilə birlikdə yaşayaraq mirası qəbul etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, iddia tam əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, iddiada istinad olunan torpaq sahəsi və fərdi yaşayış evi mülkiyyət hüququ əsasında anası X5 məxsus olmuş və anası sağlığında verdiyi 16 fevral 2007-ci il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakını və yaşayış evini ona vəsiyyət etmişdir. Eyni zamanda həmin vəsiyyətnamədə göstərilir ki, xx.xx.2003-cü ildə hazırkı iddiaçılardan biri İddiaçı2 edilmiş vəsiyyətnamə etibarsız sayılsın. Ona görə ki, qardaşı İddiaçı2 yaşadıqları Qaymaqlı kəndində əvvəlki ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evi və sahəsi 25 sot olan həyətyanı torpaq sahəsi mövcuddur. O özünə məxsus evi və torpaq sahəsini məhkəmədə mübahisələndirmək əvəzinə, anasından ona miras qalmış fərdi yaşayış evindən və torpaq sahəsindən pay istəyir. X24 və torpaq sahəsinin mülkiyyətçisi olan anası 07 iyul 2010-cu ildə vəfat etməsinə baxmayaraq, hazırkı iş üzrə iddiaçılar əmlakı qəbul etmək üçün qanunda nəzərdə tutulmuş müddəti buraxmışlar və Mülki Məcəllənin tələblərini pozaraq 13 ildən sonra miras əmlakdan pay tələb edirlər. Halbuki, Az.Resp.Mülki məcəlləsinin 1246-cı maddəsində açıqca göstərilib ki, “Vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdıikdən sonra mirasın qəbuluna yol verilmir”. Göründüyü kimi, iddiaçıların anası vəfat etdiyi gündən 6 ay sonra deyil, 13 ildən sonra miras əmlakdan pay tələb etmələri Mülki qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil etdiyindən iddia tələbi tam olaraq rədd edilməlidir. Eyni zamanda İddiaçı1 nəinki anası vəfat etdiyi gündən 6 ay sonra miras əmlakı qəbul etmək üçün müraciət etməmişdir, həm də o Bakı şəhəri Binə qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşamış və hazırda da orada yaşayır. Digər İddiaçı2 isə Qaymaqlı kəndi ərazisində ayrıca təsərrüfatı olmuş, eyni zamanda ailə quraraq aldığı 25 sot həyətyanı torpaq sahəsində özünə fərdi ev tikərək birinci ailəsi ilə orada yaşamışdır. Qaymaqlı bələdiyyəsi üzvləri və sədri də bunu təsdiq edə bilərlər. Lakin, İddiaçı2 birinci arvadı ilə torpaq və mülk davası açıb öz payını tələb etmək əvəzinə, onun və ailəsinin yeganə yaşayış yeri olan evdən və torpaq sahəsindən pay tələb edir. O İddiaçı2 xahişi ilə onu yaşadıqları X24 1 otağına müvəqqəti olaraq yerləşdirmişdir. O isə bundan istifadə edərək vəsiyyətnamə əsasında onun adına sənədləşdirilmiş fərdi yaşayış evindən və torpaq sahəsindən pay istəyir. Qazax rayonu Qaymaqlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 19 saylı məktubdan da göründüyü kimi, mərhum anası X3 onavəsiyyətnamə əsasında verilmiş 0.08 ha torpaq sahəsinin torpaq vergisi 2010-cu ildən etibarən onun tərəfindən ödənilmişdir. Mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə görə 1 manat da torpaq və əmlak vergisi ödəməyən iddiaçılar hansı üzlə 13 ildən sonra məhkəməyə müraciət edərək, miras əmlakdan pay tələb edirlər? Yəqin ki, ədalət mühakiməsini həyata keçirən Məhkəmə iddiaçıların iddiasını rədd edərik haqq və Ədaləti bərpa edəcəkdir. İddiaçı2 Qaymaqlı kəndində adına ayrıca torpaq sahəsi və fərdi yaşayış evi olmasını sənədlə təsdiq etmək üçün, bu barədə Qaymaqlı Bələdiyyəsinə sorğu göndərməyi xahiş edir. Sorğuya verilmiş cavabla onun haqlı olmağı bir daha təsdiq olunacaqdır. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, İddiaçı1 18 yaşından ailə həyatı qurub həmin evdən çıxmış və orada yaşamamışdır. Digər İddiaçı2 isə atasının sağlığından ayrı təsərrüfat olmuş və özünə məxsus evi, torpaq sahəsi olmuşdur. İddiada göstərilən torpaq sahəsi və fərdi yaşayış evi mülkiyyət hüququ əsasında anası X5 məxsus olmuş və anası sağlığında verdiyi 16 fevral 2007-ci il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakını və yaşayış evini ona vəsiyyət etmişdir. Eyni zamanda həmin vəsiyyətnamədə xx.xx.2003-cü ildə İddiaçı2 verilmiş vəsiyyətnamənin etibarsız sayılması göstərilmişdir. Qeyd olunan miras əmlakları vərəsələrdən yalnız o qəbul edərək sahiblənmişdir və həmin əmlaklara onun adına Çıxarış vardır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Qazax rayon Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin müraciətini nəzərə alaraq, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Qazax rayon Notariat Ofisinin İddiaçı1 ünvanladığı xx.xx.2024-cü il tarixli, 94 saylı məktubdan görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X8 qalmış miras əmlakların bölüşdürülməsinə dair vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1979-cu ildə Qazax rayonu Qaymaqlı kəndində anadan olmuş İddiaçı1 atası X17, anası X9r. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1965-ci ildə Qazax rayonu Qaymaqlı kəndində anadan olmuş İddiaçı2 atası X17, anası X9r. Ölüm haqqında arayışdan görünür ki, X17 22 avqust 1993-cü ildə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X14 06 iyul 2010-cu ildə ölmüşdür. Qazax RİHB-nın Qaymaqlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X17 və X6 vərəsələri Alıyeva (Kərimova) Fatma Kərim qızı, İddiaçı2, Abdıyeva (Kərimova) Şahniyar Kərim qızı, X18,Cavabdeh2, Qaravəliyeva (Kərimova) Xəzəngül Kərim qızı və İddiaçı1 Kəqim qızıdır. Qazax RİHB-nın Qaymaqlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı1 anadan olduğu gündən atası X17 22 avqust 1993-cü il tarixdə vəfat edən günədək atası ilə birgə yaşamış, daha sonra anası X14 xx.xx.2010-cu il tarixdə vəfat edən günədək anası ilə birgə həmin təsərrüfatda yaşamışdır. O dövrdən hal-hazırki günə qədər həmin təsərrüfatda yaşayır və qeydiyyatdadır. Qazax RİHB-nın Qaymaqlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı2 22 avqust 1993-cü il tarixdə vəfat etmiş atası X12 təsərrüfatında yaşayır. Qazax RİHB-nın Qaymaqlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qaymaqlı kənd sakini Kərimov X2 01 nömrəli təsərrüfatbaşına kitabın 184-cü səhifəsində ayrı təsərrüfat olaraq qeyd olunmuşdur. Lakin həmin təsərrüfatın yerləşdiyi həyətyanı torpaq sahəsi 6 nömrəli təsərrüfatbaşına kitabın 48-ci səhifəsində qardaşı Cavabdeh2 təsərrüfatında qeydə alınmışdır. 05 avqust 2003-cü il tarixli Vəsiyyətnamədən görünür ki, X10 vəfat edən günədək ona məxsus olan yaşayış evini və əşyalarını öz oğlu İddiaçı2 vəsiyyət etmişdir. 16 fevral 2007-ci il tarixli Vəsiyyətnamədən görünür ki, X10 vəfat edən günədək ona məxsus olan yaşayış evini və əşyalarını öz oğlu X15 vəsiyyət etmişdir. xx.xx.2003cü ildə öz oğlu İddiaçı2 etdiyi vəsiyyətnamə bu tarixdən etibarsız sayılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayon İcra Hakimiyyəti başçısının Qaymaqlı kənd icra nümayəndəliyində təsdiq edilmiş vəsiyyətnamələr arxivə təhvil verilməmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, miras qalmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən X24 təbii qaz, elektrik enerjisi və rabitə xidmətinə görə abunəçi kimi İddiaçı2 adına qeydə alınmışdır. JN–339D 50100048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 nömrəli qərarı ilə Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi X10 və İddiaçı1 mülkiyyətinə verilmişdir. X24 Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Qaymaqlı kəndində yerləşən fərdi yaşayış evi X12 adına qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ verdiyi çıxarışın surətindən görünür ki, Qazax rayonu Qaymaqlı kəndində ümumi sahəsi 83.7 kv.m olan fərdi yaşayış evi tam X12, 0,08 ha torpaq sahəsi ümumi birgə X10 və İddiaçı1 adına qeydə alınmışdır. JN–342 KOD 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3,00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, X19, İddiaçı1, X20 və X7 mülkiyyətinə verilmişdir. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan 22 avqust 1993-cü il tarixdə vəfat etmiş X17 və xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 Azərbaycan Resublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi, Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-342 Kod 50100048 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Azərbaycan Resublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 83.7 kv.m fərdi yaşayış evindən ibarət miras qalmışdır. X17 və X6 ölümündən sonra mirasın qəbulu ilə bağlı miras qoyanın birinci növbə vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. X17 və X1 İddiaçı2, Cavabdeh2 və İddiaçı1 onlarla birlikdə yaşamışlar, öldükdən sonra isə miras əmlaklara faktiki sahiblik etməklə, idarə və istifadə etmişlər, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Miras qoyanın digər uşaqları isə miras qoyanın ölümündən sonra miras əmlakda yaşamamışlar, həmin əmlaklara sahiblik etməmişlər. Məhkəmə iclasında tərəflərin izahatı, eləcə də iş materialları ilə müəyyən olundu ki, mirasqoyanın digər vərəsələri (oğlu və qızları) miras əmlakı faktiki qəbul etməmişlər. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək, miras əmlakı faktiki olaraq qəbul etmiş vərəsə kimi tanınmaları, payların müəyyən edilməsini xahiş etmişlər. Digər vərəsə Cavabdeh2 məhkəmə iclasında və məhkəməyə təqdim etdiyi ərizədə iddianı qəbul etmədiyini, İddiaçı1 ailə həyatı qurub həmin evdən çıxmış və orada yaşamadığını,digər İddiaçı2 isə atasının sağlığından ayrı təsərrüfat olduğunu və özünə məxsus evi, torpaq sahəsi olduğunu bildirmişdir. İddiada göstərilən torpaq sahəsi və X24 mülkiyyət hüququ əsasında anası X5 məxsus olmasını və anasının sağlığında özünə məxsus bütün əmlakını və yaşayış evini ona vəsiyyət etdiyini bildirmişdir. Həmin vəsiyyətnamədə xx.xx.2003-cü ildə İddiaçı2 verilmiş vəsiyyətnamənin etibarsız sayılmasını göstərmişdir. Qeyd olunan miras əmlakları vərəsələrdən yalnız o qəbul edərək sahibləndiyini bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Miras qoyan X16 22 avqust 1993-cü ildə öldüyü üçün həmin münasibətlərə mirasın açıldığı vaxt qüvvədə olan 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəllənin vərəsəlik münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Bu Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişətin predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Göstərilən Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Miras qoyan X14 06 iyul 2010-cu ildə öldüyü üçün həmin münasibətlərə mirasın açıldığı vaxr qüvvədə olan Mülki Məcəllənin vərəsəlik münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, hazırkı iş üzrə tərəflər mərhumların qanun üzrə birinci növbə vərəsələridir. Qanunla müəyyən edilmiş müddətdə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddia qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin X4 miras qalmış hissəsinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 payı müəyyən edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən X8 miras qalmış ümumi sahəsi 83.7 kv.m olan fərdi yaşayış evinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 oğlunun payı müəyyən edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli **********, **********, ********** qeydiyyat nömrəli Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.75051, 0.2, 2.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X11 payına düşən hissəsinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin X4 miras qalmış hissəsinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 payı müəyyən edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən X8 miras qalmış ümumi sahəsi 83.7 kv.m olan fərdi yaşayış evinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 oğlunun payı müəyyən edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli **********, **********, ********** qeydiyyat nömrəli Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.75051, 0.2, 2.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X11 payına düşən hissəsinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 oğlunun payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar