Məhkəmə qərarları › İş №2(023)-476/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-476/2025

13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-476/2025 13.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə müraciət edərək, Qazax rayon Aqrar islahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Ərizəçi1 adına verilmiş JN:1507 Kod 50112018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında atası X6 aid olan hissəsində X4 məxsus olması və X8 aid olan hissədə Ərizəçi2 məxsus olması faktı müəyyən edilməsi edilməsini xahiş etmişdirlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə onunla əsaslandırılmışlar ki, o hazırda Qazax rayonu Çaylı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə onun adına verilmiş JN:1507 Kod 50112018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ona və ailə üzvlərinə 0,48 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa mülkiyyət hüququna dair dövlət aktında onun atası X2 adı səhvən Haqverdi kimi deyil Haxverdi kimi yazlımışdır. Eyni zamanda həmin torpağa mülkiyyət hüququna dair dövlət aktında arvadı Ərizəçi2 soyadı səhvən Musayeva kimi yazılmışdır.Dövlət aktı əsasında ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinə dair çıxarış almaq istəyərkən müəyyən olunmuş ki, onun adına verilmiş JN:1507 Kod 50112018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında atası X3 adı səhvən Haxverdi kimi arvadı Ərizəçi2 soyadı səhvən Musayeva kimi yazılmışdır. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə rəsmi müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi rəsmi olaraq xx.xx.2025-ci il tarixdə 3-21-3-37h- Ə-0006-8/2025 saylı məktubla cavab verərək müraciətinin məhkəmə qaydasında həll ola biləcəyini bildirmişlər. Qeyd edilən sənədlərdə onun atasının Haxverdi kimi deyil Haqverdi, Ərizəçi2 soyadının Musayeva deyil Əliyeva kimi yazılması onlara Qazax rayon Aqrar İslahatı Komissiyasının qeyd edilən qərarı ilə onun adına verilmiş JN:1507 Kod 50112018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş torpaq sahələrinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDX-nın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsindən çıxarış almaq üçün lazımdır. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, Qazax rayon Aqrar islahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Ərizəçi1 adına verilmiş JN:1507 Kod 50112018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi1 Haxverdi oğluna aid hissədə Ərizəçi1 və X9 aid hissədə Ərizəçi2 məxsus olması faktı müəyyən edilməsi edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1966-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1966-cı il tarixdə andan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1964-cü il tarixdə andan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 və Ərizəçi2 xx.xx.1992-ci il tarixdə evlənmişlər. İş materiallarında olan Qazax rayon Çaylı kənd İƏD-si üzrə nümayəndəlinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi2 adı, soyadı və atasının adı JN:1507 Kod 50112018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən X1 göstərilmişdir. Qazax rayon Çaylı kəndində X10 adlı şəxs yaşamır. İş materiallarında olan JN:1507 Kod 50112018 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 10 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Çaylı kəndində yerləşən 0.48 ha torpaq sahəsi Ərizəçi1 Haxverdi oğlunun, X7, X5 mülkiyyət hüququna verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qazax rayonu, Çaylı kəndində yerləşən 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş JN-1507 nömrəli dövlət aktında mülkiyyətçilərin adları, atalarının adları və soyadları arxiv məlumatları ilə eynidir. Lakin “Torpağa mülkiyyət hüququna dair” JN-1507 nömrəli dövlət aktında mülkiyyətçilərin adları, atalarının və soyadları şəxsiyyəti təsdiq sənədlərdə yə ölüm haqqında şəhadətnamədə fərqlidir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi1 xx.xx.1964-cü il tarixdə Qazax rayonu Əskipara kəndində anadan olmuşdur. Ərizəçi2 ilə evlidir. İş materiallarında olan fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi2 xx.xx.1966-ci il tarixdə Qazax rayonu Çaylı kəndində anadan olmuşdur. Ərizəçi1 ilə evlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin bütün sənədlərində “Ərizəçi1 və Ərizəçi2” kimi göstərilsə də, JN:1507 Kod 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında səhvən “Ərizəçi1 Haxverdi oğlu və X10” kimi göstərilmişdir. Dövlət aktında səhvən göstərilən “Ərizəçi1 Haxverdi oğlu və X10” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi1 və Ərizəçi2 ilə eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN:1507 Kod 50112018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının, şəxsiyyət vəsiqələrinin surəti, və nikah şəhadətnaməsində ərizəçilər tərəfindən onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN:1507 Kod 50112018 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktının “Ərizəçi1 Haxverdi oğlu”na aid hissədə “Ərizəçi1”na, “X10”na aid hissədə isə “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN:1507 Kod 50112018 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktının “Ərizəçi1 Haxverdi oğlu”na aid hissədə “Ərizəçi1”na, “X10”na aid hissədə isə “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar