Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-485/2023 04.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə 04 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə JN-170, KOD 50110028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X3 aid hissədə sənədin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etmiş və bildirmişdir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 1.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair dövlət aktı verilmişdir. Həmin dövlət aktında onun adı səhvən Oruç kimi qeyd edilmişdir. Onun adı doğum haqqında şəhadətnamədə və bütün sənədlərdə Ovçudur. Həmin dövlət aktında adının səhv qeyd edilməsi onun müəyyən sənədləşmənin aparılmasında çətinliklər yaradır. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə olan sənədlərdən görünür ki, JN-170, KOD 50110028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarına əsasən Qazax rayonun Qazaxbəyli kənd sakini X5, X4, X7 və X1 mülkiyyətinə 1.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı məktubdan görünür ki, Ərizəçi adında olan texniki səhvlə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Ərizəçi xx xxxxxx 1990-cı ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. Qazax rayon İcra Hakimiyyəti başçısının Aşağı Salahlı kənd icra nümayəndəliyinin verdiyi 22 fevral 2023-cü il tarixli arayışdan görünür ki, JN-170, KOD 50110028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında Ərizəçi adı səhvən X2 yazılmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə JN-170, KOD 50110028 nömrəli qərarına əsasən Qazax rayonun Qazaxbəyli kənd sakinləri X5, X4, Ərizəçi və X1 mülkiyyətinə 1.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1990-cı ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. Lakin Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə JN- 170, KOD 50110028 nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında Ərizəçi X2 qeyd edilmişdir. Odur ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə JN-170, KOD 50110028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X3 aid hissədə sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarı ilə JN-170, KOD 50110028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X3 aid hissədə sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-485/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-485/2023
04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver