Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-487/2024 01.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Əmilov Turxan Cahangir oğlu və Əsgərova (Əmilova) Nurlanə Cahangir qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Əsgərova (Əmilova) Nurlanə Cahangir qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 01 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Əsgərova (Əmilova) Nurlanə Cahangir qızı ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarına əsasən Qazax rayonunun Daş Salahlı kəndi ərazisində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətə verilməsinə dair JN-833A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X10”na aid hissədə xx.xx.2023-cü ildə vəfat etmiş X4, “X17”na aid hissədə Ərizəçi1, “X14”na aid hissədə Ərizəçi2, “X15”na aid hissədə Ərizəçi3 və “X7”na aid hissədə Əsgərova (Əmilova) Nurlanə Cahangir qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qazax Rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə Qazax rayonunun Daş Salahlı kəndi ərazisində 0,20 ha həyətyanı torpaq sahəsi onların və xx.xx.2003-cü ildə vəfat etmiş X5 və xx.xx.2023-cü ildə vəfat etmiş X3 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair tərtib olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-833A KOD 50100038 saylı Şəhadətnamədə onların hər birinin və xx.xx.2023-cü ildə vəfat etmiş X1 “Əmilov” əvəzinə yanlış olaraq "Əliyev" kimi, həmçinin X3 atasının adı soyadı “Qaybalı” əvəzinə yanlış olaraq "Qayvalı" kimi səhv qeyd edilmişdir. Qeyd olunan Şəhadətnamədə olan səhvlik torpaq sahəsinə dair çıxarış almaq üçün onlara çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi1 ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi3 ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçi Əsgərova (Əmilova) Nurlanə Cahangir qızı ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1958-ci ildə doğulmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1985-ci ildə doğulmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1994-cü ildə doğulmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əsgərova (Əmilova) Nurlanə Cahangir qızı xx.xx.1987-ci ildə doğulmuşdur. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X8 03 oktyabr 2014-cü ildə 310 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Əsgərova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə Ərizəçi1 07 fevral 1985-ci ildə 15 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada İsayeva soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2023-cü ildə ölmüşdür. JN-833A KOD 50100038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Qazax rayonu Daşsalahlı kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsi X11, X10, X17, X14, X7 və X6 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Daş Salahlı kənd İƏD üzrə nümayəndəliyində tərtib olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Qazax rayonu Daş Salahlı kənd sakinləri X12, Ərizəçi1, Ərizəçi2, X13 və Ərizəçi3 adı JN-833A KOD 50100038 saylı Şəhadətnamədə səhvən X10, X17, X14, X7 və X2 göstərilmişdir və həmin adda Qazax rayonu Daş Salahlı kəndində heç kim yaşamır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN- 833A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə məxsus bütün sənədlərdə adları “X12, Ərizəçi1, Ərizəçi2, X13 və Ərizəçi3” kimi göstərilsə də, JN-833A KOD 50100038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X10, X17, X14, X7 və X15” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “X10, X17, X14, X7 və X15” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “X12, Ərizəçi1, Ərizəçi2, X13 və Ərizəçi3”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN-833A KOD 50100038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, doğum, nikah və ölüm haqqında şəhadətnamələrin surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçilər tərəfindən, onların özünə və mərhum X4 aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair çıxarış alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-833A KOD 50100038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X10”na aid hissədə X4, “X17”na aid hissədə Ərizəçi1, “X14”na aid hissədə Ərizəçi2, “X15”na aid hissədə Ərizəçi3 və “X7”na aid hissədə Əsgərova (Əmilova) Nurlanə Cahangir qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarına əsasən JN-833A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X10”na aid hissədə X4, “X17”na aid hissədə Ərizəçi1, “X14”na aid hissədə Ərizəçi2, “X15”na aid hissədə Ərizəçi3 və “X7”na aid hissədə Əsgərova (Əmilova) Nurlanə Cahangir qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-487/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-487/2024
01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver