Məhkəmə qərarları › İş №2(023)-49/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-49/2025

15.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-49/2025 15.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qazax rayon İcra Hakimiyyətinin başcısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Qazax İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 05 oktyabr 1990-cı ildə anadan olmuş X8 oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışıdır ki, o, xx xxxxxx 2000-ci il tarixdə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Qardaşı 05 oktyabr 1990-cı il təvəllüdlü X14 21 iyul 2015-ci il tarixdə düşdüyü avtomobil qəzasında ağır formada kəllə beyin travması almışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasında 22 iyul - 09 sentyabr 2015-ci il tarixlərdə komada qalmış və həkimlərin uzun müddətli müalicəsi nəticəsində sağ qalmışdır. X1 birinci dərəcəli əlilliyini, əmək qabiliyyətsiz olduğunu və kənar şəxsin köməyinə ehtiyacı olduğunu təsdiq edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya xidməti 27 saylı Tibbi Sosial Ekspert komissiyasının 22 fevral 2016-cı il tarixli 56CKL2W0001 nömrəli arayışa əsasən Birinci dərəcəli əlillik, səbəbi ümumi Xəstəlik diaqnozu; “TSER-in diaqnozu. Baş beynin diffuz travması, Keçirilmiş qapalı kəllə beyin travnasının və baş beyinin ağır dərəcəli əzilməsinin qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri, Baş beyinin ağır dərəcədə zədələnməsi, beyin kötüyünün aksonal zədələnməsi ilə gedən qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Sol tərəfli hemiparez senso mator afaziya. Görmə sinirinin atrofiyası, Görmə sinirinin atrofıyası. VisOD=1,0D, VisOS=O (sıfır) Müştərək xarici çəpgozlük, OS-30 dərəcəli xarici çəpgözlük. Əlilliyin müəyyən olunması meyarı: 2.1 Birinci dərəcə əlillik => 2,1,8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri. Əmək zəmanəti barədə: Əmək qabiliyyətsiz, kənar şəxsin köməyinə ehtiyacı var. Hazırda birinci dərəcəli əlilliyi olan əmək qabiliyyətsiz və kənar şəxsin köməyinə ehtiyacı olan qardaşı 05 oktyabr 1990-cı il təvəllüdlü X14 onun öhdəsindədir. Belə ki, atası X16 23 iyul 2024-cü il tarixdə vəfat edib. X5 düçar olduğu xəstəlikdən müalicə olunmaq üçün Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. Bacısı Dəmirçiyeva (Əhmədova) Bahar Niyazi qızı ailə qurub və Bakı şəhərində yaşayır. Hal-hazırda o Qazax rayonunun Daş Salahlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla birinci dərəcəli əlilliyi olan, əmək qabiliyyətsiz olan və kənar şəxsin köməyinə ehtiyacı olan X4 ilə bir ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaqla bir evdə yaşayır və ona qulluq edir. Ondan başqa ona qulluq edən şəxs yoxdur. X4 özü sərbəst yeməyini yeyə, suyunu içə, qaşığı və stəkanı belə tula bilmir, paltarını geyinə bilmir. Dövlət və qeyri-dövlət orqanlarına müraciət edə və fikirini ifadə edə bilmir. Belə ki, atasından miras qalmış əmlaka dair mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasına dair fikrini ifadə edə bilmir. Müalicə olunması üçün dövlət müalicə müəsisələrinə müraciət edə, pensiyasının alınması üçün bankdan pensiya kartının alınmasında fikrini ifadə edə bilmir, ona də vermirlər. Dövlət orqanlarında fikrini ifadə edə bilmir. Notariat ofisində etibarnamə verə bilmir, belə ki, notariusun suallarına cavab verə bilməmişdir. Onun əvəzinə dövlət və qeyri-dövlət orqanlarına müraciətinin qəbul edilməsi üçün ondan Ülfətin qəyyumu olduğunu təsdiq edən sənəd tələb edirlər. Ona görə də, 05 oktyabr 1990-cı il təvəllüdlü X8 fənliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəməyə müraciət etməyi ona tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iclasında iştirak edən maraqlı şəxs Qazax rayon İcra Hakimiyyətinin başcısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 Ülfət Niyazi oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 426148 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 05 oktyabr 1990-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur. Həmin şəxsin atası X16, X5dır. İş materiallarında olan 426148 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 10 oktyabr 2000-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur. Həmin şəxsin atası X16, X5dır. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron məlumatdan görünür ki, 05 oktyabr 1990-ci il təvəllüdlü X3 dərəcəli əlillik, səbəbi ümumi Xəstəlik diaqnozu; “TSER-in diaqnozu. Baş beynin diffuz travması, Keçirilmiş qapalı kəllə beyin travnasının və baş beyinin ağır dərəcəli əzilməsinin qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri, Baş beyinin ağır dərəcədə zədələnməsi, beyin kötüyünün aksonal zədələnməsi ilə gedən qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Sol tərəfli hemiparez senso mator afaziya. Görmə sinirinin atrofiyası, Görmə sinirinin atrofıyası. VisOD=1,0D, VisOS=O (sıfır) Müştərək xarici çəpgozlük, OS -30 dərəcəli xarici çəpgözlük. Əlilliyin müəyyən olunması meyarı: 2.1 Birinci dərəcə əlillik => 2,1,8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəliklərindən əziyyət çəkir. İşdə olan 152830 nömrəli əlillik vəsiqəsindən görünür ki, X14 3-cü dərəcəli əlillildir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 rayonu Daş Salahlı kəndində qardaşı Ərizəçi ilə yaşayır. Hazırda 1-ci qrup əlilldir. Atası xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X5 xx.xx.2024-cü il tarixdən Bakı şəhərində yaşayır. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 821 nömrəli rəyindən görünür ki, 05 oktyabr 1990-ci il tarixdə anadan olmuş X14 baş beyin travması nəticəsində demensiya (ağıl zəyifliyi) XBT-10 (psixi və davraniş pozuntularinin beynalxalq təsnifatı 10-cu baxış F02.8 xəstəliyindən) əziyyət çəkir. 05 oktyabr 1990-ci il tarixdə anadan olmuş X14 baş beyin travması nəticəsində demensiya (ağıl zəyifliyi) XBT- 10(psixi və davraniş pozuntularının beynalxalq təsnifatı 10-cu baxış F02.8 xəstəliyi səbəbindən o, özünü idarə etmək, öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X14 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. İşdə olan 1533 nömrəli ekipriz çıxarışından görünür ki, Ərizəçi qapallı kəllə beyin travması. Baş beyin ağır dərəcəli əzilməsi. Beynin kötüyünün difruz Aksonal zədələnməsi.Koma İİ Traxeostomiyadan sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. İşdə olan ******* nömrəli arayışdan görünür ki, X10 Bakı şəhəri Qaradağ rayonu Lökbatan Qəsəbəsi, Musəvi küçəsi ev 3, mənzil 3-də qeydiyyatdadır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X14 baş beyin travması nəticəsində demensiya (ağıl zəyifliyi) XBT-10 (psixi və davraniş pozuntularının beynalxalq təsnifatı 10cu baxış F02.8 xəstəliyindən əziyyət çəkir. 05 oktyabr 1990-ci il tarixdə anadan olmuş X14 öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, 05 oktyabr 1990-ci ildə Qazax rayonunda anadan olmuş X14 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 05 oktyabr 1990-cı il tarixdə Qazax rayonunda anadan olmuş X14 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 05 oktyabr 1990-cı il tarixdə Qazax rayonunda anadan olmuş X8 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar