Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-502/2025 04.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə müraciət edərək, Qazax rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarı X10, Ərizəçi, X3 Qazax rayon Daşsalahlı kəndi ərazisində mülkiyyətinə verilmiş 0.25 hektar torpaq sahəsi haqqında JN-1279A, Kod 50100038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X10”na aid hissədə X11”na və X10, Ərizəçi, X3 Qazax rayon Daşsalahlı kəndi ərazisində mülkiyyətinə verilmiş 1.06 hektar torpaq sahəsi haqqında JN-598, Kod 50100038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında “X10”na aid hissədə X11”na, “Ərizəçi İbrahim qızı”na aid hissədə Ərizəçi”na məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qazax rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarı ilə X10, Ərizəçi, X3 ümumi birgə mülkiyyətinə JN- 1279A, Kod 50100038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.25 hektar həyətyanı torpaq sahəsi; JN-598, Kod 50100038 saylı Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktı ilə X10, Ərizəçi İbrahim qızı, X3 ümumi birgə mülkiyyətinə 1.06 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə və dövlət aktında müəyyən yanlışlıqlara yol verilimişdir. Belə ki, şəhadətnamədə və dövlət aktında mərhum həyat yoldaşı X4 ata adı səhvən “Adil” dövlət aktında onun ata adı "İbrahimxəlil" əvəzinə "İbrahim" olaraq yazılmışdır. Onun ata adı şəhadətnamədə düz yazılmışdır. Qazax RİHBnin Daş Salahlı kənd İƏD üzrə nümayəndəliyinin 5-58-11-12-21/2-172/2025 saylı, xx.xx.2025-ci il tarixli arayışında göstərilir ki, JN- 598, KOD 50100038 nömrəli dövlət aktında səhvən X10 və Ərizəçi ibrahim qızı kimi yazılmış şəxslər həqiqətən X11, Ərizəçidır. Qazax RİHB-nin Daş Salahlı kənd İƏD üzrə nümayəndəliyinin 5-58-11-12-21/2- 183/2025 saylı, xx.xx.2025-ci il tarixli arayışında göstərilir ki, JN- 1279A, KOD 50100038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən X10 yazılmış şəxs X7r. Bu yanlışın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-H-03xx-xx/2024 nömrəli Daşınmaz Daşınmaz Əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildirişi ilə ərizənin icrasından imtina edilmiş və məhkəmənə müraciət etməyim tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ərizəçi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun adı soyadı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X11 və Ərizəçi ilə xx.xx.1967-ci il tarixdə rəsmi qayada evlənmişlər. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-598 KOD 50100038 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 04 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 1.06 ha torpaq sahəsi X5, Ərizəçi İbrahim qızının, X3 mülkiyyət hüququna verilmişdir. İş materiallarında olan JN-1279A KOD 50100038 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixli, 04 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0.25 ha torpaq sahəsi X5, Ərizəçi, X3 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 1.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş JN-598 nömrəli dövlət aktında mülkiyyətçilərin adları, atalarının adları və soyadlarə arxiv məlumatları ilə eynidir. Lakin “Torpağa mülkiyyət hüququna dair” JN-598 nömrəli dövlət aktında mülkiyyətçilərin adları, atalarının və soyadları şəxsiyyəti təsdiq sənədlərdə yə ölüm haqqında şəhadətnamədə fərqlidir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qazax rayonu Daş Salahlı kənd nümayəndəliyinin arayışından görünür ki, JN-598 nömrəli (KOD ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktında səhvən X1 Xeyransa İbrahim qızı və X2 yazılmış şəxslər həqiqətən X11, Ərizəçi və X6r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qazax rayonu Daş Salahlı kənd nümayəndəliyinin arayışından görünür ki, JN-1279A nömrəli KOD 50100038 torpağın mülkiyyətə verlməsinə dair şəhadətnamədə səhvən X10, Ərizəçi və X9 yazılmış şəxslər həqiqətən X11, Ərizəçi və X6r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində “Ərizəçi və X11” kimi göstərilsə də, JN-598 KOD 50100038 nömrəli Torpağa mülkiyyət hüququ verilməsinə dair dövlət aktında səhvən “X10 və Ərizəçi İbrahim qızı” kimi və JN-1279A KOD 50100038 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən “X11” sözü “X10” kimi göstərilmişdir. Dövlət aktında “X10 və Ərizəçi İbrahim qızı” və şahadətnamədə səhvən göstərilən “X10” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi və X11 ilə eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-598 KOD 50100038 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının, JN- 1279A KOD 50100038 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin şəxsiyyət vəsiqələrinin surəti, və nikah şəhadətnaməsində ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahatı Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə verilmiş JN-598 KOD 50100038 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktının “X10”na aid hissədə “X11”na, “Ərizəçi İbrahim qızı”na aid hissədə “Ərizəçi”na və Qazax rayon Aqrar İslahatı Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə verilmiş JN-1279A KOD 50100038 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X10”na aid hissədə “X11”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə verilmiş JN-598 KOD 50100038 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktının “X10”na aid hissədə “X11”na, “Ərizəçi İbrahim qızı”na aid hissədə “Ərizəçi”na və Qazax rayon Aqrar İslahatı Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə verilmiş JN-1279A KOD 50100038 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X10”na aid hissədə “X11”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-502/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-502/2025
04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver