Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-506/2023 11.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Cəfərli (Bədəlova) Aysel Fizuli qızının iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Cəfərli (Bədəlova) Aysel Fizuli qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə 11 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Cəfərov X33 (Bədəlova) Aysel Fizuli qızı ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon X16 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına ilə JN-071F KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X8 aid hissədə sənədin X9, X10 aid hissədə sənədin Ərizəçi1, X25 aid hissədə sənədin Ərizəçi2, X26 aid hissədə sənədin Ərizəçi3 və X13 aid hissədə sənədin X17 məxsus olması və Qazax rayon X16 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına ilə JN-361 KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X11 aid hissədə sənədin Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 ərizəni müdafiə etmiş və izahat verərək bildirmişdir ki, X16 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına ilə JN-071F KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onlara Qazax rayonun Dəmirçilər kəndində 0.24 ha həyətyanı torpaq sahəsi və JN-361 KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsləri mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun ailə üzvlərinin soyadı səhvən Səfərov kimi göstərilmişdir. Onun ailə üzvlərinin soyadı doğum haqqında şəhadətnamədə və bütün sənədlərdə Cəfərovdur. Onun adı dövlət aktında və şəhadətnamədə səhv yazılmışdır. Doğum haqqında şəhadətnamədə Tacımov olub, nikaha daxil olduqdan sonra isə Səfərova olmuşdur. Qazax rayon İcra hakimiyyətinin başçısının Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışında da qeyd olunduğu kimi onun həmin şəhadətnamədə və dövlət aktında soyadımız səhv qeyd edilmişdir. Həmin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan səhvlik müəyyən sənədləşməni aparmağımda çətinlik yaradır. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi Cəfərli (Bədəlova) Aysel Fizuli qızı ərizəni müdafiə etmiş və izahat verərək bildirmişdir ki, X16 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına ilə JN-071F KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onlara Qazax rayonun Dəmirçilər kəndində 0.24 ha həyətyanı torpaq sahəsi və JN-361 KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsləri mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun ailə üzvlərinin soyadı səhvən Səfərov kimi göstərilmişdir. O, X18 ilə nikaha daxil olmuş. Nikaha daxil olduqdan sonra ər soyadını yəni Bədəlov soyadını verilmişdir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi3 ərizəni müdafiə etmiş və Ərizəçi1 izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri və Reyestri Publik hüquqi şəxsin 15 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə olan sənədlərdən görünür ki, JN-361 KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarına əsasən Qazax rayonun Dəmirçilər kənd sakini X19 və ailə üzvlərinin mülkiyyətinə 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. JN-071F KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarına əsasən Qazax rayonun Dəmirçilər kənd sakini X19 və ailə üzvlərinin mülkiyyətinə 1.55 ha həyətyanı torpaq sahəsi verilmişdir. X19 12 fevral 1961-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. X30 xx xxxx 1970-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. X1 Sadət Eldar qızı ilə 12 dekabr 1961-ci ildə 18 nömrə ilə rəsmi nikah qeydiyyatından keçmişlər. Qadına Cəfərov soyadı verilmişdir. X19 10 may 2021-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində vəfat etmişdir. Ərizəçi2 xx xxxx 1991-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. Ərizəçi3 xx xxxxxxxx 1996-cı ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. X31 xx xxxxxx 1993-cü ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. X6 Orxan Yusifəli oğlu ilə 05 fevral 2011-ci ildə 01 nömrə ilə rəsmi nikah qeydiyyatından keçmişlər. Qadına Bədəlova soyadı verilmişdir. Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax rayon Dəmirçilər kənd icra nümayəndəliyinin verdiyi 22 fevral 2023-cü il tarixli arayışdan görünür ki, JN-361 KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında və JN-071F KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1, Ərizəçi2, Cəfərov X33 (Bədəlova) Aysel Fizuli qızının soyadı səhv yazılmışdır. Məhkəmə ərizəçilərinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, X16 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına ilə JN-071F KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onlara Qazax rayonun Dəmirçilər kəndində 0.24 ha həyətyanı torpaq sahəsi və JN-361 KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsləri mülkiyyətlərinə verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X19 12 fevral 1961-ci ildə, Ərizəçi2 xx xxxx 1991-ci ildə, Ərizəçi3 xx xxxxxxxx 1996-cı ildə, X31 xx xxxxxx 1993-cü ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşlar. X1 Sadət Eldar qızı ilə 12 dekabr 1961-ci ildə 18 nömrə ilə rəsmi nikah qeydiyyatından keçmişlər. Qadına Cəfərov soyadı verilmiş, X6 Orxan Yusifəli oğlu ilə 05 fevral 2011-ci ildə 01 nömrə ilə rəsmi nikah qeydiyyatından keçmişlər. Qadına Bədəlova soyadı verilmişdir.Lakin Qazax rayon X16 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına ilə JN- 071F KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X20, X5, X2 Sadət Eldar qızı kimi, X34 Ərizəçi2 kimi, X35, Ərizəçi3 kimi və X4 Aysel Fizuli qızı kimi və Qazax rayon X16 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına ilə JN-361 KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X3 Sadət Eldar qızı kimi qeyd edilmişdir. Odur ki, Qazax rayon X16 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına ilə JN-071F KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X8 aid hissədə sənədin X9, X10 aid hissədə sənədin Ərizəçi1, X25 aid hissədə sənədin Ərizəçi2, X26 aid hissədə sənədin Ərizəçi3 və X13 aid hissədə sənədin X23 məxsus olması və Qazax rayon X16 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına ilə JN-361 KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X11 aid hissədə sənədin Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon X16 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına ilə JN-071F KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X8 aid hissədə sənədin X9, X10 aid hissədə sənədin Ərizəçi1, X25 aid hissədə sənədin Ərizəçi2, X26 aid hissədə sənədin Ərizəçi3 və X13 aid hissədə sənədin Cəfərli (Bədəlova) Aysel Fizuli qızına məxsus olması və Qazax rayon X16 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına ilə JN-361 KOD 50107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X11 aid hissədə sənədin Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-506/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-506/2023
11.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver