Məhkəmə qərarları › İş №2(023)-53/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-53/2023

08.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-53/2023 08.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 Şakir oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Qazax rayon Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Qazax rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan və mərhum atası X7 adına sığortadan köçmüş 8800 (səkkiz min səkkiz yüz) manat pul vəsaitindən onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X17 ilə X1 06 fevral 1979-cu ildə 01 saylı akt qeydi ilə nikaha daxil olaraq ailə qurmuşlar və ünvan 1 ünvanında yaşamışlar. Onların birgə nikahlarından Xasayeva (Binnətova) Vəfa Fidayıl qızı və bacısı Xasayeva (Əliyeva) Könül Fidayıl qızı anadan olmuşdur. X1 01 noyabr 2010-cu ildə şəkərli diabet xəstəliyindən, atası X17 01 avqust 2020-ci ildə kəskin miokard infarktdan vəfat etmişdir. X21 döyüşləri iştirakçısı olduğu üçün sağlığında ona dövlət tərəfindən ** BX *** dövlət nömrə nişanlı “Naz Lifan” markalı minik avtomobili də verilmişdir. Atası sağlığında avtomobili onun oğluna vermişdir, atasının vəfatından sonra da həmin avtomobil ondadır, həyat yoldaşı idarə edir. Evi isə bacısı atasının vəfatından sonra icarəyə vermişdir. Atası İ qrup Qarabağ əlili olduğu üçün dövlət tərəfindən onun adına 8800 (səkkiz min səkkiuz yüz) manat sığorta pulu köçürülmüşdür. Lakin bacısı Əliyeva (Xasayeva) Könül Fidayıl qızı valideynlərindən miras qalmış əmlakların və pul vəsaitinin qanuna uyğun bərabər bölünməsinə etiraz edir. O, 01 mart 2022-ci ildə vərəsəliklə bağlı Qazax rayon Notariat Ofisinə müraciət etsə də, 29 mart 2022-ci il tarixdə bacısı ilə arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Bundan sonra o, məhkəmə müraciət etmək üçün sənədlərini toplamaq üçün vəkillə müqavilə bağlamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 01 avqust 2022-ci il tarixli **********07 saylı məktubunda mərhum atası X7 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivi 13 ünvanında qeydiyyata alınmış 4 nömrəli mənzilin özgəninkiləşdirilərək xx.xx.2022-ci il tarixdə bacısı Cavabdeh adına qeydiyyata alındığı bildirilmişdir. Onların arasında mübahisə olduğu halda bunun necə mümkün olduğunu bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qazax rayon Notariat Ofisi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirdi ki, X13 onun qonşusudur. Vəfa Xasayevanın mərhum atası X19 Qarabağ müharibəsi iştirakçısı olduğu üçün ona dövlət tərəfindən ** BX *** dövlət nömrə nişanlı “Naz Lifan” markalı minik avtomobili verilmişdir. Fidail Xasayev sağlığında avtomobili Vəfanın oğluna vermiş, atasının vəfatından sonra da həmin avtomobili Vəfanın oğlu və həyat yoldaşı Çingiz idarə etmişdir, Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, X13 onun həyat yoldaşıdır. Vəfa Xasayevanın mərhum atası X19 Qarabağ müharibəsi iştirakçısı olduğu üçün ona dövlət tərəfindən ** BX *** dövlət nömrə nişanlı “Naz Lifan” markalı minik avtomobili verilmişdir. Fidail Xasayev sağlığında avtomobili onların oğlu hərbi xidmətdən qayıtdıqdan sonra ona vermişdir. Fidail Xasayevin sağlığında və vəfatından sonra da həmin avtomobil onların istifadəsində olmuşdur. Hal-hazırda da həmin avtomobili o, idarə edir, hətta həmin avtomobillə məhkəmə iclasına gəlmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X14 və X5 xx.xx.1979-cu ildə 01 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra ərə Xasayev, arvada Allahverdiyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X13, atası X15, X1 olmaqla xx.xx.1982-ci ildə doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9, atası X15, X1 olmaqla xx.xx.1980-ci ildə doğulmuşdur. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X5 24 oktyabr 2010-cu ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X17 01 avqust 2020-ci ildə ölmüşdür. İş materiallarında olan Qazax rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 29 mart 2022-ci il tarixli 307 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş atanız X6 qalmış miras əmlakın bölüşdürülməsinə dair vərəslər arasında mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Tovuz regional ASAN xidmət mərkəzi notariat ofisinin 2V-380 saylı notariat işindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə notariat kontoruna ərizə ilə müraciət edərək, atası X7 01 avqust 2020-ci ildə vəfat etdiyini, Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivi 13 ünvanında 4 nömrəli mənzilin ondan miras qaldığını, ondan başqa vərəsə olmadığını və qeyd edilən əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01 avqust 2020-ci ildə vəfat etmiş X7 vərəsəsi qızı – Cavabdehdır o, miras əmlakdan tam irs almalıdır. Miras əmlak: ünvan 5 ünvanında ümumi sahəsi 81,7 kv.m olan mənzildən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 81,7 kv.m mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci ildən ********** qeydiyyat nömrəsi ilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 86,3 kv.m mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci ildən ********** qeydiyyat nömrəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 20 dekabr 2022-ci il tarixli **********4 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 01 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş X2 Nazirlik tərəfindən 16 aprel 2014-cü il tarixində “NAZ LİFAN” markalı minik avtomobili pulsuz olaraq verilmişdir. Qeyd edilən avtomobilin mülkiyyətə keçirilməsi ilə bağlı Nazirliyə müraciət daxil olmamışdır. İş materiallarında olan AC seriyalı, 263558 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “NAZLİFAN LF 7132/2-320 minik” markalı 35BX386 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X11r. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 05 yanvar 2023-cü il tarixli 3-17/2-47/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına əsasən mərhum X7 əlillik dərəcəsinə uyğun olaraq 8800 (səkkiz min səkkiz yüz) manat məbləğdə birdəfəlik ödəmə qanunla müəyyən edilmiş vərəsələrinə ödənilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, mübahisə predmeti olan Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində yerləşən bina 13, 4 saylı mənzil və “NAZLİFAN LF 7132/2-320 minik” markalı 35BX386 dövlət nömrə nişanlı avtomobil mərhum X7 mülkiyyətində olmuşdur. X17 xx.xx.2020-ci ildə ölmüşdür. X17 ilə X3 birgə nikahlarından 2 uşaqları - Xasayeva (Binnətova) Vəfa Fidayıl qızı və Xasayeva (Əliyeva) Könül Fidayıl qızı anadan olmuşlar. X7 ölümündən sonra ondan miras qalmış Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində yerləşən bina 13, 4 saylı mənzillə bağlı Cavabdeh xx.xx.2022-ci ildə Tovuz regional ASAN xidmət mərkəzi notariat ofisinə müraciətinə əsasən X6 miras qalmış əmlaka vərəsə tanınmış və həmin mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış” almışdır. X2 əlilliyi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş “NAZLİFAN” markalı minik avtomobili isə İddiaçı istifadəsindədir. Hazırda İddiaçı atasından qalmış digər miras əmlakı qəbul etdiyini bildirərək, bununla da atasından qalan Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində yerləşən bina 13, 4 saylı mənzilə dair cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, miras əmlakdan və mərhum atası X7 adına sığortadan köçmüş 8800 (səkkiz min səkkiz yüz) manat pul vəsaitindən onun payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi vacib hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasыnın MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş üzrə vərəsəlik X7 ölümü ilə 2020-ci ildə açıldığından mübahisəli münasibətlərə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, mübahisə predmeti əsasən miras əmlakın hüquqi müqəddaratının müəyyən edilməsi ilə bağlı olduğundan ilk növbədə mirasın kütləsinə aid olan əmlak növləri müəyyənləşdirilməli, daha sonra isə həmin əmlakın bölgüsü məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, X17 xx.xx.2020-ci ildə öldükdən sonra “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən X7 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 81,7 kv.m mənzil və AC seriyalı, 263558 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “NAZLİFAN LF 7132/2-320 minik” markalı 35BX386 dövlət nömrə nişanlı avtomobil miras qalmışdır. Məhkəmə qeyd edir ki, həmin əmlaklar X7 mülkiyyətində olduğundan miras kütləsinə daxildir. Həmçinin, X7 ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına əsasən mərhum X7 əlillik dərəcəsinə uyğun olaraq 8800 (səkkiz min səkkiz yüz) manat məbləğdə birdəfəlik ödəmə qanunla müəyyən edilmiş vərəsələrinə ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə iclasında iddiaçının və şahidlərin ifadələri, iş materialları ilə müəyyən edilmişdir ki, mərhum X7 vərəsələrindən qızı İddiaçı atasından qalmış digər miras əmlakı (“NAZLİFAN LF 7132/2-320 minik” markalı 35BX386 dövlət nömrə nişanlı avtomobil) faktiki olaraq qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı tərəfindən mirası faktiki qəbul edilməsi faktı müəyyən edilməli, cavabdehin ünvan 5 ünvanda yerləşən miras əmlakda payının müəyyən edilməsinə dair Tovuz regional ASAN xidmət mərkəzi notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında cavabdehin qeyd olunan miras əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydiyyat ləğv edilməli, ünvan 5 ünvanda yerləşən mənzildən, “NAZLİFAN LF 7132/2-320 minik” markalı 35BX386 dövlət nömrə nişanlı avtomobildən və mərhum X7 adına sığortadan köçmüş 8800 (səkkiz min səkkiz yüz) manat pul vəsaitindən qanun üzrə vərəsə kimi payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mərhum X6 qalmış mirası qəbul etməsi faktı müəyyən edilsin. Tovuz regional ASAN xidmət mərkəzi notariat ofisi tərəfindən verilmiş 2V-380 reyestr nömrəli, 10 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında Cavabdeh ünvan 5 ünvanda yerləşən 81,7 kv.m mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydiyyat ləğv edilsin. ünvan 5 ünvanda yerləşən mənzildən, “NAZLİFAN LF 7132/2-320 minik” markalı 35BX386 dövlət nömrə nişanlı avtomobildən və mərhum X7 adına sığortadan köçmüş 8800 (səkkiz min səkkiz yüz) manat pul vəsaitindən mərhum X7 qanun üzrə vərəsələri kimi İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar