Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-538/2024 24.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçilər X24 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 24 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçilər X24 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə JN-140 KOD 50100078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X2 aid olan hissədə X11, Ərizəçi1 Hüseyn qızına aid olan hissədə Ərizəçi1 və X6 aid olan hissədə Ərizəçi2 məxsus olması və Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarına ilə JN-225A KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 aid olan hissədə X11 və X12 aid olan hissədə Mustafayeva Azixana məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər X24 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə JN-140 KOD 50100078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X43 “X20” əvəzinə yanlış olaraq “X17” kimi, “Ərizəçi1” əvəzinə yanlış olaraq “Ərizəçi1 Hüseyn qızı” kimi və “Ərizəçi2” əvəzinə yanlış olaraq “X13” kimi və Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə JN-225A KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,24 ha həyətyanı torpaq sahəsi verilmışdir. Həmin Şəhadətnamədə “X20” əvəzinə yanlış olaraq “X27” kimi və “Mustafayeva Azixan” ” əvəzinə yanlış olaraq “X3 qeyd edilmişdir. Halbuki, onların bütün sənədlərində adları “X20”, “Ərizəçi1”, “Ərizəçi2” və “Mustafayeva Azixan” kimi yazılmışdır. Qeyd olunan Dövlət aktında və Şəhadətnamədə olan səhvliklər alqı-satqı işlərinin aparılması ilə bağlı çətinlik yaradır və onların hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçilər X24 və Ərizəçi2 məhkəməyə göndərdiyi ərizədə, həmçinin üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, işə onların iştirakı olmadan baxılaraq, ərizənin təmin olunmasını xahiş etmişlər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X20 xx.xx.2007-ci ildə ölmüşdür. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X36 və Mustafayeva Azixan xx.xx.1953-cü ildə 30 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Mustafayeva Azixan xx.xx.2015-ci ildə ölmüşdür. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə doğulmuş Ərizəçi2 atası X23, anası X7r. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1992-ci il tarixdə doğulmuş Ərizəçi1 atası X37, anası X9r. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1992-ci ildə doğulmuşdur. JN-140 KOD 50100078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Xanlıqlar kəndində yerləşən 2,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X34, X17, X10, X14, X18, X25, Ərizəçi1 Hüseyn qızı, X28 və X4 mülkiyyətinə verilmişdir. JN-225A KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Xanlıqlar kəndində yerləşən 0,24 hektar həyətyanı torpaq sahəsi X34, X27, X21, X22, X25, X15, X28 və Ərizəçi2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN–225A saylı Şəhadətnamədə və 2,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN–140 saylı Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin sənədlərində adı “X20, Ərizəçi1, Ərizəçi2 və Mustafayeva Azixan” kimi göstərilsə də, JN–140 KOD 50100078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN–225A KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X35 (Əli) qızı, Ərizəçi1 Hüseyn qızı, X16 və X21” kimi göstərilmişdir. Dövlət aktında və Şəhadətnamədə göstərilən “X35 (Əli) qızı, Ərizəçi1 Hüseyn qızı, X16 və X21” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “X20, Ərizəçi1, Ərizəçi2 və Mustafayeva Azixan”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN–140 KOD 50100078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, 225A KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, şəxsiyyət vəsiqəsi, doğum, nikah və ölüm haqqında şəhadətnamələr ərizəçilər tərəfindən onlara və mərhumlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpaq sahələrinə dair alqı-satqı işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-140 KOD 50100078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X17”na aid olan hissədə “X20”na, “Ərizəçi1 Hüseyn qızı”na aid olan hissədə “Ərizəçi1”na və “X13”na aid olan hissədə “Ərizəçi2”na məxsus olması və 225A KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X27”na aid olan hissədə “X20”na və “X21”na aid olan hissədə “Mustafayeva Azixan”a məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-140 KOD 50100078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X17”na aid olan hissədə “X20”na, “Ərizəçi1 Hüseyn qızı”na aid olan hissədə “Ərizəçi1”na və “X13”na aid olan hissədə “Ərizəçi2”na məxsus olması və 225A KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X27”na aid olan hissədə “X20”na və “X21”na aid olan hissədə “Mustafayeva Azixan”a məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-538/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-538/2024
24.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver