Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-544/2024 19.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 19 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli, 06 saylı qərarı ilə, Qazax rayonu Kosalar kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN–404F KOD 50100068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli, 06 saylı qərarı ilə Qazax rayonu Kosalar kəndi ərazisində yerləşən 1,46 ha pay torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN–222 KOD 50100068 nömrəli Torpağa mülkiyyət hüququna dair X8 Mürsəl Məmməd oğluna aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli, 06 saylı qərarı ilə, Qazax rayonu Kosalar kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli, 06 saylı qərarı ilə Qazax rayonu Kosalar kəndi ərazisində yerləşən 1,46 ha pay torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinə dair tərtib olunmuş JN–404F KOD 50100068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və JN–222 KOD 50100068 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun adı “Ərizəçi” əvəzinə yanlış olaraq “Ərizəçi Məmməd oğlu” kimi qeyd edilmişdir. Halbuki, onun bütün sənədlərində adı Ərizəçi kimi yazılmışdır. Qeyd olunan Şəhadətnamədə və Dövlət aktında olan səhvlik torpaq sahəsinə dair çıxarışın alınması ilə bağlı çətinlik yaradır və onların hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəməyə göndərdiyi ərizədə, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılaraq, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan AZE seriyalı 15717251 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1989-cu il tarixdə doğulmuş Ərizəçi atası X6, anası X1r. İş materiallarında olan JN–404F KOD 50100068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Kosalar kəndində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsi X5, X4, X6, X3, Ərizəçi Məmməd oğlu və X2 mülkiyyətinə verilmişdir. JN–222 KOD 50100068 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Kosalar kəndində yerləşən 1,46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5, X4, X6, X3, Ərizəçi Məmməd oğlu və X2 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Kosalar kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli 5-58-18-12-21/2-914/2023 və 5-58-18-12-21/2-915/2023 saylı arayışlardan görünür ki, JN–404F KOD 50100068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və JN–222 KOD 50100068 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi adı səhvən Ərizəçi Məmməd oğlu kimi qeyd olunmuşdur və həmin adda Qazax rayonu Kosalar kəndində heç kim yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, Qazax rayonu Kosalar kəndində yerləşən 1,46 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-222 nömrəli Dövlət Aktında və 0,25 ha torpaq sahəsinə dair tərtib edilmiş JN–404F saylı Şəhadətnamədə buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin sənədlərində adı “Ərizəçi” kimi göstərilsə də, JN–404F KOD 50100068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və JN–222 KOD 50100068 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “Ərizəçi Məmməd oğlu” kimi göstərilmişdir. Dövlət aktında və Şəhadətnamədə göstərilən “Ərizəçi Məmməd oğlu” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN–404F KOD 50100068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, JN–222 KOD 50100068 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahələrinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–404F KOD 50100068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN–222 KOD 50100068 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “Ərizəçi Məmməd oğlu”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN–404F KOD 50100068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN–222 KOD 50100068 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “Ərizəçi Məmməd oğlu”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-544/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-544/2024
19.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver