Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-548/2023 02.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi İddiaçı Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızının, onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh Qocayeva (Mehdiyeva) Zöhrə Bayram qızının iştirakları ilə İddiaçı Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızının cavabdehlər Qocayeva (Mehdiyeva) Zöhrə Bayram qızı, Cavabdeh2 və X9 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəliyin müəyyən olunması tələbinə dair mülki işə 02 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızı məhkəmədə iddia qaldıraraq, 01 yanvar 2006-cı ildə vəfat etmiş, mərhum X2 miras qalmış, ünvan 1 ünvanda yerləşən, cəmi 802,0 kvm torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 147,1 kvm, yaşayış sahəsi 74,9 kvm və köməkçi sahəsi 72,2 kvm olan fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, həmin miras əmlaka vərəsəliyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızı məhkəmə iclasında iddianı müdafiə etmiş və bildirmişdir ki, X4, anası isə X10 olmaqla xx xxxx 1951-ci ildə Qazax şəhərində anadan olmuşdur. Valideynlərinin ər-arvad münasibətlərindən cəmi 7 nəfər övladları anadan olmuşdur. Onlardan sağ qalanlardan onun özü, X16, X17 və Cavabdeh2dur. Digər 3 nəfər vəfat edən övladlardan 03 mart 1953-cü ildə anadan olmuş və 12 iyul 2011-ci ildə vəfat etmiş X18, 20 dekabr 1954-cü ildə anadan olmuş və 08 aprel 2013-cü ildə vəfat etmiş X19, 30 iyun 1962-ci ildə anadan olmuş və 01 dekabr 2021-ci ildə vəfat etmiş X11r. X4 xx.xx.1986-cı ildə, anası X15 isə xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Hər iki valideynlərinin ölümündən sonra onların yas və dəfn mərasimini təşkil etmiş, xərcini çəkmişdir. X2 miras qalmış, ünvan 1 ünvanda yerləşən, cəmi 802,0 kvm torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 147,1 kvm, yaşayış sahəsi 74,9 kvm və köməkçi sahəsi 72,2 kvm olan fərdi yaşayış evindən ibarət mirası faktiki olaraq qəbul etməklə qorunub saxlanmasını və idarə olunmasını həyata keçirmişdir. Hal-hazırda da onun istifadəsində olmaqla, faktiki olaraq orada yaşayır. Qardaş və bacıları ailə qurduqdan sonra sözügedən evdən çıxaraq, başqa ünvanlara köçmüşlər. Anasının ölümündən sonra mirası ondan başqa nə qanunla, nə də faktiki olaraq qəbul etməmişlər. Odur ki, iddianın təmin olunmasını xahiş edir. İddiaçı Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Qocayeva (Mehdiyeva) Zöhrə Bayram qızı məhkəmə iclasında iddianı qəbul etmiş və izahat verərək bildirmişdir ki, 01 yanvar 2006-cı ildə vəfat etmiş, mərhum X2 miras qalmış, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı bacısı, iş üzrə İddiaçı faktiki qəbul etmiş və həmin mirasa yiyələnmişdir. O, həmin mirasın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına, həmin miras əmlaka iddiaçının vərəsəliyinin müəyyən müəyyən edilməsinə razıdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh2 notariat qaydasında təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2006-cı ildə vəfat etmiş, mərhum X2 miras qalmış, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka İddiaçı vərəsəliyinin müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh X17 notariat qaydasında təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2006-cı ildə vəfat etmiş, mərhum X2 miras qalmış, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka İddiaçı vərəsəliyinin müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. İşdə olan sənədlərdən görünür ki, X1 Minarə Bayram oğlu ilə 23 oktyabr 1970-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Cavabdeh2 xx xxxx 1969-cu il tarixdə Qazax rayonunda anadan olmuşdur. X13 xx xxxx 1951-ci tarixdə Qazax rayonunda anadan olmuşdur. X10 01 yanvar 2006-cı il tarixdə Qazax şəhərində vəfat etmişdir. X14 28 iyul 1986-cı il tarixdə Qazax şəhərində vəfat etmişdir. X20 01 dekabr 2021-ci il tarixdə Rusiya Federasiyası Altay diyarı Biysk şəhərində vəfat etmişdir. X19 08 aprel 2023-cü il tarixdə Rusiya Federasiyası Altay diyarı Biysk şəhərində vəfat etmişdir. X21 12 iyul 2023-cü il tarixdə Rusiya Federasiyası Altay diyarı Biysk şəhərində vəfat etmişdir. İşdə olan, 13 sentyabr 1988-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 1 ünvanda yerləşən, 802,0 kvm torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 147,1 kvm, yaşayış sahəsi 74,9 kvm və köməkçi sahəsi 72,2 kvm olan olan fərdi yaşayış evi X6 mülkiyyətinə verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən, 802,0 kvm torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 147,1 kvm, yaşayış sahəsi 74,9 kvm və köməkçi sahəsi 72,2 kvm olan olan fərdi yaşayış evi iddiaçının 01 yanvar 2006-cı ildə vəfat etmiş X2 miras qalmışdır. X6 ölümündən sonra, yəni miras açıldığı vaxtdan həmin mirası faktiki olaraq iddiaçı qəbul etməklə mirasa yiyələnmiş, mirasın qorunub saxlanmasını və idarə olunmasını həyata keçirmişdir. Hal-hazırda da iddiaçının istifadəsində olmaqla, faktiki olaraq orada yaşayır. X3 digər birinci növbəli vərəsələrindən heç biri mirası nə qanunla (notariat kontoruna müraciət etməklə), nə də faktiki olaraq qəbul etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Bu Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü qərarında qeyd edilir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qanunvericiliyin qeyd olunan tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının 01 yanvar 2006-cı ildə vəfat etmiş X2 qalmış, ünvan 1 ünvanda yerləşən, 802,0 kvm torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 147,1 kvm, yaşayış sahəsi 74,9 kvm və köməkçi sahəsi 72,2 kvm olan olan fərdi yaşayış evindən ibarət mirasın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməli, ünvan 1 ünvanda yerləşən, cəmi 802,0 kvm torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 147,1 kvm, yaşayış sahəsi 74,9 kvm və köməkçi sahəsi 72,2 kvm olan olan fərdi yaşayış evinə iddiaçının vərəsəliyi müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233,238 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 01 yanvar 2006-cı ildə vəfat etmiş, mərhum X5 miras qalmış, ünvan 1 ünvanda yerləşən, cəmi 802,0 kvm torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 147,1 kvm, yaşayış sahəsi 74,9 kvm və köməkçi sahəsi 72,2 kvm olan olan fərdi yaşayış evindən ibarət mirasın Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızı tərəfindən qəbul edilməsi faktının müəyyən edilsin. 01 yanvar 2006-cı ildə vəfat etmiş, anası mərhum X5 miras qalmış, ünvan 1 ünvanda yerləşən, cəmi 802,0 kvm torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 147,1 kvm, yaşayış sahəsi 74,9 kvm və köməkçi sahəsi 72,2 kvm olan olan fərdi yaşayış evinə Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızının vərəsəliyi müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-548/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-548/2023
02.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver