Məhkəmə qərarları › İş №2(023)-550/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-550/2023

08.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-550/2023 08.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “şəxsin fəaliyyət qabiliyyəti hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “şəxsin fəaliyyət qabiliyyəti hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışdır ki, X4 onun doğma qardaşıdır.Qardaşı 15 dekabr 2022-ci il tarixdə “dəqiqləşdirilməmiş beyindaxili qansızmadan” vəfat etmişdir.Ondan öncə də, qardaşının həyat yoldaşı X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Qardaşım öldükdən sonra onun Elnarə ilə nikahlarından doğulmuş müddətsiz ümumi xəstə olan xx.xx.2000-ci il təvəllüdlü X1 və xx.xx.2003-cü il təvəllüdlü X2 onların himayəsindədir. Onlar uşaqları himayəyə götürmək üçün onların ilk öncə fəaliyyət qabiliyyəti olmayan sayılmaları zəruridir. Məhkəmə iclasında Ərizəçi1 ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “şəxsin fəaliyyət qabiliyyəti hesab edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ərarvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “şəxsin fəaliyyət qabiliyyəti hesab edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar