Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-554/2023 02.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər İsmayılova (Əzizova) Sona Qayvalı qızı və Nəsibova (Əzizova) Əzizə Qayvalı qızına qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəliyin müəyyən olunması tələbinə dair mülki işə 02 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, 14 mart 1993-cü ildə vəfat etmiş, X9ndan və 29 dekabr 1998-ci ildə vəfat etmiş X12 qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evindən ibarət mirasın X25 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, 14 mart 1993-cü ildə vəfat etmiş, X9ndan və 29 dekabr 1998-ci ildə vəfat etmiş X12 miras qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evinə X14 vərəsəliyinin müəyyən edilməsi, 03 yanvar 2011-ci ildə vəfat etmiş, X10ndan qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evindən, Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X14 və cavabdeh X15 ümumi birgə mlükiyyətinə verilmiş 0,27 ha həyətyanı torpaq sahəsinin X14 payına düşən hissəsindən və Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X25 və cavabdeh X15 ümumi birgə mülkiyyətinə verilmiş, Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən hissəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, 03 yanvar 2011-ci ildə vəfat etmiş, X10ndan qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evinə, Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X25 və cavabdeh X15 ümumi birgə mlükiyyətinə verilmiş 0,27 ha həyətyanı torpaq sahəsinin X14 payına düşən hissəsinə və Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X25 və cavabdeh X15 ümumi birgə mlükiyyətinə verilmiş, Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən hissəsinə onun vərəsəliyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və bildirmişdir ki, o, X33 ilə 01 sentyabr 1981-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişdir. X4 ilə X2 birgə nikahlarından 5 nəfər övladları anadan olmuşdur. Onların birgə nikahlarından xx.xx.2000-ci ildə vəfat etmiş X27 və xx.xx.2020-ci ildə vəfat etmiş X28 vardır. Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, 0,27 ha həyətyanı torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm ibarət olan fərdi yaşayış evi X1 və sonuncunun anası X17 adına paylı olmaqla qeydə alınmışdır. Qeyd olunan torpaq sahəsi isə Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X5 və cavabdeh X15 ümumi birgə mlükiyyətinə verilmişdir. Eyni zamanda, Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X2 və cavabdeh X15 ümumi birgə mlükiyyətinə verilmişdir. X4 xx.xx.1993-cü ildə, sonuncunun anası X29 xx.xx.1998-ci ildə, X5 isə xx.xx.2011-ci ildə vəfat etmişdir. X1 və onun anası X17 ölümündən sonra onlardan qalmış, Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evindən ibarət miras əmlakı X5 faktiki qəbul etməklə, həmin əmlaka yiyələnmiş, mirasa sahiblik etmiş və idarə olunmasını həyata keçirmişdir. Qayınanası X3, yəni xx.xx.2007-ci il tarixdə ölən günədək özünə məxsus bütün əmlakını, onun harada və nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən yaşayış evini ona vəsiyyət etmiş, həmin vəsiyyətnamədə başqa vərəsələrini vərəsəlikdən məhrum etdiyini göstərmişdir. X2 vəfatından sonra onun dəfn və yas mərasimini təşkil etməklə, bütün xərclərini üzərinə götürmüş, habelə ondan qalmış, Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evindən, habelə həmin evin yerləşdiyi, Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X14 və cavabdeh X15 ümumi birgə mlükiyyətinə verilmiş 0,27 ha həyətyanı torpaq sahəsinin X14 payına düşən hissəsindən, o cümlədən Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X14 və cavabdeh X15 ümumi birgə mlükiyyətinə verilmiş, Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən hissəsindən ibarət miras əmlakı faktiki qəbul etməklə, həmin əmlaklara yiyələnmiş, sahiblik etmiş və idarə olunmasını həyata keçirmişdir. Ondan başqa miras qoyanın birinci növbəli vərəsələrdən heç biri qeyd olunan miras əmlakları nə notarial qaydada, nə də faktiki olaraq qəbul etməmişlər. Odur ki, iddianın təmin olunmasını xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh İsmayılova (Əzizova) X35 rayon notariat ofisinin notarisunda təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəliyin müəyyən olunması tələbinə dair iddiasını qəbul etdiyini, iddianın təmin olunmasına heç bir etirazının olmadığını bildirib, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Nəsibova (Əzizova) X31 şəhər 2 saylı notariat ofisinin notarisunda təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəliyin müəyyən olunması tələbinə dair iddiasını qəbul etdiyini, iddianın təmin olunmasına heç bir etirazının olmadığını bildirib, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı X33 ilə 01 sentyabr 1981-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. X7 Minayə Əhməd qızı ilə 01 iyun 1992-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. X8 Tamam Osman qızı ilə ilə 21 iyun 1965-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. X6 Cavat Yusub oğlu ilə 20 yanvar 1988-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. X30 14 mart 1993-cü il tarixdə Qazax rayonunun Birinci Şıxlı kəndində vəfat etmişdir. X25 03 yanvar 2011-ci il tarixdə Qazax rayonunun Birinci Şıxlı kəndində vəfat etmişdir. X29 29 dekabr 1998-ci il tarixdə Qazax rayonunun Birinci Şıxlı kəndində vəfat etmişdir. X27 10 mart 2000-ci l tarixdə Rusiya Federasiyası Miçurin şəhərində vəfat etmişdir. X28 18 avqust 1962-ci il tarixdə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. Cavabdeh1 xx xxxx 1959-cu il tarixdə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. Cavabdeh2 xx xxxxxx 1964-cü il tarixdə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 23 yanvar 2007-ci il tarixli vəsiyyətnamədən görünür ki, X25 bütün əmlakını, onun harda yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq, o cümlədən Qazax rayonu Birinci Şıxlı kəndində yerləşən evini İddiaçı vəsiyyət etmişdir. Başqa vərəsələrini vərəsəlikdən məhrum etmişdir. İşdə olan, JN-305, KOD 50113018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı ilə Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən Qazax rayonun Birinci Şıxlı kənd sakinləri X25 və X15 mülkiyyətinə həmin kəndin ərazisindən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan, JN-661F, KOD 50113018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən Qazax rayonun Birinci Şıxlı kənd sakinləri X25 və X15 mülkiyyətinə həmin kəndin ərazisindən 0.27 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan, 17 avqust 1999-cu il tarixli texniki pasportdan görünür ki, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evi X22 və X17 mülkiyyətinə verilmişdir. İşdə olan Qazax rayon İcra Hakimiyyəti başçısının Birinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 avqust 2021-ci il tarixli arayışından görünür ki, həqiqətən də İddiaçı mərhum qaynatası və qaynanasının ölümündən sonra onlardan miras qalmış fərdi yaşayış evində o yaşamış həmin evi və təsərrüfatı bu günədək o idarə etmişdir. İşdə olan Qazax rayon İcra Hakimiyyəti başçısının Birinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 fevral 2023-cü il tarixli arayışından görünür ki, həqiqətən də İddiaçı JN-661F, KOD 50113018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-305, KOD 50113018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı ilə verilmiş torpaq sahələrinin torpaq vergisini ödəyir. Məhkəmə iddiaçı, onun nümayəndəsinin və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, 0,27 ha həyətyanı torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm ibarət olan fərdi yaşayış evi iddiaçının 14 mart 1993-cü ildə vəfat etmiş X1 və Ş.Q.Əzizovun 29 dekabr 1998-ci ildə vəfat etmiş anası X17 adına paylı olmaqla qeydə alınmışdır. Həmin evin yerləşdiyi 0,27 ha həyətyanı torpaq sahəsi isə Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997ci il tarixli 10 nömrəli qərarına əsasən iddiaçının 03 yanvar 2011-ci il tarixdə vəfat etmiş X5 və iş üzrə cavabdeh X15 ümumi birgə mlükiyyətinə verilmişdir. Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X10nın və cavabdeh X15 ümumi birgə mlükiyyətinə verilmişdir. X9 və onun anası X29 vəfat etdikdən sonra onlardan qalmış, Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evindən ibarət mirasa X25 yiyələnmiş, sahiblik etmiş, idarə olunmasını həyata keçirmiş, bununla da mirası faktiki qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Bu Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü qərarında qeyd edilir ki, Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qanunvericiliyin qeyd olunan tələblərinə əsaslanaraq məhkəmə ilk növbədə hesab edir ki, 14 mart 1993-cü ildə vəfat etmiş, X9 və 29 dekabr 1998-ci ildə vəfat etmiş X12 qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evindən ibarət mirasın X25 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, X14 həmin miras əmlaka vərəsəliyi müəyyən olunmalıdır. Məhkəmədə həmçinin müəyyən olmuşdur ki, mərhum X3, yəni 23 yanvar 2007-ci il tarixdə Qazax rayon dövlət notariat kontorunda təsdiq edilmiş 7E-İ-156, 7E-İ-157 reyestr nömrəli vəsiyyətnamə ilə bütün əmlakını, onun harda yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq, o cümlədən Qazax rayonu Birinci Şıxlı kəndində yerləşən evini İddiaçı vəsiyyət etmişdir. X10 03 yanvar 2011-ci il tarixdə vəfat etdikdən sonra ondan qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evindən, Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X14 və X15 ümumi birgə mlükiyyətinə verilmiş 0,27 ha həyətyanı torpaq sahəsinin X14 payına düşən hissəsindən və Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X25 və X15 ümumi birgə mülkiyyətinə verilmiş, Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən hissəsindən ibarət mirasa İddiaçı yiyələnmiş, sahiblik etmiş, idarə olunmasını həyata keçirmiş, bununla da vəsiyyətnamə üzrə mirası faktiki qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Bu Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1166 Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. 1237 Mirasın açıldığı andan vəsiyyətnamənin icraçısı mirası mühafizə və idarə etməyə başlamalıdır; o, vəsiyyətnamənin icrası üçün zəruri olan bütün hərəkətləri yerinə yetirməyə səlahiyyətlidir. Bu səlahiyyət daxilində vərəsələr mirası idarə etmək hüququnu itirirlər. Bu Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246 Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd olunanlara əsasə məhkəmə hesab edir ki, 03 yanvar 2011-ci il tarixdə vəfat etmiş X10ndan qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evindən, Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X14 və X15 ümumi birgə mlükiyyətinə verilmiş 0,27 ha həyətyanı torpaq sahəsinin X14 payına düşən hissəsindən və Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X25 və X15 ümumi birgə mülkiyyətinə verilmiş, Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən hissəsindən ibarət mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, İddiaçı həmin miras əmlaklara vərəsəliyi müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233,238 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 14 mart 1993-cü ildə vəfat etmiş, X9 və 29 dekabr 1998-ci ildə vəfat etmiş X12 qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evindən ibarət mirasın X25 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. 14 mart 1993-cü ildə vəfat etmiş, X9ndan və 29 dekabr 1998-ci ildə vəfat etmiş X12 miras qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evinə X14 vərəsəliyi müəyyən edilsin. 03 yanvar 2011-ci ildə vəfat etmiş, X10ndan miras qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evindən, Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X14 və X15 ümumi birgə mlükiyyətinə verilmiş 0,27 ha həyətyanı torpaq sahəsi X14 payına düşən hissəsindən və Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X25 və X15 ümumi birgə mülkiyyətinə verilmiş, Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən hissəsindən ibarət mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. 03 yanvar 2011-ci ildə vəfat etmiş, X10ndan miras qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evinə, Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X25 və X15 ümumi birgə mlükiyyətinə verilmiş 0,27 ha həyətyanı torpaq sahəsinin X14 payına düşən hissəsinə və Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X25 və X15 ümumi birgə mlükiyyətinə verilmiş, Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən hissəsinə İddiaçı vərəsəliyi müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-554/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-554/2023
02.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver