Məhkəmə qərarları › İş №2(023)-577/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-577/2025

10.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-577/2025 10.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə qızının iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 10 aprel 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 saylı qərarına əsasən JN-0076 KOD 50111018 nömrəli Torpağa Mülkiyyət hüququna dair X2 Qorxmaz Sabir oğluna aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 saylı qərarına əsasən Qazax rayonu Fərəhli kəndində onlara verilmiş 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib olunmuş JN-0076 KOD 50111018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında “Ərizəçi” əvəzinə yanlış olaraq “Ərizəçi Sabir oğlu” kimi səhv qeyd edilmişdir. Halbuki ona məxsus bütün sənədlərdə onun adı Ərizəçi kimi göstərilmişdir. Bu sənəddə texniki səhvə yol verilməsi torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması üçün onlara çətinlik yaradır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə doğulmuş Ərizəçi atası X1, anası Nümayəndədır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə doğulmuşdur. JN-0076 KOD 50111018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu Fərəhli kəndində yerləşən 1.63 hektar torpaq sahəsi X1, Nümayəndə və Ərizəçi Sabir oğlunun mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Fərəhli kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2025-ci il tarixli 5-58-13-12-21/2-80/2025 saylı arayışından görünür ki, JN-0076 KOD 50111018 nömrəliTorpağa mülkiyyət hüququna dair Dövlət Aktında adı göstərilən Ərizəçi Sabir oğlu 3 saylı təsərrüfatbaşıəna kitabın 150 saylı şəxsi hesabda olan Ərizəçidur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qazax rayonu Fərəhli kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN–0076 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçiyə aid bütün sənədlərdə “Ərizəçi” kimi göstərilsə də, JN-0076 KOD 50111018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında “Ərizəçi Sabir oğlu” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “Ərizəçi Sabir oğlu” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən Ərizəçi eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-0076 KOD 50111018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının, doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinin sənədləşməsinin həyata keçirilməsi ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 saylı qərarına əsasən verilmiş JN-0076 KOD 50111018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair X2 Qorxmaz Sabir oğluna aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 saylı qərarına əsasən verilmiş JN-0076 KOD 50111018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair X2 Qorxmaz Sabir oğluna aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar