Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-579/2025 04.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızının, Cavabdeh Həsənəlı̇ yev Nazı̇ m Məmməd oğlunun iştirakı ilə, İddiaçı Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızının cavabdehlər Həsənəlı̇ yev Razı̇ m Məmməd oğluna, Həsənəlı̇ yev Nazı̇ m Məmməd oğluna, Həsənəlı̇ yev Vəzı̇ r Məmməd oğluna, Cavabdeh4 və maraqlı şəxs Qazax rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızı cavabdehlər Həsənəlı̇ yev Razı̇ m Məmməd oğluna, Həsənəlı̇ yev Nazı̇ m Məmməd oğluna, Həsənəlı̇ yev Vəzı̇ r Məmməd oğluna, Cavabdeh4 və maraqlı şəxs Qazax rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən mərhum X9 adına olan ümumi mülkiyyətdə olan yaşayış evinin onunla X9 arasında birgə nikah dövründə əldə edildiyi əmlak hesab edilərək, yaşayış evinin 1/2 hissəsinin onun mülkiyyəti hesab olunaraq, ona ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi, yaşayış evinin digər 1/2 hissəsinin, yəni, birgə nikah dövründə əldə edilmiş yaşayış evinin mərhum X11 çatan hissəsi üzrə miras qalmış əmlakın və Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarı ilə JN-086A nömrəli Şəhadətnamə ilə verimiş ümumi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin mərhum X11 düşən 1/3 hissəsi üzrə miras qalan əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi və miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun olaraq bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızı iddianı onunla əsaslandırmışdır ki, o, X14 ilə 1955-ci ildə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həyat yoldaşı ilə birgə evliliyindən 5 uşağı dünyaya gəlmişdir. Həyat yoldaşı ilə ailə həyatı qurandan sonra yaşadıqları yaşayış evini inşa etdirməyə başlamışlar. Yavaş-yavaş, hər il biraz tikinti aparmaqla sonda bu yaşamış evini ərsəyə gətirdilər. Həyat yoldaşı ilə nikahlarını 07 dekabr 1987-ci İdə rəsmiləşdirmişlər. Yaşadığı yaşayış evini 1989-cu ildə aidiyyatı qurumda qeydiyyatdan keçirtmişdir. Yaşayış evinin də yerləşdiyi 25 ha torpaq sahəsi Qazax rayon Aqrar islahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 saylı qərarı ilə JN- 086A nömrəli Şəhadətnamə ilə onların ailəsinin mülkiyyətinə verilib. Həmin qərarla bu torpaq sahəsi həyat yoldaşı X10 da ümumi mülkiyyətidir. Bildirir ki, 5 övladı hamısı böyüyüb boya-başa çatdıqdan sonra bir-bir ailə qurub yaşayış evini tərk etmişlər. Övladları başqa yerlərdə yaşadıqlarından həyat yoldaşı və o bu evdə birgə yaşamışlar. Həyat yoldaşı X14 03 oktyabr 2003-cü ildə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra ondan miras qalan yaşayış evini miras əmlak kimi qəbul edib, idarə etməyə başladı. Həyat yoldaşı vəfat etdikdən sonra bir neçə il yaşayış evində tək yaşadı. Sonradan cavabdehlərdən böyük oğlu Cavabdeh1 özünə məxsus təsərrüfatı sataraq ailəsi ilə birlikdə onun yanına gəlmiş və onunla birgə yaşamağa başlamışdır. Lakin, bir müddət sonra Cavabdeh1 və onun ailəsi onunla yola getməmiş, ona qarşı qərəz nümayiş etdirərək, onu evdən qovmuşdur. Uzun müddət onu yaşadığı evə yaxın buraxmadılar. Məcbur olub məhkəməyə müraciət edərək öz evinə köçürülməyini xahiş etmişdir. Qazax rayon məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(015)-1479/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək yaşayış evinə köçürülməyi qət edilmişdir. Lakin, cavabdehin qanunsuz hərəkəti ucbatından qətnamə icra edilməmiş qalmışdır. Artıq cavabdehlərlə yaşayış evinin müqəddəratını təyin vaxtıdır. O yaşayış evi üzrə özünə düşən payı almaq istəyir. Qeyd edir ki, miras əmlak olan yaşayış evi onunla həyat yoldaşı arasında olan rəsmi nikah dövründə əldə edilmiş əmlak olduğurdan həmin əmlakın miras əmlak kütləsi yaşayış evinin mərhum həyat yoldaşı X11 düşən hissəsidir. Yəni, yaşayış evinin 50 % hissəsi miras əmlak kütləsi sayılır. Həmin 50% miras əmlak kütləsinin də mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölünməsinə ehtiyac vardır. Bildirir ki, cavabdehlərdən Cavabdeh1 miras əmlakın mirası qəbul etmiş vərəsələri arasında paylara uyğun bölüşdürülməsinə mane olur. Bu səbəbdən də Notarius mübahisə olması səbəbindən vərəsəlik şəhadətnaməsinin verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Mərhum həyat yoldaşı X9 adına olan yaşayış evi üzrə birgə mülkiyyətindən ona çatası ½ hissə üzrə və Qazax rayon X18 24 mart 1997-ci il tarixli, 04 saylı Qərarı ilə verilmiş həyətyarı torpaq sahəsinin mərhum həyat yoldaşına düşən 1/3 hissəsi üzrə miras əmlak kütləsinin vərəsələr arasında bölüşdürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızı iddia tələbini müdafiə edərək, bildirdi ki, cavabdeh Həsənəlı̇ yev Razı̇ m Məmməd oğlu onu həmin mübahisəli evdə yaşamağa imkan vermir. Bu səbəbdən hazırda kirayədə yaşayır. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Həsənəlı̇ yev Nazı̇ m Məmməd oğlu bildirdi ki, iddia tələbini qəbul edir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Qazax Rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qazax Rayon Notariat Ofisinın nümayəndəsi məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh Həsənəlı̇ yev Razı̇ m Məmməd oğlu, Həsənəlı̇ yev Vəzı̇ r Məmməd oğlu, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızı nikahlarını xx.xx.1987-ci il tarixində Qazax Rayon Qeydiyyat şöbəsində qeydə aldırmışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 66 saylı Qazax rayon Notariat Ofisinin məktubundan görünür ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməsi əmlakın xarakterini miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə alınmalıdır”. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan Qazax rayonu Yuxarı Salahlı kənd İƏD-üzrə nümayəndəliyinin 2023-cü il tarixli arayışından görünür ki, X3 rayonu Yuxarı Salahlı kəndidə yaşamışdir. Ailə üzvləri: arvadı Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızı, övladları- Həsənəlı̇ yev Razı̇ m Məmməd oğlu, Həsənəlı̇ yev Nazı̇ m Məmməd oğlu, Həsənəlı̇ yev Vəzı̇ r Məmməd oğlu, X22 və X20 (vəfat edib). İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2003cü il tarixdə ölmüşdür. İş materiallarında olan evə dair texniki pasportdan görünür ki, Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən ev X11 məxsusdur. İş materiallarında olan JN-086A KOD 50100108 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixli, 04 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən 0.25 ha torpaq sahəsi X9, Həsənəlı̇ yeva Bəhrı̇ yyə İbrahı̇ m qızının, və Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan cavabdeh Həsənəlı̇ yev Razı̇ m Məmməd oğlunun etiraz ərizəsindən görünür ki, iddiaçının iddia tələbində irəli sürdüyü tələbləri əsasları qeyri müəyyəndir. Buna görə də hesab edir ki, onun tələbi qanunsuz və əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı onun anasdır, qeyd edilən fərdi yaşayış evi həqiqətən atasıilə ilə birgə hikahı dövründə inşa edilmişdir. Onların birgə nikahından onlar 3 qardaş və bir bacısı doğulmuş və həmin evdə böyüyüb boya- başa çatmışlar. O, və qardaşları və bacısı yetkinlik yaşına çatandan sonra müxtəlif ünvanlarda yaşamışlar.O, 1998-ci ilə dək başqa ünvanlarda yaşamışdır. 1998-ci ildə kəndə qayıdıb valideyinləri və oğlu ilə birlikdə iddia tələbində qeyd edilən fərdi yaşayış evində yaşamağa başlamışdır. Həmin vaxtdan hal-hazıra kimi də həmin evdə yaşayır. O, oğlu, atası və anası həmin evdə birgə yaşayıb birgə təsərrüfatı idarə etmişlər. Qardaşı Cavabdeh3 ailə qurub Bakı şəhərində yaşayırdı.Kiçik qardaşı Cavabdeh2 Rusya Federasiyasinda və Bakı şəhərində müxtəlif ünvanlarda yaşayırdı.X21 ailə qurub ünvan 2ində yaşayırdı. X5 03 oktyabr 2003-cü il tarixdə Yuxarı salahlı kəndində yaşadığı evdə ölmüşdür. Atasının yas mərasimlərini o keçirmiş və qəvir üstü abidəsinidə o qoydurmuşdur. Qardaşı Cavabdeh2 atasının ölümü barədə xəbər verilsədə o yas mərasimlərində iştirak etməmişdir. Qardaşı Vəzir isə yalnız dəfn və üç mərəasimində iştirak etmişdir. Atası vəfat edəndə anasının 66 yaşı var idi və əlbəttə atanın yas mərasimi ilə bağlı bütün tədbirləri o keçirməli idi və bütün işləri o etdi. Miras əmlakı da o və anası qəbul edib təsərrüfatı birgə idarə etməyə başladı. O, 2006-cı ildə yeni aliə qurmuşdur. Bundan bir müddər sonta anası tez-tez Bakı şəhərinə gedib orada onun böyük oğlunun yanında yaşamağa başladı. O hərdən bir kəndə gəlib onunla birlikdə bir neçə ay yaşadıqdan sonra yenidən Bakı şəhərinə gedib oğlunun yanında yaşayırdı. Bacısıın həyat yoldaşı 2012-ci ildə avtoqəza nəticəsində vəfat etdi. Həmin vaxtdan anası Yuxarı Salahlı kəndində bacısı ilə birlikdə yaşamağa başladı. Onların münasibətləri 2018-ci ilə dək tam normal idi. Həmin tarixdə qardaşı Nazim kənd də peyda oldu. Anası bacısının və qardaşlarının təkidi ilə onu evdən çıxartmağa çalışırdı. Anası əvvəlcə 2022-ci ilin sentyabr ayında Qazax rayon məhkəməsinə müraciət edərək güya onu evdən zorla qovduğunu bildirərək evə köçmək istədiyi barədə iddia ilə mraciət etmişdir. Məhkəmə prosesi zamanı anasının evdən könüllü getdiyini, əvvəlcə oğlunun yanında, sonra isə qızının yanında yaşadığını bildirdi və onun evə köçməsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə həmin məzmunda qətnamə qəbul etmişdir. Qətnamənin icrası zamanı müəyyən edildi ki, anasının məqsədi evə köçmək deyil onu ailə üzvüləri iləbirlikdə evdən çıxartmaqdır.Belə ki, evin birinci mərtəbəsi iki otaq və bir zaldan ibarətdir. Onlardan heç biri yaşayış üçün yararlı deyil,yalnız zalın baş tərəfində 9 kv.m ölçüdə bir otağı təmir edib ailəsi ilə orada yaşayır. Anası nə onlarla birlikdə yaşamaq istədi,nə də digər otaqlardan birinə köçmək istəyirddi. Evin ikinci mərəbəsi isə yaşayış üçün yararsız vəziyyətdədir. Hazırda yaşadığı ev mülkiyyətdə deyil və miras kütləsinə daxil deyildir. Fərdi evin həyətyanı sahəsi barədə Qazax rayon Aqrar İslahat Komissiyasını 24 mart 1997-ci il tarixli 4 saylı qərarı ilə atasının adına verilmiş JN 086A Torpağn Mülkiyyətə verilməsinə dair Dövlət Şəhadətnaməsinə əsasən 0,25 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətdədir, ancaq nə ümümi birgə mülkiyyət üçün nə də payların müəyyən edilməsi üçün çıxarış mövcud deyil.Hazırda miras kütləsi mövcud olmadığı ücün mirasın onu qəbul etmiş varislər arasında bölgüsü də mümkün deyildir. Qeyd edir ki, iddiaçı 9 iyun 2023-cü il tarixdə də qazax rayon məhkəməsinə bu məznunda iddia tələbi ilə müraciət etmişdir. Qazax rayon məhkəməsinin icraatında olan 2(023)-895 saylı iş müvafiq sənədlər olmadığı üçün baxılmamış saxlanaraq geri qaytarmışdır. Eyni zamanda qeyd edir ki, atası vəfat edəndən sonra cəmi üç il miras əmlakı anası ilə o qəbul edib təsətüfatı birgə idarə etmişlər, üç ildən sonra anası çıxıb gedib təsərrüfatı o idarə etmişdir. Ona görə də, İddiaçı iddia tələbi qanunsuz və əsassız olduğu üçün onun təmin edilməsindən imtina barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 15 saylı Tovuz ərazi idarəsinin məktubdan görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı qərarı əsasında X9 adına (digər şəxslər X7 və Cavabdeh3) ailə üzvləri ilə birlikdə ümumi mülkiyyət hüququ ilə Qazax rayonu, Yuxarı Salahlı kəndində 0.25 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Toorpağın mülkiyyətə verilməsinə dair” JN: 86A nömrəli şəhadətnamə tərtib edilmişdir. Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı qərarı əsasında X9 adına (digər şəxslər İddiaçı və Cavabdeh3) ailə üzvləri ilə birlikdə ümumi mülkiyyət hüququ ilə Qazax rayonu, Yuxarı Salahlı kəndində 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "Torpağa mülkiyyət hüququna dair” JN : 191 nömrəli dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktının 0.1887 ha hissəsi Qazax rayon notariat ofisinin 4Ə-527 reyestr nömrəli 29 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X12 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci ildə reyestrdən çıxarış verilmişdir. 0.4359 ha hissəsi isə Qazax rayon notariat ofisinin 4Ə- 528 reyestr nömrəli 29 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X17 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci ildə reyestrdən çıxarış verilmişdir. JN : 191 nömrəli dövlət aktında qeyd edilən 1.04 ha torpaq sahəsinin 0.4199 ha hissəsinə dair hüquqların dövlət qeydiyyatı ilə bağlı məlumat aşkar edilməmişdir. X9 və X2 adlarına yuxarıda qeyd edilən əmlaklardan başqa 15 saylı Tovuz Ərazi İdarəsində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. X9 və Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızının adlarında qeyd əmlaklardan başqa əmlak aşkar edilməmişdir. İş materiallarında olan JN-191 KOD 50100108 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 04 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Birinci Şıxlı kəndində yerləşən 1.04 ha torpaq sahəsi X9, Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızının, və Cavabdeh3 mülkiyyət hüququna verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qazax rayonu Yuxarı Salahlı kəndi unvanında yerləşən 0.1687 ha torpaq sahəsinin paylı torpağı Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızı, Həsənəlı̇ yev Razı̇ m Məmməd oğlu, Həsənəlı̇ yev Nazı̇ m Məmməd oğlu, Həsənəlı̇ yev Vəzı̇ r Məmməd oğlu X1. İş materiallarında olan Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızının xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o iddia tələbində Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən mərhum X9 adına olan ümumi mülkiyyətdə olan yaşayış evinin onunla X9 arasında birgə nikah dövründə əldə edildiyi əmlak hesab edilərək, yaşayış evinin ½ hissəsinin onun mülkiyyəti hesab olunaraq, ona ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi və Yaşayış evinin digər ½ hissəsinin, yəni, birgə nikah dövründə əldə edilmiş yaşayış evinin mərhum X11 çatan hissəsi üzrə miras qalmış əmlakın və Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarı ilə JN-086A nömrəli Şəhadətnamə ilə verilmiş ümumi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin mərhum X11 düşən 1/3 hissəsi üzrə miras qalan əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi və miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun olaraq bölüşdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Miras əmlak olan yaşayış evini həyat yoldaşı X14 ilə birgə tikmişdir. Həmin ev həyat yoldaşının adına qeydə alınmışdır. Yaşayış evi 174 kv m, o cümlədən yaşayış sahəsi 96 kv m olan evdir. Həyat yoldaşının adına olan fərdi yaşayış evinin həyat yoldaşı ilə birgə nikah dövründə inşa edildiyi nəzərə alınmaqla, yaşayış evinin ½ hissəsinin onun mülkiyyəti hesab olunaraq, ona ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bununla yanaşı yaşayış evinin digər ½ hissəsinin, yəni, birgə nikah dövründə əldə edilmiş yaşayış evinin mərhum X11 çatası hissəsi üzrə miras qalmış əmlakın, eyni zamanda Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarı ilə JN-086A nömrəli Şəhadətnamə ilə verilmiş ümumi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin mərhum X11 düşən 1/3 hissəsi üzrə miras qalan əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi və miras əmlakın vərəsələr arasında bölüşdürülməsini də məhkəmədən xahiş etmişədir. Bildirir ki, iş üzrə Cavabdeh1 məhkəməyə etiraz təqdim etmişdir. Cavabdeh öz etirazında onun iddiasını qismən də olsa qəbul etdiyini, həqiqətən də yaşayış evini onunla həyat yoldaşı X9 birgə nikah dövründə tikdiyini qəbul etmişdir.X6 ilə birgə nikahından 3 oğlan və 1 qız uşağı olduğunu, bütün uşaqları həyat yoldaşı ilə birgə yaşadığı evdə böyüdüb, boya-başa çatdırdığını da qeyd etmişdir. Bundan başqa digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 da məhkəməyə göndərdiyi ərizədə iddianı qəbul etdiklərini, yaşayış evinin onunla həyat yoldaşı X13 birgə nikah dövründə tikdiyini qəbul etdiklərini qeyd etmişlər. Eyni zamanda da iddia tələbi üzrə ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq onu da qeyd edir ki, məhkəmə araşdırması zamanı yaşayış evi, torpaq sahələri, vərəsələrin dairəsi haqqında və digər vacib olan sənədlər və məlumatlar məhkəməyə verilmişdir. Hesab edir ki, məhkəmənin ədalətli qərar çıxarması üçün kifayət qədər əsaslar və sübutlar mövcuddur. Ona görə də, onun cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik hüququna dair iddiamın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Cavabdeh2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, iddianı qəbul edir və qeyd edir ki, həqiqətən anası X7 və X5 ailə həyatı quraraq, birgə yaşadıqları müddətdə Qazax rayonu Yuxarı Salanlı kəndində yerləşən yaşayış evini tikmişlər. Həmin evdə övladlarını böyüdüb, boya-başa çatdırmışlar. 60 ildən də çoxdur ki, evə sahiblik edir. Atasının vəfatından sonra atasından qalan miras əmlakın bütün vərəsələr arasında bölünməsinə razıdır. İddiaçı X2 ona və qeyrilərinə qarşı vərəsəlik hüququna dair tələbi üzrə qanunun tələblərinə uyğun olaraq ədalətli qətnamə çıxarasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qazax rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızının ailə tərkibi əri- X14, övladları - Həsənəlı̇ yev Razı̇ m Məmməd oğlu (vəfat edib), Həsənəlı̇ yev Nazı̇ m Məmməd oğlu, Həsənəlı̇ yev Vəzı̇ r Məmməd oğlu və Cavabdeh4dır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arxiv arayışdan görünür ki, Qazax rayon İcra Hakimiyyəti Başçısının Yuxan Salahlı kənd Ərazi Dairəsi üzrə 1996-2000-ci illərə aid 03 saylı təsərrüfat başı kitabının 80-ci səhifəsində X9 təsərrüfatı aşağıdakı qasdada olmuşdur. X14 (191 8-ci ildə anadan olub) X7 (1937-ci ildə andan olub) Cavabdeh3 ( xx.xx.1965-ci ildə anadan olub) Təsərüfatında cəmi 0.25 ha torpaq sahəsi 1964-cü ildə tikilmiş ev ümumi sahəsi 174 kvadrat metr o cümlədən yaşayış sahəsi 96 kvadrat metr olan ev mövcud olmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızı il X14 xx.xx.1981-ci il tarixdə nikahlarını qeydə aldırmışlar. Həmin şəxslərin birgə nikahlarından Həsənəlı̇ yev Razı̇ m Məmməd oğlu, Həsənəlı̇ yev Nazı̇ m Məmməd oğlu, Həsənəlı̇ yev Vəzı̇ r Məmməd oğlu, Cavabdeh4 adlı 4 uşaq anadan olmuşdur. X14 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X14 vəfat edərkən, mülkiyyətində Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən evindən ibarət əmlak olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsində deyilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 3.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;[3] 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport - həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda; 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar. Buna görə də məhkəmə Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən fərdi yaşayış evini birgə nikah dövründə alınmasını nəzərə alaraq, hesab edir ki, Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən fərdi yaşayış evini ½ hissəsi üzərində X9, digər ½ hissəsi üzərində isə Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızının mülkiyyət hüququ mövcud olmuşdur. Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızı və Cavabdeh1 və onun ailə üzvləri X9 ölümündən sonra sonuncudan miras qalmış Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən fərdi yaşayış evində yaşamaqla, həmin mirası faktiki qəbul etmiş və onun idarəçiliyini həyata keçirmişlər. Qeyd olunan xüsusatlar Cavabdeh1 etiraz ərizəsində belə öz təsdiqini tapmışdır. Həsənəlı̇ yev Nazı̇ m Məmməd oğlu, Həsənəlı̇ yev Vəzı̇ r Məmməd oğlu və Cavabdeh4 miras qoyanın ölümündən sonra ondan miras qalmış əmlakı nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişlər. Bununla da X8 miras qalmış əmlaklar Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızı və Cavabdeh1 tərəfindən faktiki qəbul edilərək idarə edilmişdir. Ona görədə X8 miras qalmış, ünvan 2ində yerləşən fərdi yaşayış evinə (mart 1989-cu il tarixli texniki pasportda göstərilən) hüquqların ½ hissəsinin ½ hissəsinə İddiaçı, digər 1/2 hissəsinə Cavabdeh1 payı müəyyən edilməlidir. Eyni zamanda Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən 0.25 ha torpaq sahəsinin X11 aid hissədə qalmış miras yəni ünvan 2ində yerləşən əmlakın (torpağın mülkiyyətə verilməsinə dair JN-086A seriya, KOD ********) 1/3 hissəsinin ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə Cavabdeh1 payları müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə həmçinin iddiaçı Həsənəlı̇ yeva Bəhrı̇ yə İbrahı̇ m qızının iddia tələbində ona ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi hisəssində qiymət verərək hesab edir ki, tərəflərin mülkiyyət hüququ məhkəmə qətnaməsi əsasında müəyyən edildəsdə, bu barədə şəhadətnamənin verilməsi məhkəmədə baxılmalı olan iş hesab edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikah dövründə əldə edilən İddiaçı və X9 birgə nikahı dövründə əldə olunmuş, ünvan 2ində yerləşən fərdi yaşayış evinə (mart 1989-cu il tarixli texniki pasportda göstərilən) hüquqların ½ hissəsinə X4, digər ½ hissəsinə X9 payı müəyyən edilməli, X8 miras qalmış, ünvan 2ində yerləşən fərdi yaşayış evinə (mart 1989-cu il tarixli texniki pasportda göstərilən) hüquqların ½ hissəsinin ½ hissəsinə İddiaçı, digər 1/2 hissəsinə Cavabdeh1 payı müəyyən edilməli, X8 miras qalmış, ünvan 2ində yerləşən əmlakın (torpağın mülkiyyətə verilməsinə dair JN-086A seriya, KOD ********) 1/3 hissəsinin ½ hissəsinə İddiaçı, digər 1/2 hissəsinə Cavabdeh1 payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı və X9 birgə nikahı dövründə əldə olunmuş, ünvan 2ində yerləşən fərdi yaşayış evinə (mart 1989-cu il tarixli texniki pasportda göstərilən) hüquqların ½ hissəsinə X4, digər ½ hissəsinə X9 payı müəyyən edilsin. X8 miras qalmış, ünvan 2ində yerləşən fərdi yaşayış evinə (mart 1989-cu il tarixli texniki pasportda göstərilən) hüquqların 1/2 hissəsinin ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə Cavabdeh1 payı müəyyən edilsin. X8 miras qalmış, ünvan 2ində yerləşən əmlakın (torpağın mülkiyyətə verilməsinə dair JN-086A seriya, KOD ********) 1/3 hissəsinin ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə Cavabdeh1 payı müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Elçin Mansırov