Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-58/2025 28.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi Nümayəndə, maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək XX.XX.1936-ci il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, bildirdi ki, XX.XX.1936-cı il təvəllüdlü X11 onun bacısıdır. X1 diaqnozu "senil demensiya" olmaqla ağır xəstədir. O, bu xəstəlik səbəbindən tamlamilə fəaliyyət qabiliyyətini itirmişdir, özünü idarə edə bilmir, başqalarının yardımına möhtacdır. X5 ambulator qeydiyyatdadır. Buna görə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Bu onun hüquqlarının realizəsi üçün vacibdir, sonda Ərizəçi X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Vəliyev X4 Zərifə Temi qızının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi X12 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini onun nümayəndəsini və maraqlı şəxsin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 XX.XX.1936-cı il tarixdə Qazax rayonunda anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1477 nömrəli məktubundan görünür ki, XX.XX.1936-cı il tarixdə anadan olmuş X3 Psixiatriya xəstəxanasında ambulator qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X11 xx.xx.1936-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında X2 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1649cu il tarixdə anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında X2 qeyd edilmişdir. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 904 nömrəli rəyindən görünür ki, XX.XX.1936-cı il təvəllüdlü X11 altsheymer xəstəliyində gec başlayan demensiya (ağıl zəifliyi, senil demensiya) ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F00.1 xəstəliyindən əziyyət çəkir. XX.XX.1936-cı il tarixdə anadan olmuş X11 üzvi xəstəlik nəticəsində demensiya (ağıl zəifliyi) XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış)F01.2 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərini başa düşmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X11 altsheymer xəstəliyində gec başlayan demensiya (ağıl zəifliyi, senil demensiya) ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F00.1 xəstəliyindən əziyyət çəkir. XX.XX.1936-cı il tarixdə anadan olmuş X11 üzvi xəstəlik nəticəsində demensiya (ağıl zəifliyi) XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış)F01.2 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərini başa düşmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, XX.XX.1936-cı il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş X11 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. XX.XX.1936-cı il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs XX.XX.1936-cı il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-58/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-58/2025
28.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver