Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-595/2024 19.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 və X16 iştirakları ilə İddiaçı Cavabdeh qarşı vərəsəliyin müəyyən edilməsi tələbinə dair mülki işə 19 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 dekabr 2014-cü il tarixdə vəfat etmiş X3ndan miras qalmış Qazax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-290 Kod 50112018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qazax rayonu Çaylı kəndində yerləşən 0.95 ha kənd təsərrüfatı təyinatlı sahəsində olan payı hissəsinə vərəsəliyin müəyyən edilməsi və miras əmlakdan payı hissəsinə onun tam olaraq miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci tarixli, 10 nömrəli qərarı ilə verilmiş JN-290 Kod 50112018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qazax rayonu Çaylı kəndində 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3nın və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. X3 17 dekabr 2014-cu il tarixdə vəfat etdikdən sonra bu əmlakdan onun hissəsi miras qalmışdır. O yeganə varis olaraq anası ilə birgə yaşayıb təsərrüfatı idarə etmişdir. Anasının ölümündən sonra birgə mülkiyyətlərində olan torpaq sahətinə sahiblənərək mirası qəbul etmişdir. Anası vəfat etdiyi zaman ondan qeyd etdiyi və digər miras əmlaklar qalmışdır. Bu miras əmlaklardan olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi anasının vəfatı günündən daimi olaraq onun istifadəsindədir və bu torpaq sahəsini o idarə etmişdir. O 06 mart 2024-cu il tarixdə Qazax rayon Notariat Ofisinə müraciət etməklə ərizə verərək anasından miras qalmış əmlaka vərəsəlik işinin açılmasını xahiş etmişdir. Cavabdehlə mübahisə olduğu üçün Qazax rayon Notariat Ofisi iş üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, göstərmişdir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Qazax rayonu Çaylı kəndində yerləşən 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X28, X23, X19, X20, X21, X8 və onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin mərhum X3nın payına düşən hissəsini o əkibbecərmiş, faktiki istifadəsində olmuşdur, 16 ildir ki, həmin torpaq sahəsi onun istifadəsindədir. Hazırda anasından miras qalmış torpaq sahəsinin onun payına düşən hissəsinə vərəsəliyinin müəyyən edilməsini istəyir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, mərhum anası X2 torpaq sahəsini və bütün əmlakını ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Notariat Ofisində qeydiyyatdan keçmiş və təsdiqlənmişdir. Mərhum anasına məxsus bütün əmlakı o idarə edir, onun sahibliyi və istifadəsindədir. İddiaçı mərhum X3ndan miras qalmış heç bir əmlakı nə faktiki, nə də notarial qaydada qəbul etməmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 izahatında mirası qəbul etmədiyini və miras əmlakdan pay istəmədiyini bildirmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 izahatında mirası qəbul etmədiyini və miras əmlakdan pay istəmədiyini bildirmişdir. ` Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Qazax rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 06 mart 2024-cü il tarixli, 266 saylı məktubdan görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 qalmış miras əmlakın bölüşdürülməsinə dair vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum haqqında şəhadətnamənin təadiq olunmuş surətindən görünür ki, xx.xx.1962ci ildə Qazax rayonu Çaylı kəndində anadan olmuş İddiaçı atası X10, X3dır. Nigahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X28 və X9 xx.xx.1983-cü ildə 29 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Axundova soyadı verilmişdir. Ölüm haqqında arayışdan görünür ki, X8 17 dekabr 2014-cü ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2022-ci ildə ölmüşdür. JN–290 50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Qazax rayonu Çaylı kəndində yerləşən 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X28, İddiaçı, X23, X19, X20, X21 və X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X5 vərəsələri Cavabdeh, İddiaçı, X15, X11r. Qazax RİHB-nın Çaylı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir və vəfat edən günə kimi Qazax rayonu Çaylı kəndindəki evdə qeydiyyatda olmuşdur, hal-hazırda həmin evdə qeydiyyatda olan və yaşayan oğlu Cavabdehdur. Qazax RİHB-nın Çaylı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir və vəfat edərkən mərhumun dəfn xərclərini oğlu Cavabdeh təşkil etmişdir. 15 aprel 2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, X8 ölən günədək ona məxsus olan bütün əmlakını Qazax rayonu Çaylı kəndində yaşayan oğlu Cavabdeh vəsiyyət etmişdir. Digər vərəsələrini vərəsəlikdən məhrum etmişdir. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan 17 dekabr 2014-cü il tarixdə vəfat etmiş X4 Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN–290 50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qazax rayonu Çaylı kəndində yerləşən 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. X5 ölümündən sonra mirasın qəbulu ilə bağlı miras qoyanın birinci növbə vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. X1 İddiaçı və Cavabdeh onunla birlikdə yaşamışdır, öldükdən sonra isə miras əmlaka faktiki sahiblik etməklə, idarə və istifadə etmişlər, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Miras qoyanın digər uşaqları isə miras qoyanın ölümündən sonra miras əmlakda yaşamamışlar, həmin əmlaklara sahiblik etməmişlər. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatı, eləcə də iş materialları ilə müəyyən olundu ki, mirasqoyanın digər vərəsələri (oğlu və qızları) miras əmlakı faktiki qəbul etməmişlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, miras əmlakı faktiki olaraq qəbul etmiş vərəsə kimi tanınması, payının müəyyən edilməsini xahiş etmişdir. Digər vərəsə Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, İddiaçı ailə həyatı qurub həmin evdən çıxdığını və miras əmlakı qəbul etmədiyini bildirmişdir. İddiada göstərilən torpaq sahəsinin mülkiyyət hüququ əsasında X3na məxsus olmasını və anasının sağlığında özünə məxsus bütün əmlakını və yaşayış evini ona vəsiyyət etdiyini bildirmişdir. Qeyd olunan miras əmlakı vərəsələrdən yalnız o qəbul edərək sahibləndiyini bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Miras qoyan X8 17 dekabr 2014-cü ildə öldüyü üçün həmin münasibətlərə mirasın açıldığı vaxr qüvvədə olan Mülki Məcəllənin vərəsəlik münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaysan Respublikası Mülki Məsəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-si maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, hazırkı iş üzrə tərəflər mərhumun qanun üzrə birinci növbə vərəsələridir. Miras əmlaka dair vərəsələr tərəfindən qanunla müəyyən edilmiş müddətdə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. İddiaçı mirasdan məcburi pay almalıdır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 mərhum X3ndan miras qalmış əmlakı qəbul etmədiyini, digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 isə birinci dərəcəli vərəsə olmamasını, onların miras əmlakdan pay istəmədiklərini və faktiki olaraq miras əmlakı idarə etmədiklərini nəzərə alıb məhkəmə hesab edir ki, onlara aid hissədə paylar müəyyən edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən, iddia qismən təmin edilməli, X4 miras qalmış Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN–290 50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qazax rayonu Çaylı kəndində yerləşən 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 payına düşən hissəsinə 1/8 hissədə İddiaçı və 7/8 hissədə Cavabdeh payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN–290 50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qazax rayonu Çaylı kəndində yerləşən 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 payına düşən hissəsinə 1/8 hissədə İddiaçı və 7/8 hissədə Cavabdeh payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-595/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-595/2024
19.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver