Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-615/2025 08.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə müraciət edərək, Qazax rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə JN-139 Kod 50113018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında X7 aid olan hissədə X8 məxsus olması və Qazax rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə JN- 682F Kod 50113018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Bənövşə Əhməd qızına aid olan hissədə X8 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, ailə üzvlərinə Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə JN-139 Kod 50113018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən onlara 1.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə aktda ata nənəsinin ata adı səhv yazılmışdır. Ata nənəsi X15 1 sebtyabr 2007-ci il tarixdə vəfat etmişdir. Dövlət aktında X15 əvəzinə X3 yazılmışdır. Bundan başqa Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə JN-682F Kod 50113018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X15 əvəzinə X16 yazılmışdır. Həmin torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında və şəhadətnamədə olan səhv onların müəyyən alqı-satqı işlərinin aparmasında çətinlik yaradır. Həmin səhvin düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmlak X14 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsi tərəfindən ona məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Əvvəlkli məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək bildirdi ki, Ərizəçi onun qardaşıdır, X15 isə onların nənəsidir. X1 ata adı torpaq sənədlərində səhvən Səməd əvəzinə Əhməd kimi qeyd edilmişdir. Ona görə də, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, X15 onun nənəsidir. Nənəsinin onun atasından başqa övladı olmamışdır, belə ki, 3 uşaq olmuşlar lakin onlar körpə olan zaman vəfat etmişlər. Atası vəfat etmişdir. Odur ki, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, Qazax rayonu Dövlət Arxivində 159-cu fondda mühafizə olunan Qazax rayon qeydiyyat şöbəsinin 1935-1942-ci illərə aid doğum haqqında qeydiyyat kitabının 25 saylı doğuma akt qeyində X18, X21 və X9r. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən 1.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş JN-139 nömrəli dövlət aktında mülkiyyətçilərin adları, atalarının adları və soyadları arxiv məlumatları ilə eynidir. Lakin “Torpağa mülkiyyət hüququna dair” JN-139 nömrəli dövlət aktında mülkiyyətçilərin adları, atalarının və soyadları şəxsiyyəti təsdiq sənədlərdə yə ölüm haqqında şəhadətnamədə fərqlidir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan JN-139 KOD 50113018 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 10 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Birinci Şıxlı kəndində yerləşən 1.53 ha torpaq sahəsi X11, X10, X5, Ərizəçi mülkiyyət hüququna verilmişdir. İş materiallarında olan JN-682F KOD 50113018 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixli, 10 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Birinci Şıxlı kəndində yerləşən 0.31 ha torpaq sahəsi X11, X10, X5, Ərizəçi, X6, X12, X13 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qazax rayonu Birinci Şıxlı kənd nümayəndəliyinin arayışından görünür ki, X2 Asif Rəşid oğlunun nənəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin nənəsinin bütün sənədlərində “X15” kimi göstərilsə də, JN-139 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququ verilməsinə dair dövlət aktında səhvən “X16” kimi və JN-682F KOD 50113018 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən “X15” sözü “X16” kimi göstərilmişdir. Dövlət aktında “X16” və şahadətnamədə səhvən göstərilən “X16” ilə təqdim olunan sənədlərdə göstərilən “X15” ilə eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-139 KOD 50113018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının, JN-682F KOD 50113018 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin şəxsiyyət vəsiqələrinin surəti, və ölüm şəhadətnaməsində ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-139 KOD 50113018 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktının “X16”na aid hissədə “X15”na və Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-682F KOD 50113018 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X16”na aid hissədə “X15”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-139 KOD 50113018 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktının “X16”na aid hissədə “X15”na və Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-682F KOD 50113018 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X16”na aid hissədə “X15”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-615/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-615/2025
08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver