Məhkəmə qərarları › İş №2(023)-622/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-622/2024

28.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-622/2024 28.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil Şaiq oğlunun, Cavabdeh , Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16 və X7 iştirakları ilə İddiaçı X8 Cavabdeh qarşı vərəsəliyin müəyyən edilməsi tələbinə dair mülki işə 28 iyun 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsi tərəfindən 19 aprel 2022-ci il tarixdə, **********39-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 34.1 kv.metr olan, mərhum əri X9 payı hissəsinə onun və oğlu X2 miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat və 013097139-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşlınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 34.1 kv.metr olan hissəsi mərhum əri X10 mülkiyyətindədir. X18 19 oktyabr 2011-ci ildə vəfat etdikdən sonra bu əmlakda onun hissəsi miras qalmışdır. Əri sağlığında onunla yaşamışdır və 10 avqust 2011-ci il tarixdə ona vəsiyyətnamə vermişdir. Bu vəsiyyətnamə qüvvədədir. Ərinin vəfatından sonra bu əmlakı o idarə etmişdir, bu evdə o və oğlu X17 yaşayırlar. Əmlakı varis olaraq o və oğlu X17 idarə və istifadə edərək sahiblənmişlər və miras əmlakı yalnız o və oğlu X17 qəbul etmişlər. O Qazax rayon Notariat Ofisinə müraciət etməklə ərizə vermiş və Qazax rayon Notariat Ofisi cayabdehlə mübahisə olduğu üçün iş üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh, eləcədə bütün ailəyə yaxın olan şəxslər bilir ki, bu miras əmlaka o sahiblik etmişdir və mirası o idarə etmişdir. Buna görə də mirasa tam olaraq onun və oğlu X3 payı müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçı X19 iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X8 nümayəndəsi, Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, izahatında miras əmlakı faktiki olaraq iddiaçı X19 qəbul etmiş və istifadə edir. Həmçinin 10 avqust 2011-ci il tarixdə İddiaçı vəsiyyətnamə verilmişdir. xx.xx.2011-ci ildən miras açılıb, həmin vaxt vərəsələrdən heç biri mirası nə faktiki, nə də qanunamüvafiq qaydada qəbul etməmişlər. 6 ay müddətrində mirası yalnız İddiaçı qəbul etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında qeyd etmişdir ki, miras qoyan atası X10 19 oktyabr 2011-ci ildə vəfat etməsindən 4 il əvvəl mübahisəli mənzildən əşyaları çıxarılmaqla kirayə evə köçmüşdür, bu gündə daimi olaraq Bakı şəhərində yaşayır. Bakı şəhərində yaşadığı ev ona məxsus olsa da sənədləri yoxdur. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş bacısı X14 atası vəvat etdiyi vaxt və ondan sonrakı vaxtlarda Rusiya Federasiyasında yaşamışdır. Bacısı son 2 ildir qızını ərə verdikdən sonra Azərbaycanda yaşamağa qayıtmış və Ağstafa rayonu, Göğycəli kəndində ailəsinə məxsus evi vardır. Buna görədə atası X4 miras qalmış payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 izahatında miras əmlakdan qardaşı X2 xeyrinə imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahatında miras əmlaklardan qanunamüvafiq qaydada payların müəyyən edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Qazax rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 25 aprel 2023-cü il tarixli, 392 saylı məktubdan görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X5 qalmış miras əmlakın bölüşdürülməsinə dair vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Nikah haqqında arayışdan görünür ki, X21 ilə X15 nikahı 20 fevral 1990-cı il tarixdə Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Mehralıyeva soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X21 19 oktyabr 2011-ci ildə ölmüşdür. Qazax RİHB-nın Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X21 ölən günədək ünvan 4 ünvanında onunla birlikdə yaşayan və yaşamağa davam edən, qeydiyyatda olan, lakin başqa ünvanda yaşayan ailə üzvləri - İddiaçı, Cavabdeh, X20, X14 və X11r. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1990-cı ildə anadan olmuş X3 atası X21, anası İddiaçıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax şəhəri Azadlıq küçəsi ev 203 ünvanda 0.0750 ha torpaq sahəsində ümumi sahəsi 67.70 kv.m olan fərdi yaşayış evi 33.6 kvm, torpaq sahəsi tam X12, fərdi yaşayış evi 34.1 kvm X13 adına qeydə alınmışdır. 10 avqust 2011-ci il tarixli vəsiyyətnamədən görünür ki, X21 ölən günədək ona məxsus olan Qazax şəhəri Azadlıq küçəsi ev 203 ünvanda yerləşən fərdi yaşayış evini Qazax şəhəri Azadlıq küçəsi ev 203 ünvanda yaşayan İddiaçı vəsiyyət etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, miras qalmış Qazax şəhəri Azadlıq küçəsi ev 203 ünvanda yerləşən fərdi yaşayış evinin təbii qaz və elektrik enerjisi xidmətinə görə abunəçi kimi X21 və İddiaçı adına qeydə alınmışdır. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan 19 oktyabr 2011-ci il tarixdə vəfat etmiş X5 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsinin 19 aprel 2022-ci il tarixli, **********39-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qazax şəhəri Azadlıq küçəsi ev 203 ünvanda 34.1 kvm ibarət fərdi yaşayış evi miras qalmışdır. X13 ölümündən sonra mirasın qəbulu ilə bağlı miras qoyanın birinci növbə vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. X1 arvadı İddiaçı və oğlu X16 onunla birlikdə yaşamışdır, öldükdən sonra isə miras əmlaka faktiki sahiblik etməklə, idarə və istifadə etmişdir, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Miras qoyanın digər uşaqları isə miras qoyanın ölümündən sonra miras əmlakda yaşamamışlar, həmin əmlaklara sahiblik etməmişlər. Məhkəmə iclasında tərəflərin izahatı, eləcə də iş materialları ilə müəyyən olundu ki, mirasqoyanın digər vərəsələri (oğlanları və qızı) miras əmlakı faktiki qəbul etməmişlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, miras əmlakı faktiki olaraq qəbul etmiş vərəsə kimi tanınması, payın müəyyən edilməsini xahiş etmişdir. Digər vərəsə Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, miras əmlakdan miras payının müəyyən edilməsini bildirmişdir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, hazırkı iş üzrə tərəflər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mərhumun qanun üzrə birinci növbə vərəsələridir. Miras qoyan 19 oktyabr 2011-ci il tarixdə vəfat etmiş X21 tərəfindən 10 avqust 2011-ci il tarixdə Qazax rayon Dövlət Notariat kontorunda İddiaçı vəsiyyətnamə verilmişdir. Bu vəsiyyətnamə üzrə iddiaçı mirası faktiki olaraq sahiblənərək qəbul etmiuşdir. İş materaillarında olan sənədlərdəndə görünür ki, iddiaçı miras qoyanın ölümündən sonra oğlu X16 ilə mübahisəli evdə daimi olaraq yaşamış və həmin evin kommunal xərclərini ödəmişdir. Eləcədə Cavabdeh məhkəməyə verdiyi izahatından da görünür ki, o miras açıldığı vaxt miras qalmış evdə yaşamamış və daimi olaraq ailəsilə Bakı şəhərində yaşamışdır. Bundan başqa o iddiaçı ilə birlikdə mirasın faktiki olaraq qəbul edilməsində iştirak etməmişdir. Eləcə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi barədə notariat orqanına ərizə verməmişdir. Həmçinin üçüncü şəxslər X20 və X14 da qanunla müəyyən edilmiş müddətdə mirası nə faktiki və nə də noitariat orqanlarında qəbul etmələri müəyyən edilmir. Bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddia təmin edilməli, X5 miras qalmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsinin 19 aprel 2022-ci il tarixli, **********39-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qazax şəhəri Azadlıq küçəsi ev 203 ünvanda yerləşən fərdi yaşayış evinin 34.1 kvm-dən ibarət X13 payı hissəsinə İddiaçı payı ¾ hissədə və X6 ¼ hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsinin 19 aprel 2022-ci il tarixli, **********39-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qazax şəhəri Azadlıq küçəsi ev 203 ünvanda yerləşən fərdi yaşayış evinin 34.1 kvm-dən ibarət X13 payı hissəsinə İddiaçı payı ¾ hissədə və X6 ¼ hissədə payları müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar