Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-63/2025 28.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, bildirdi ki, X7 ilə birgə nikahlarından doğulmuş övladı, xx.xx.2006-cı il təvəllüdlü X10 anadan olandan "F 72İ0 - Qulluq və müalicə tələb edən ağır dərəcəli əqli gerilik. İQ 30%.Kİadroplegik spastik serebral iflic" diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. Ona bu xəstəliyi ilə əlaqədar birinci dərəcəli əlillik təyin edilmişdir. X16 hazırda öz hərəkətlərinin mənasını başa düşmür, onunla birlikdə yaşayır, ona qulluq edir. X14 himayəsində olması və ona qulluq etməyi ilə əlaqədar olaraq dövlət tərəfindən təyin olunan müavinətlərlə təmin olunmağı məqsədi ilə aidiyyatı dövlət qurumlarına müraciət edərkən, həmin müavinətin verilməsi üçün onun üzərində qəyyum (himayəçi) təyin olunmağın vacib olduğunu bildirdilər. Bu məqsədlə Qazax Rayonu İcra Hakimiyyətinə müraciət etmiş, lakin oğlunun fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qərarının olmasını bildirdilər. Bu onun hüquqlarının realizəsi üçün vacibdir. Sonda Həsənov X5 Nemət Əjdər oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 Nemət Əjdər oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında X2 qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 xx.xx.2006-cı il tarixdə rəsmi nikahla evlənmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1832 nömrəli arayışdan görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 Psixiatriya xəstəxanasında psixoloji qeydiyyatda adı yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1832 nömrəli arayışdan görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 Psixiatriya xəstəxanasında narkoloji qeydiyyatda adı yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1833 nömrəli məktubundan görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 Psixiatriya xəstəxanasında ambulator qeydiyyatdadır və D-Z:F72.0- Qulluq və müalicə tələb edən ağır dərəcəli əqli gərilik. İQ30%. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron məlumatdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 diaqnozu Spastik tetraplegiya. Orta dəraeəli əqli gerlik, İQ - 39%.Kvadroplegik spastik serebral iflic. Kifoz və lordaz, İV dərəcə toronal kifoz. lmmoblllik (hərəkətsizlik), İmmobillik. Sərbəst hərəkətin mümkün olmaması, İİ şəxsin qulluğuna ehtiyacın olması. Mikrosefaliya. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Simptomatik epilepsiya.Görmə sinirinin atrofiyası, OU-Görmə sinirinin hissəvi atrofiyası. VlsOU=Təyin olunmur. Əlillik və ya sağlamlıq ijnkanlarınw məhdudluq müddətsizdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X10 ağır dərəcəli əqli gerilik F72.0 İQ=30, kənar şəxslərin köməyinə ehtiyacı vardır. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 902 nömrəli rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X10 orta dərəcəli əqli gərilik, davranış pozuntuları, uşaq serebral iflicin qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2006-cı il tarixdə anadan olmuş X10, öz hərəkətlərinin ölçüb-biçmək və ya özünü idarə etmək, öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X10 orta dərəcəli əqli gərilik, davranış pozuntuları, uşaq serebral iflicin qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2006-cı il tarixdə anadan olmuş X10, öz hərəkətlərinin ölçüb-biçmək və ya özünü idarə etmək, öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdə Qazax rayonunda anadan olmuş X10 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2006-cı il tarixdə Qazax rayonunda anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx.xx.2006-cı il tarixdə Qazax rayonuda anadan olmuş X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-63/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-63/2025
28.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver