Məhkəmə qərarları › İş №2(023)-636/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-636/2024

20.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-636/2024 20.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı vərəsəliyin müəyyən edilməsi tələbi barədə mülki işə 20 iyun 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********23-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən arayışa əsasən atası X17 və anası X5 Qazax rayonu, Quşçu Ayrım kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən tam olaraq miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli, ********** qeydiyyat və 50101B100023-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət reyestrindən arayışa əsasən Qazax rayonu, Quşçu Ayrım kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi mərhum atası X17 və anası X5 ümimi birgə mülkiyyətindədir. Mərhum atası X17 11 noyabr 2007-ci ildə və anası X8 06 aprel 2021-ci il tarixdə vəfat etdikdən sonra bu əmlaklar miras qalmışdır. Valideynlərinin vəfatından sonra həmin əmlakı o idarə etmişdir və onun istifadəsində olmuşdur. Əmlakları idarə və istifadə edərək sahiblənmiş və bununla da miras əmlakı yalnız o qəbul etmişdir. Təqdim etdiyi sənədlərdən də görünür ki, o valideynləri ilə birgə yaşamış və təssərrüfatı idarə etmişdir. Bununla bağlı o Qazax rayon Notariat Ofisinə ərizə ilə müraciət etmiş, Qazax rayon Notariat Ofisi məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Miras qoyanların altı uşağı olmuşdur, lakin vərəsələrdən mirası yalnız o qəbul etmişdir. Cavabdeh, eləcədə bütün ailəyə yaxın olan şəxslər bilir ki, miras əmlaka o sahiblik etmiş və mirası o idarə edir. Buna görə də mirasa tam olaraq onun payı müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Qazax rayon Notariat X2 ünvanladığı 06 mart 2024-cü il tarixli, 264 və 265 saylı məktublardan görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X10 və xx.xx.2021-ci il tarixdə vəıfat etmiş X4 qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi üçün mirasın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət buraxıldığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X17, anası X8 olmaqla xx.xx.1951-ci il tarixdə Qazax rayonu, Quşçu Ayrım kəndində anadan olmuşdur. Qazax RİHB-nın Quşçu Ayrım kənd İƏD üzrə nümayəndəliyininv verdiyi xx.xx.2024cü il tarixli arayışdan görünür ki, X17 ölən günə kimi Quşçu Ayrım kəndində yaşamışdır. Ölənə kimi onunla yaşayan və yaşamağa davam edən X8, X14, İddiaçı, X11, X6, Cavabdeh və X3 ibarət ailə üzvləri qalmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Qazax rayonu Quşçu Ayrım kəndində yerləşən 0,25 ha torpaq sahəsində 114,3 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü ildən ********** qeydiyyat nömrəsi ilə ümumi birgə X17 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 11 noyabr 2007-ci il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 aprel 2021-ci il tarixdə ölmüşdür. X14 xx.xx.2024-cü ildə notariat kontoruna müraciət edərək, xx.xx.2007-ci il tarixdə vəfat etmiş atası X12 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmişdir və qəbul etmək niyyətində deyil. X11 xx.xx.2024-cü ildə notariat kontoruna müraciət edərək, 11 noyabr 2007-ci ildə ölmüş atası X17 xx.xx.2021-ci ildə ölmüş anası X4 irs qalmış mirası üç ay ərzində faktiki olaraq və ya hüquqi cəhətdən qəbul etməmişdir, mirasın idarə edilməsinə dair tədbirlər görməmişdir, gələcəkdə də bununla bağlı məhkəməyə müraciət etməyəcək. X6 xx.xx.2024-cü ildə notariat kontoruna müraciət edərək, 11 noyabr 2007-ci ildə ölmüş atası X17 xx.xx.2021-ci ildə ölmüş anası X4 miras qalmış bütün daşınar və daşınmaz əmlaklara ona düşən paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə bağlı notariat ofisinə ərizə verməmişdir. Vərəsəliyi qəbul etməmişdir, vərəsəlik hüquqlarını rəsmiləşdirmək fikrində deyil. Gələcəkdə bununla və müddətin bərpası ilə bağlı məhkəmə mübahisəsi qaldırmayacaq. Cavabdeh xx.xx.2024-cü ildə notariat kontoruna müraciət edərək, 11 noyabr 2007-ci ildə ölmüş atası X17 xx.xx.2021-ci ildə ölmüş anası X4 irs qalmış mirası üç ay ərzində faktiki olaraq və ya hüquqi cəhətdən qəbul etməmişdir, mirasın idarə edilməsinə dair tədbirlər görməmişdir, gələcəkdə də bununla bağlı məhkəməyə müraciət etməyəcək. X7 xx.xx.2024-cü ildə notariat kontoruna müraciət edərək, 11 noyabr 2007-ci ildə ölmüş atası X17 xx.xx.2021-ci ildə ölmüş anası X4 irs qalmış mirası üç ay ərzində faktiki olaraq və ya hüquqi cəhətdən qəbul etməmişdir, mirasın idarə edilməsinə dair tədbirlər görməmişdir, gələcəkdə də bununla bağlı məhkəməyə müraciət etməyəcək. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan X17 11 noyabr 2007-ci il tarixdə, X8 isə xx.xx.2021-ci il tarixdə ölmüşdür və onların ölümündən sonra miras əmlak kimi Qazax rayonu Quşçu Ayrım kəndində yerləşən 0,25 ha torpaq sahəsi və 114,3 kv.m fərdi yaşayış evi qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanların birinci növbə vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Miras qoyanlar öldükdən sonra onunla birlikdə həmin yaşayış evində yaşamış qızı İddiaçı həmin yaşayış evinə faktiki sahiblik etməklə yaşamaqda davam etmişdir. Miras qoyanların digər uşaqları isə miras qoyanların ölümündən sonra miras əmlakda yaşamamışlar, həmin əmlaka sahiblik etməmişlər. Məhkəmə iclasında iddiaçının və cavabdehin ifadəsi, eləcə də iş materialları ilə müəyyən olundu ki, mirasqoyanın digər vərəsələri (oğlu və qızları) miras əmlakı faktiki qəbul etməmişlər, həmçinin miras əmlakdan iddiaçının xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, X17 və X1 onunla yaşamış İddiaçı, X17 və X8 öldükdən sonra da əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada nə də faktiki qəbul etməmişdir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan Cəfər Cəfərov və Zöhrə Cəfərova öldükdən sonra onun qızı – İddiaçı miras qalmış Qazax rayonu Quşçu Ayrım kəndində yerləşən 0,25 ha torpaq sahəsini və 114,3 kv.m fərdi yaşayış evini tam hissədə miras əmlak kimi faktiki qəbul etmiş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, miras əmlakda iddiaçının tam hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Ərazi İdarəsinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında xx.xx.2024-cü il tarixli, **********23-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən arayışına əsasən X17 və X4 miras qalmış Qazax rayonu, Quşçu Ayrım kəndində yerləşən 0,25 ha torpaq sahəsi və 114,3 kv.m fərdi yaşayış evindən ibarət əmlakda İddiaçı tam hissədə payı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar