Məhkəmə qərarları › İş №2(023)-644/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-644/2024

14.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-644/2024 14.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Cavabdeh2 nümayəndəsi, vəkil Hacıyev Şahin Şaiq oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəliyin müəyyən edilməsi tələbi barədə mülki işə 14 may 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 miras qalmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən 20 may 2019-cu il tarixli, **********61 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə tam olaraq miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********15 reyestr Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən 20 may 2019-cu il tarixli, ********** qeydiyyat və **********61 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi anası X8 mülkiyyətindədir. Mərhum anası X15 19 dekabr 2020-ci ildə vəfat etdikdən sonra bu əmlak miras qalmışdır. Anası sağlığında onlarla yaşamışdır. Anasının vəfatından sonra bu əmlakı o idarə etmişdir və bu torpaq sahəsi onun istifadəsində olmuşdur. Əmlakı varis olaraq o idarə və istifadə edərək sahiblənmişdir və bununla da miras əmlakı yalnız o qəbul etmişdir. O Qazax rayon Notariat Ofisinə müraciət etmiş, cavabdehlərlə aralarında mübahisə olduğundan Qazax rayon Notariat Ofisi iş üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdehlər, eləcə də bütün ailəyə yaxın olan şəxslər də miras əmlaka onun sahiblik etdiyini və mirası idarə etdiyini bilir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənləri nəzərə alınaraq, X6 miras qalmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən 20 may 2019-cu il tarixli, **********61 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə tam olaraq miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi ərizədə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi, vəkil X18 iddianı qəbul etdiklərini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə göndərdiyi ərizədə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Qazax rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 29 avqust 2023-cü il tarixli, 482 saylı məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 qalmış mirasın tərəfinizdən vaxtında qəbul edilməsinə dair sübut təqdim edilmədiyinə və mərhumdan miras qalmış əmlaka dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Qazax RİHB-nın Cəfərli kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X15 ölən günə kimi Cəfərli kəndində yaşamışdır. Ölən günə kimi onunla birlikdə yaşayan və yaşamağa davam edən, qeydiyyatda olan lakin başqa ünvanda yaşayan ailə üzvləri X7, İddiaçı, həmin evdə qeydiyyatda olmayıb başqa ünvanda yaşayan övladları Cavabdeh1, X3 və Cavabdeh2 qalmışdır. Nikah haqqında arayışdan görünür ki, X7 ilə Əliyeva lala Söhrab qızının nikahı 19 avqust 1966-cı il tarixdə Qazax rayon Cəfərli kənd icra nümayəndəliyi tərəfindən bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Ölüm haqqında arayışdan görünür ki, X7 10 mart 2017-ci ildə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X15 19 dekabr 2020-ci ildə ölmüşdür. Doğum haqqında arayışdan görünür ki, Cavabdeh1 Bablədin oğlu atası X9, anası X11 olmaqla xx.xx.1968-ci il tarixdə Qazax rayonu, Cəfərli kəndində anadan olmuşdur. Doğum haqqında arayışdan görünür ki, X4 atası X7, anası X11 olmaqla xx.xx.1969-cu il tarixdə Qazax rayonu, Cəfərli kəndində anadan olmuşdur. Doğum haqqında arayışdan görünür ki, X2 atası X7, anası X15 olmaqla xx.xx.1974-cü il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmuşdur. Doğum haqqında arayışdan görünür ki, X5 atası X7, anası X16 olmaqla xx.xx.1974-cü il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmuşdur. Ölüm haqqında arayışdan görünür ki, X3 08 mart 2003-cü ildə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2019-cu ildə tam olaraq X8 adına qeydə alınmışdır. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan X15 xx.xx.2020-ci il tarixdə ölmüş və onun ölümündən sonra miras əmlak kimi ünvan 3 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın birinci növbə vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Miras qoyan öldükdən sonra onunla birlikdə həmin yaşayış evində yaşamış oğlu İddiaçı həmin torpaq sahəsini faktiki idarə etmişdir və bu torpaq sahəsi onun istifadəsində olmuşdur. Miras qoyanın digər uşaqları isə miras qoyanın ölümündən sonra miras əmlakı istifadə və sahiblik etməmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin izahatı, eləcə də iş materialları ilə müəyyən olundu ki, mirasqoyanın digər vərəsələri miras əmlakı faktiki qəbul etməmişlər, həmçinin miras əmlakdan iddiaçının xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, X1 onunla yaşamış İddiaçı, Lalə Əliyeva öldükdən sonra da əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada, nə də faktiki qəbul etməmişdir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan lalə Əliyeva öldükdən sonra onun vərəsəsi olan oğlu – İddiaçı Lalə Əliyevadan miras qalmış ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini tam hissədə miras əmlak kimi faktiki qəbul etmiş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi və miras əmlakda iddiaçının tam hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən 20 may 2019-cu il tarixli, **********61 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə İddiaçı tam hissədə payı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar