Məhkəmə qərarları › İş №2(023)-650/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-650/2024

23.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-650/2024 23.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mirasın faktiki qəbul edilməsi, vərəsələr arasında paylara bərabər şəkildə bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki işə 23 may 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X8 miras qalmış ünvan 1-də yerləşən 3 otaqlı ümumi sahəsi 76,7 kvm. olan yaşayış evinin, həmçinin mərhum anası X1 və atası X8 miras qalmış Ağstafa rayonu Köçəsgər kəndində yerləşən umumi sahəsi 111.1 kvm. olan fərdi yaşayış evinə dair mirasın faktiki qəbul edilməsi vərəsələr arasında paylara bərabər şəkildə bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X10 məxsus ünvan 1 ünvanda yerləşən umumi sahəsi 76,7 kvm. olan 3 otaqlı yaşayış evi və Ağstafa rayonu Köçəsgər kəndində yerləşən umumi sahəsi 111.1 kvm. olan fərdi yaşayış evi vardır. O cümlədən mərhum anası X2 adına Ağstafa rayonu Köçəsgər kəndində yerləşən mərhum atası ilə umumi birgə paylı, yəni 111.1 olan həm fərdi yaşayış evi, həmdəki umumi birgə torpaq sahəsi mövcuddur. Hazırda mərhum valideynlərinin iki övladı var - İddiaçı və Cavabdeh. Mərhum atası X12 25 fevral 2022-ci il tarixdə, anası X5 isə 12 fevral 2016-cı il tarixdə vəfat etmişlər. Hazırda o, valideynlərindən miras qalmış əmlakların qəbul edilməsi ilə əlaqadar Qazax rayon Notariat ofisinə müraciət etsədə, notarius tərəfindən mirasın qəbul edilməsi faktına dair qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı ona bildirilmişdir. Bundan başqa Qazax şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş arayışla da təsdiq edilir ki, hər ikisi mərhumun vərəsələridirlər. Ona görədə hazırda valideynlərindən onlara miras qalmış əmlakların onların tərəfindən faktiki qəbul edilməsi zərurəti yaranmışdır. Hazırda da mərhum valideynlərinə məxsus evlərdə yaşayırlar və mirası idarə edirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında hazırda mərhum valideynlərinə məxsus evdə yaşadığını və mirası idarə etdiyini bildirmişdir. Odur ki, valideynlərindən miras qalmış əmlaklarda hər ikisinin ½ hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Qazax rayon Notariat Ofisi və Ağstafa rayon Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(023)-650/2024 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı mirasın faktiki qəbul edilməsi, vərəsələr arasında paylara bərabər şəkildə bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə icraata “paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi”nə dair hissədə xitam verilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Qazax rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 21 noyabr 2023-cü il tarixli, 799 saylı məktubdan görünür ki, xx.xx.2022-cı il tarixdə vəfat etmiş X8 qalmış miras əmlakın qəbul edilməsi faktına dair qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qazax RİHB-nın Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X12 ölən günə kimi Qazax şəhəri X13 yanı ünvanında yaşamışdır. Ölənə kimi onunla yaşayan və yaşamağa davam edən, qeydiyyatda olan, lakin başqa ünvanda yaşayan aşağıdakı ailə üzvləri qalmışdır – həyat yoldaşı X5 xx.xx.2016-cı ildə vəfat edib, həmin evdə qeydiyyatda olmayıb başqa ünvanda yaşayan övladları -xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır. xx.xx.1973-cü il təvəllüdlü İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1973-cü ildə Qazax rayonu Köçəsgər kəndində anadan olmuş İddiaçı atası X12, anası X4r. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1974-cü ildə Qazax rayonu Köçəsgər kəndində anadan olmuş Cavabdeh atası X12, anası X4r. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X3 nikahı 21 avqust 1970-ci il tarixdə Köçəsgər kənd soveti tərəfindən bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Rəhimova soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 12 fevral 2016-cı ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 15 fevral 2022-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş X14 Texniki Pasportun surətindən görünür ki, Ağstafa rayonu Köçəsgər kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə **********68-10301 reyestr nömrə ilə X9 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Köçəsgər kəndində ümumi sahəsi 111.1 kvm olan fərdi yaşayış evi tam X9, 0,08 ha torpaq sahəsi ümumi birgə X12 və X2 adına qeydə alınmışdır. Fərdi yaşayış fonduna daxil olan X14 texniki pasportundan görünür ki, Qazax rayonu Dəmiryolu Vağzalının yanında fərdi yaşayış evi noyabr 1999-cu ildə tam X9 adına qeydə alınmışdır. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan 12 fevral 2016-cı il tarixdə vəfat etmiş X5 və 25 fevral 2022-ci il tarixdə vəfat etmiş X8 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayonu Köçəsgər kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Qazax rayonu Dəmiryolu Vağzalının yanında fərdi yaşayış evindən ibarət miras qalmışdır. X5 və X9 ölümündən sonra mirasın qəbulu ilə bağlı miras qoyanın birinci növbə vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. X5 və X12 öldükdən sonra oğlu Cavabdeh və qızı İddiaçı miras əmlaklara faktiki sahiblik etməklə, idarə və istifadə etmişlər, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Məhkəmə iclasında tərəflərin izahatı, eləcə də iş materialları ilə müəyyən olundu ki, mirasqoyanın oğlu Cavabdeh və qızı İddiaçı miras əmlakı faktiki qəbul etmişlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, miras əmlakı faktiki olaraq qəbul etmiş vərəsə kimi tanınması və vərəsələr arasında miras payın müəyyən edilməsini xahiş etmişdir. Digər vərəsə Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini, miras əmlakdan 1/2 hissədə payının müəyyən edilməsinə etirazı olmamasını bildirmişdir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, hazırkı iş üzrə tərəflər mərhumların qanun üzrə birinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətdə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddia təmin edilməli, X8 miras qalmış ünvan 1də yerləşən 3 otaqlı ümumi sahəsi 76,7 kvm. olan yaşayış evinə Cavabdeh və İddiaçı 1/2 hissədə payı müəyyən edilməli, X5 və X8 miras qalmış Ağstafa rayonu Köçəsgər kəndində yerləşən 0,08 ha torpaq sahəsində, ümumi sahəsi 111.1 kvm olan fərdi yaşayış evinə Cavabdeh və İddiaçı 1/2 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X8 miras qalmış ünvan 1-də yerləşən 3 otaqlı ümumi sahəsi 76,7 kvm. olan yaşayış evinə Cavabdeh və İddiaçı 1/2 hissədə payı müəyyən edilsin. X5 və X8 miras qalmış Ağstafa rayonu Köçəsgər kəndində yerləşən 0,08 ha torpaq sahəsində, ümumi sahəsi 111.1 kvm olan fərdi yaşayış evinə Cavabdeh və İddiaçı 1/2 hissədə payı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev Azərbaycan Respublikası adından QƏRARDAD QAZAX RAYON MƏHKƏMƏSİ Qazax rayonu İş № 2(023)-650/2024 23 may 2024-cü il Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mirasın faktiki qəbul edilməsi, vərəsələr arasında paylara bərabər şəkildə bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki işə 23 may 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X8 miras qalmış ünvan 1-də yerləşən 3 otaqlı ümumi sahəsi 76,7 kvm. olan yaşayış evinin, həmçinin mərhum anası X1 və atası X8 miras qalmış Ağstafa rayonu Köçəsgər kəndində yerləşən umumi sahəsi 111.1 kvm. olan fərdi yaşayış evinə dair mirasın faktiki qəbul edilməsi vərəsələr arasında paylara bərabər şəkildə bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi”nə dair hissəsinə məhkəmədə baxılmalı olmadığından, həmin hissədə mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan, məhkəmə tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi həmin orqanın üzərinə vəzifə kimi qoyula bilməz. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd olunan prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair hissəsinə məhkəmədə baxılmalı olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilməli, iddiaçılara paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müvafiq səlahiyyətli orqana müraciət etməsi izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı mirasın faktiki qəbul edilməsi, vərəsələr arasında paylara bərabər şəkildə bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə icraata “paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi”nə dair hissədə xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar