Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-669/2023 23.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə verilmiş JN-0099 nömrəli KOD 50113018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət X2 aid hissədə X10 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərarına əsasən 1,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş JN–0099 nömrəli KOD 50113018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında mərhum anasının adı “X14” əvəzinə “X15” kimi səhv qeyd edilmişdir. Halbuki mərhum anasının bütün sənədlərində adı X4 qeyd olunmuşdur. Qeyd olunan Dövlət Aktında olan səhvliyə görə o müəyyən sənədləşmə işlərini apara bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və rəisi Ədalət Cabbarov məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1967-ci il tarixdə doğulmuş Ərizəçi atası X5, anası X11r. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə doğulmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, xx.xx.1953-cü il tarixdə doğulmuş X6 atası X20, anası X17r. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X7 və X16 xx.xx.1973cü ildə 15 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Əyyubova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X14 xx.xx.2018-ci ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X7 xx.xx.2000-ci ildə ölmüşdür. İş materiallarında olan, JN–0099 nömrəli KOD 50113018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qazax rayonu, İ Şıxlı kəndində yerləşən 1,65 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3, X8, Ərizəçi, X12 və X13 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 5-58-8-12-21/2-285/2023 saylı arayışdan görünür ki, JN–0099 nömrəli KOD 50113018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət X1 adı X4 oxunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Birinci Şıxlı kəndində yerləşən 1,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN–0099 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçiyə məxsus bütün sənədlərdə adı “X14” kimi göstərilsə də, JN–0099 nömrəli KOD 50113018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında “X15” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X15” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “X14”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN–0099 nömrəli KOD 50113018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının, doğum, nikah və ölüm haqqında arayışlar, ərizəçi tərəfindən mərhuma aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə vərəsəliklə və torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–0099 nömrəli KOD 50113018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında “X15”na aid hissədə “X14”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN–0099 nömrəli KOD 50113018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında “X15”na aid hissədə “X14”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-669/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-669/2023
23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver