Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-672/2025 02.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, ərizəçinin nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə müraciət edərək, Qazax rayon Aqrar islahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 saylı qərarı ilə JN-0044 KOD 50110018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X13”na aid hissədə sənədin “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməsi edilməsini xahiş etmişdir. Ərizəçi ərizə onunla əsaslandırılmışdır ki, Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 saylı qərarı JN-0044 KOD 50100028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən onlara Qazax rayonun Aşağı Salahlı kəndində 4.39 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun soyadı səhv göstərilmişdir. Qazax rayon İcra Hakimiyyətinin başçısının Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışında da qeyd olunduğu kimi onun soyadı səhvən qeyd edilmişdir. Həmin torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında olan səhvlik onun müəyyən sənədləşməni aparmağında çətinlik yaradır. Ona görə də, Qazax rayon Aqrar islahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 saylı qərarı ilə JN-0044 KOD 50110018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X13”na aid hissədə sənədin “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X16 ərizəni müdafiə edərək, bildirdi ki, babasının qardaşının soyadı Hüseynov olmuşdur ona görə qardaşının soyadı Hüseynov kimidir. Qardaşının soyadı bütün sənədlərdə Hüseynovdur. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun adı, ata adı və soyadı Ərizəçi kimi qeyd edilmişdir. iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə anadan olmuş, ata qrafasında X14, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qazax rayonu, Aşağı Salahlı kəndində yerləşən 4.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş JN-44 nömrəli dövlət aktında mülkiyyətçilərin adları, atalarının adları və soyadları arxiv məlumatları ilə eynidir. Lakin “Torpağa mülkiyyət hüququna dair” JN-44 nömrəli dövlət aktında mülkiyyətçilərin adları, atalarının və soyadları şəxsiyyəti təsdiq sənədlərdə yə ölüm haqqında şəhadətnamədə fərqlidir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qazax rayonu Aşağı Salahlı kənd nümayəndəliyinin arayışından görünür ki, JN-0044 KOD 50110018 torpağa mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi soyadı adı səhvən X6 yazılmışdır. İş materiallarında olan JN-0044 KOD 50110018 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 10 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Aşağı Salahlı kəndində yerləşən 4.39 ha torpaq sahəsi X8, X7, X4, X5, X2, X11, X9 mülkiyyət hüququna verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində “Ərizəçi” kimi göstərilsə də, JN-0044 KOD 50100028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında səhvən “X13” kimi göstərilmişdir. Dövlət aktında səhvən göstərilən “X13” ilə təqdim olunan sənədlərdə göstərilən Ərizəçi ilə eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-0044 KOD 50100028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının, şəxsiyyət vəsiqələrinin surəti, və nikah şəhadətnaməsində ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahatı Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-0044 KOD 50100028 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktında “X19” oğluna aid hissədə “Ərizəçi” oğluna məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-0044 KOD 50100028 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktında “X19”oğluna aid hissədə “Ərizəçi” oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-672/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-672/2025
02.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver