Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-673/2025 25.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi, eyni zamanda Ərizəçi2 nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 25 aprel 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-732 KOD 50100078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 3-cü sırada Ərizəçi1, 5-ci sırada isə Ərizəçi2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli, 12 nömrəli qərarına əsasən Qazax rayonu Xanlıqlar kəndi ərazisində onlara və ailə üzvlərinə verilmiş 1,038 ha suvarılan pay torpaq sahəsi və 0,55 ha dəmyə pay torpaq sahəsinə dair tərtib olunmuş JN-732 KOD 50100078 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında 3-cü sırada “Ərizəçi1” əvəzinə yanlış olaraq “X7” kimi, 5-ci sırada isə “Ərizəçi2” əvəzinə yanlış olaraq “X4” kimi səhv qeyd edilmişdir. Bu sənəddə texniki səhvə yol verilməsi torpaq sahəsinə dair çıxarış almaq üçün onlara çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçi, eyni zamanda Ərizəçi2 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında arayışdan görünür ki, xx.xx.1985-ci il tarixdə doğulmuş Ərizəçi1 atası X9, anası X2r. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1985-ci il tarixdə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1993-cü il tarixdə doğulmuş Ərizəçi2 atası X10, anası X3r. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1993-cü il tarixdə doğulmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci ildə ölmüşdür. JN-732 KOD 50100078 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən 1.58 hektar torpaq sahəsi X10, X6, X7, X5 və X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN–732 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə aid bütün sənədlərdə “Ərizəçi1 və Ərizəçi2” kimi göstərilsə də, JN-732 KOD 50100078 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında “X7 və X4” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X7 və X4” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən Ərizəçi1 və Ərizəçi2 eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-732 KOD 50100078 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının, doğum haqqında arayışlar, ölüm haqqında şəhadətnamələrin surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçilər tərəfindən, onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair çıəxarışın alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-732 KOD 50100078 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının “X7 və X4”na aid hissədə “Ərizəçi1 və Ərizəçi2”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-732 KOD 50100078 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının “X7 və X4”na aid hissədə “Ərizəçi1 və Ərizəçi2”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-673/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-673/2025
25.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver