Məhkəmə qərarları › İş №2(023)-691/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-691/2023

01.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-691/2023 01.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 1036 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonu Ağköynək kəndində yerləşən evində mərhum ərinin adına **********0000 abonent kodlu abunəçi kodu vardır. Sayğac dəyişdirildikdən sonra cavabdeh orqanla müqavilə bağladıqdan, ancaq imzalamadıqdan sonra onun adına əsassız olaraq 1036 manat borc yazılmışdır. Borcun yazıldığı dövr və sayğac üzrə o abonent olmamışdır. O və ailə üzvləri illərdir həmin qaz təchizatından istifadə edir. Cavabdeh Şəmkir RQİİ tərəfindən onun müraciəti və razılığı olmadan, heç bir müqavilə bağlamadan sayğacları dəyişdirilərək yeni Smart tipli sayğac qoyulmuşdur. Sayğac dəyişdirilən zaman 2022-ci ilin avqust ayının 19-da Cavabdeh Şəmkir RQİİ tərəfindən heç bir “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilməmiş və hər hansı pozuntu halının aşkar edildiyi müəyyən edilmədi və bu barədə hər hansı akt tərtib edilmədi. Lakin sonradan Cavabdeh xx.xx.2023-cü il tarixdə ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanmasını qeyd etmişlər və öz hesablamalarına görə dəymiş ziyan da müəyyən etmişlər. Cavabdeh əməkdaşları mexanizmə hər hansı müdaxilənin olmasını qeyd etməmişlər. Şüşənin sındırılması mexanizmə müdaxilə etmək deyildir. Şüşənin sındırılması cavabdeh orqanın əməkdaşlarının sayğacı daşıyarkən ehtiyatsızlıqdan yaranmış haldır. Əgər, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması halı var idisə nə üçün sayğac dəyişdirilərkən bu barədə akt tərtib olunmurdu. Sayğac onlardan götürüldükdən sonra sayğacda olan hər hansı pozuntuya onlarmı cavabdeh olmalıdır. Hər ay təqdim edilmiş bildiriş-xəbərdarlıqda heç bir ayrı borc göstərilməmişdir. Qeyd olunan sayğac onun yaşadığı evin kənarına ümumi istifadədə olan yerdə yerləşir. Onun tərəfindən sayğaca müdaxilə edilməmişdir, kimin tərəfindən müdaxiləe edilməsi barədə heç bir məlumatı yoxdur. Onun istifadə etdiyi qazın illik dövriyyəsində heç bir dəyşiklik yoxdur. Əgər o sayğaca müdaxilə etmiş olsaydı, qaz sərfiyyatı əhəmiyyətli dərəcədə az hesablanmış olardı. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbədən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPMnin 185.5 və 147-ci maddələrinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının yoxlanılması haqqında” 21 fevral 2023-cü il tarixli 29/1710-04441-1 nömrəli Aktdan görünür ki, çıxarılmış bütün sayğaclara 17 fevral 2023-cü il tarixdə Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və sayğacların hamısında, eləcə də İddiaçı məxsus **********7 nömrəli sayğacda sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyi aşkar edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, PQ-3 qaz piltəsi, RP qaz sobası, RP qeyri-standart su qızdırıcısından istifadə olunduğu aşkar edilmişdir. **********7 nömrəli sayğaca ümumi baxış keçirilən zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyi aşkar edilərək, dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan ünvan 1 ünvanında yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ilin fevral ayına 1036 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıya itirilmiş qazın bərpası məqsədilə 1036 manat borc hesablanmışdır. Tərəflər G-4 markalı, **********7 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1036 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onun sayğacın sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yaşayan abonent İddiaçı ünvanı üzrə qaz sərfinə görə hesablanmış 1036 (bir min otuz altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar