Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-697/2023 15.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil1 Şakir oğlunun, Cavabdeh2 və onun vəkili Vəkil2 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Tovuz Regional ASAN xidmət mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzrə vərəsə tanınması, miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Tovuz Regional ASAN xidmət mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Notariat Kontorunun 18 mart 2022-ci il tarixli, 2V-230 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzrə vərəsə tanınma, miras əmlakdan payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X14 ilə X1 06 aprel 1961-ci ildə 11 saylı akt qeydi ilə nikaha daxil olaraq Qazax rayonu Qazaxbəyli kəndində yaşamışlar. Onların birgə nikahından o, X11, X6, Cavabdeh2, X9 doğulmuşdur. X1 15 aprel 2013-cü ildə, atası X14 07 mart 1989-cu ildə vəfat etmişdir. Valideyinlərindən Qazax rayonu Qazaxbəyli kəndində 0,19 ha torpaq sahəsi, onun üzərində yerləşən yaşayış evi və 0,57 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlakda halhazırda o və ailə üzvləri yaşayır. Bir müddət bundan əvvəl onlara məlum olmuşdur ki, bacısı Cavabdeh2 valideyinlərindən miras qalmış həmin əmlakı öz adına sənədləşdimişdir. JN-225F nömrəli şəhadətnamə əsasında Qazax rayonu Qazaxbəyli kəndində X4 adına 0,19 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi X4 adına qeydiyyata alınmışdır. Qazax rayonu Qazaxbəyli kəndində 0,19 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisi 18 mart 2022-ci il tarixli, 2V- 230 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılan zaman qanun pozuntularına yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası qanunlarına əsasən vərəsəlik işi açan zaman birinci növbədə mərhumun vərəsələrinin dairəsini müəyyən etməlidir. Bundan sonra vərəsələrə düşən paylar müəyyən edilməlidir. Lakin Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisi bunları nəzərə almayıb və bilmədiyi səbəblərdən anasından miras qalmış əmlak Cavabdeh2 adına sənədləşdirilmişdir. Bundan başqa Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisindən sorğu nəticəsində alınmış vərəsəlik işindən görünür ki, Cavabdeh2 notariat ofisinə müraciətində X2 miras qalmış əmlakdan ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Lakin Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisinin notarisu Nurçin xanım Novruzova Cavabdeh2 tək vərəsə kimi müəyyən edərək anasından miras qalmış əmlaka digər vərəsələri müəyyən etmədən qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Həmçinin Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisinin notarisu Nurçin xanım Novruzova Azərbaycan Respublikasının Qanunlarının tələblərini pozmuşdur. Belə ki, X7 15 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Lakin Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisinin notarisu Nurçin xanım Novruzova 18 mart 2022-ci ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Uzun müddət keçməsinə, tərəflər arasında mübahisə olmasına baxmayaraq bütün bunlara göz yummuşdur. O və bacısı Cavabdeh2 miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı Qazax Rayon Notariat Ofisinə müraciət etmişlər və aralarında mübahisə olduğundan Qazax Rayon Notariat Ofisi onların məhkəməyə müraciət etməli olduğunu bildirdi. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil1 iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, valideynlərindən Qazax rayonu Qazaxbəyli kəndində 0,19 ha torpaq sahəsi, onun üzərində yerləşən yaşayış evi və 0,57 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlaklara dair mərhum anası xx.xx.2008-ci ildə vəsiyyətnamə vermişdir. Belə ki, anasının sağlığında övladlarından yalnız o, anasının yanında yaşamışdır, anası vəfat etdikdən sonra da vərəslərdən yalnız o mirası faktiki qəbul edərək idarə etmişdir. Hazırda miras qalmış sözügedən əmlakları vəsiyyətnamə əsasında qanunamüvafiq qaydada öz adına rəsmiləşdirmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 iddianı qəbul etməmiş və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Tovuz Regional ASAN xidmət mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi və üçüncü şəxs Qazax rayon Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlərin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Qazax rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi və üçüncü şəxs Qazax rayon Notariat Ofisi məktubla məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə mülki işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X14 və X10 xx.xx.1961-ci ildə 11 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Vidadiyeva soyadı verilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1941-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 08747142 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1957-ci ildə doğulmuşdur. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X14 xx.xx.1989-cu ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X6 xx.xx.2008-ci ildə ölmüşdür. İş materiallarında olan, JN–159 KOD 50110028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən 0,57 hektar həyətyanı torpaq sahəsi X4 və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 26 noyabr 2008-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Qazax rayonunun Qazaxbəyli kəndində yaşayan X7 ölən günədək ona məxsus olan bütün əmlakını, onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq, Sumqayıt şəhəri, Yat İ, məh 41-də yaşayan qızı Cavabdeh2 vəsiyyət etmiş, digər vərəsələri vərəsəlikdən məhrum etmişdir. 08 avqust 2006-cı ildə Qazax rayon DNKda verdiyi 2V-İ-89 № ilə təsdiq olunmuş vəsiyyətnaməni ləğv edir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Notariat Arxivinin 17 dekabr 2021-ci il tarixli 05/07-V-23 saylı məktubundan görünür ki, Qazax rayon dövlət notariat ofisində 26 noyabr 2008-ci il tarixdə 2V-İ-181 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X7 xx.xx.2013-cü ildə ölmüşdür. İş materiallarında olan Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, Qazax RİHB-nin Orta Salahlı kənd icra nümayəndəliyi üzrə 2010-2015-ci illərə aid 02 saylı təsərrüfatbaşı kitabının 104-cü səhifəsində X4 təsərrüfatı – 1922-ci ildə anadan olmuş - xx.xx.2013-cü ildə vəfat etmiş X2 ibarət olmuşdur. Təsərrüfatda cəmi 0,25 ha torpaq sahəsi və 1966-cı ildə tikilmiş ümumi sahəsi 72 kv.m, o cümlədən yaşayış sahəsi 48 kv.m olan ev mövcud olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax rayonu Qazaxbəyli kəndində 0,19 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,50 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi xx.xx.2022-ci ildə X4 adına qeydə alınmışdır. İş materiallarında olan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 18 mart 2022-ci il tarixli, 2V-230 reyestr nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü ildə vəfat etmiş X4 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı Cavabdeh2dır və o miras əmlakdan tam hissədə irs almalıdır. Miras əmlak, ƏMDK yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X5 verilmiş **********75-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Qazaxbəyli kəndində mülkiyyətində olan 0,19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76,5 kv.m, yaşayış sahəsi 26,7 kv.m, yardımçı sahəsi 49,8 kv.m 1 otaqlı fərdi yaşayış evindən, əlavə tikililərdən və həmin torpaq sahəsindən və DTXK Tovuz rayon şöbəsi tərəfindən xx.xx.1997 tarixdə X5 verilmiş seriya nömrəsi JN 159, kod 50110028 olan dövlət aktına əsasən Qazax rayonu Qazaxbəyli kəndində yerləşən ümumi sahəsi 0,5732 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax rayonu Qazaxbəyli kəndində 0,2378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2022-ci ildə Cavabdeh2 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax rayonu Qazaxbəyli kəndində 0,1254 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2022-ci ildə Cavabdeh2 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax rayonu Qazaxbəyli kəndində 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2022-ci ildə Cavabdeh2 adına qeydə alınmışdır. İş materiallarına əlavə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, ləğv olunmuş DT və XK-i tərəfindən tərtib edilmiş və Reyestr Xidmətinə verilmiş elektron baza məlumatları əsasında X4 adına Qazax rayonu, Qazaxbəyli kəndində JN-225F nömrəli şəhadətnamə ilə 0.19 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birgə Orta Salahlı kənd icra nümayəndəsinin 11-21/27 nömrəli xx.xx.2022-ci il tarixli arayışı əsasında mərhum X4 adıa ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Tovuz rayon Notariat Kontorunun 18 mart 2022-ci il tarixli 2V-230 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhumun qızı Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində hüquqları dövlət qeydiyyatına alınmışdır. X4 adına hal-hazırda 15 saylı Tovuz Ərazi İdarəsində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax rayonu Qazaxbəyli kəndində 0,19 ha həyətyanı torpaqsahəsi və ümumi sahəsi 76.50 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci ildə Cavabdeh2 adına qeydə alınmışdır Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X7 xx.xx.2013-cü ildə tarixdə vəfat etdikdən sonra qızı Cavabdeh2 mirası qəbul etdiyini şəksiz nümayiş etdirərək əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamışdır. 18 mart 2022-ci ildə Cavabdeh2 adına Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamə əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində miras əmlaklar üzrə Cavabdeh2 hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Yenə Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Sorğu edilərək alınmış və iş materiallarına əlavə edilmiş Qazax RİHB-nin Orta Salahlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, hal-hazırda İddiaçı Qazax rayonu Qazaxbəyli kəndində qeydiyyatda deyil və yaşamır. Sorğu edilərək alınmış və iş materiallarına əlavə edilmiş Qazax rayon Orta Salahlı- Qazaxbəyli bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəmkir rayon Kür qəsəbəsində qeydiyyatda olan X25, rəsmən boşanmış (arvadı) Kəmalə, qızı X16, X22, X23 2019-cu ilin dekabr ayından Qazax rayonu Qazaxbəyli kəndində X8 məxsus olan fərdi yaşayış evinin torpaq sahəsində səyyar yaşayış konteynerində (vaqonda) yaşayır. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mirası qanunla müəyyən edilmiş müddət ərzində nə faktiki, nə də notarial qaydada qəbul etməmişdir. İş materaiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı miras açıldığı vaxt miras qalmış Qazax rayonu, Qazaxbəyli kənində yerləşən fərdi yaşayış evi, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə sahiblənməmiş və idarə edilməsində iştirak etməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı ərizəsində Qazax rayonu, Qazaxbəyli kəndində yaşadığını qeyd etsədə, iş materiallarında olan arayışlardan müəyyən edilir ki, iddiaçı miras əmlakın yerləşdiyi Qazax rayonu, Qazaxbəyli kəndində yaşamamışdır. İş materiallarından müəyyən edilir ki, cavabdeh mirası həm faktiki və həmdə notarial qaydada qəbul edərək vəsiyyətnamə üzrə vərəsəlik hqqında şəhadətnamə almış və bunun əsasında əmlakları mülkiyyətinə qeydiyyata aldırmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzrə vərəsə tanınma”sına dair hissəsində təmin edilməməlidir. Məhkəmə, həmçinin xx.xx.2022-ci il tarixdə verilmiş 2V-230 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddia tələbini araşdıraraq hesab edir ki, iddianın göstərilən hissəsi də əsassızdır. Buna görə də iddianın göstərilən hissəsi də təmin edilməməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli evə dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmədən törənmişdir. Buna görə də mübahisəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmənin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli mənzilə dair cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. Məhkəmə, həmçinin iddianın miras əmlakda payın müəyyən edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi mübahisənin əsasını təşkil edən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnmə etibarsız hesab edilməsi hissəsindən birbaşa asılı olduğundan və iddia da həmin hissədə əsassız hesab edildiyindən, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh2, Tovuz Regional ASAN xidmət mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzrə vərəsə tanınması, miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-697/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-697/2023
15.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver