Məhkəmə qərarları › İş №2(023)-707/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-707/2024

30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-707/2024 30.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 30 may 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahatı Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-196A KOD 50100028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X7”na aid hissədə Ərizəçi2 və “X8”na aid hissədə Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayon Aqrar İslahatı Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 nömrəli qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsinə dair JN-196A KOD 50100028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onların adı Ərizəçi2 əvəzinə yanlış olaraq “X7” kimi və Ərizəçi1 əvəzinə yanlış olaraq “X8” kimi qeyd edilmişdir. Halbuki bütün sənədlərində onların adı Ərizəçi2 və Ərizəçi1 kimi qeyd edilmişdir. Qeyd olunan Şəhadətnamədə olan səhvlik torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması üçün onların hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəməyə göndərdikləri ərizədə, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər, işə onların iştirakları olmadan baxılaraq, ərizənin təmin olunmasını xahiş etmişlər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1942-ci ildə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1972-ci il tarixdə doğulmuş X2 atası X10, anası X4r. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1972-ci ildə doğulmuşdur. Nikah haqqında arayışdan görünür ki, X6 və X5 xx.xx.1991-ci ildə 03 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Paşacanova soyadı verilmişdir. JN-196A KOD 50100028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu Aşağı Salahlı kəndində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsi X10, X7 və X3 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Aşağı Salahlı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2024cü il tarixli 5-58-5-12-21/2-111/2024 saylı arayışından görünür ki, JN-196A KOD 50100028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X9 kənd sakinləri Ərizəçi2 və Ərizəçi1 adı səhvən X7 və X1 yazılmışdır. Aşağı Salahlı kəndində adları qeyd olunan vətəndaşlardan başqa bu adda heç kim yaşamır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Aşağı Salahlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN-196A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. 89 Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin bütün sənədlərində adı “Ərizəçi2 və Ərizəçi1” kimi göstərilsə də, JN-196A KOD 50100028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən “X7 və X8” kimi göstərilmişdir. Şəhadətnamədə səhvən göstərilən “X7 və X8” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi2 və Ərizəçi1”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-196A KOD 50100028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, şəxsiyyət vəsiqələrinin surəti, doğum və nikah haqqında arayışlar ərizəçilər tərəfindən onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-196A KOD 50100028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X7 və X8”na aid hissədə “Ərizəçi2 və Ərizəçi1”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-196A KOD 50100028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X7 və X8”na aid hissədə “Ərizəçi2 və Ərizəçi1”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar