Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-708/2023 06.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı avtomobilin vərəsəlik qaydasında bölünüb, miras payın verilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X3 vərəsəsi kimi tanınması, X1 miras qalmış Mercedes Benz E220 CDİ minik markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə vərəsəlik qaydasında miras payının müəyyən edilərək bölünməsi və miras paylarına uyğun olaraq, Mercedes Benz E220 CDİ minik markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilə dair vərəsəlik qaydasında mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə Mercedes Benz E220 CDİ minik markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyət hüququnun tanınmasına aid hissədə icraata xitam verilmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışlar ki, mərhum atası X8 11 may 2021-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra ondan Mercedes Benz E220 CDİ minik markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Atasının vəfatından sonra ondan qalan mirası faktiki olaraq qəbul etmiş və həmin avtomobilin qorunub saxlanmasını təmin etmişdir. Həmin avtomobilin təmir, rəngləmə işlərini isə cavabdehlər etmişdir və etməkdə davam edirlər. Həmin avtomobilin miras kimi bölünməsini və paylarının bölünməsini xahiş edir. Lakin könüllü olaraq öz aralarında razılığa gələ bilmirlər. Ona görə də, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər X5 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin, cavabdehlər X7 və Cavabdeh2 məhkəməyə göndərdikləri notarial qaydada təsdiq olunmuş ərizədə, iddianı tam həcmdə qəbul və etiraf etdiklərini, iddianın tam həcmdə təmin olunmasına heç bir etirazlarının olmamasını, miras əmlak üzərində paylarının tanınmasına etirazlarının olmamasını, gələcəkdə də, olmayacağını bildirərək, iddia ərizəsinin təmin edilməsi, miras əmlak (nəqliyyat vasitəsi) üzərində vərəsəlik hüquqlarının tanınmasını və mülkiyyətlərinə verilməsini xahiş etmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü ildə Qazax şəhərində anadan olmuş İddiaçı atası X8, anası qızıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş Cavabdeh2 atası X8, anası X6r. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X2 nikahı 24 fevral 1983-cü il tarixdə Qazax rayon VVAQ şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 33 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Vəliyeva soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 11 may 2021-ci ildə ölmüşdür. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz E220 CDİ minik markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildə X3 adına qeydə alınmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, X3 birinci növbə vərəsələri arvadı X7, qızı İddiaçı və oğlu Cavabdeh2 olmuşdur. X8 11 may 2021-ci il tarixdə vəfat etmişdir. Mübahisə predmeti olan Mercedes Benz E220 CDİ minik markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətində olmuşdur. Miras qoyan öldükdən sonra İddiaçı və digər vərəsələr X7 və Cavabdeh2 miras qalmış əmlakı faktik qəbul edərək idarə və sahiblik etmişlər, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, miras əmlakı faktiki olaraq qəbul etmiş vərəsə kimi tanınması, payının müəyyən edilərək bölünməsi və miras payına uyğun olaraq, Mercedes Benz E220 CDİ minik markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilə dair vərəsəlik qaydasında mülkiyyət hüquqlarının tanınmasını xahiş etmişdir. Digər vərəsələr X7 və Cavabdeh2 məhkəməyə göndərdikləri ərizədə iddianı tam həcmdə qəbul və etiraf etdiklərini, iddianın tam həcmdə təmin olunmasına heç bir etirazlarının olmamasını, miras əmlak üzərində paylarının tanınmasına etirazlarının olmamasını, gələcəkdə də, olmayacağını bildirərək, iddia ərizəsinin təmin edilməsi, miras əmlak (nəqliyyat vasitəsi) üzərində vərəsəlik hüquqlarının tanınmasını və mülkiyyətlərinə verilməsini xahiş etmişlər. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd edilən qanunvericilik normalarını hazırki işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, işin faktiki hallarından görünür ki, X3 birinci növbə vərəsələri arvadı X7, qızı İddiaçı və oğlu Cavabdeh2 mərhum X1 miras qalmış əmlakı faktik qəbul edərək idarə və sahiblik etmişlər, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Onların məcburi pay almaq hüququndan məhrum edilmələri üçün qanunla müəyyən edilmiş əsaslar məhkəmə iclasında müəyyən edilməmiş, eləcə də miras qoyanın sağlığında bu barədə məhkəməyə müraciət etməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması barədə məlumatlar hazırki iş materiallarında mövcud deyildir. Belə olan halda, X3 birinci növbə vərəsələri arvadı X7, qızı İddiaçı və oğlu Cavabdeh2 sözügedən avtomobildə məcburi payları mövcuddur. Odur ki, iddia təmin edilməli, Mercedes Benz E220 CDİ minik markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində X4 ½ hissəsinə və ½ hissənin 1/3 hissəsinə, İddiaçı ½ hissənin 1/3 hissəsinə və Cavabdeh2 ½ hissənin 1/3 hissəsinə vərəsəlik hüquqları tanınmalı, Mercedes Benz E220 CDİ minik markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin 4/6 hissəsinə X4, 1/6 hissəsinə İddiaçı və 1/6 hissəsinə Cavabdeh2 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Mercedes Benz E220 CDİ minik markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin X4 ½ hissəsinə və ½ hissənin 1/3 hissəsinə, İddiaçı ½ hissənin 1/3 hissəsinə və Cavabdeh2 ½ hissənin 1/3 hissəsinə vərəsəlik hüquqları tanınsın. Mercedes Benz E220 CDİ minik markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin 4/6 hissəsinə X4, 1/6 hissəsinə İddiaçı və 1/6 hissəsinə Cavabdeh2 payları müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-708/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-708/2023
06.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver