Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-714/2023 01.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi, Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 qızının iştirakları ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs- Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) xx.xx.1999-cü ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, xx.xx.1999-cü ildə anadan olmuş qızı X3 anadan olandan psixi qüsurludur, “ağır dərəcəli əqli gerilik, qulluq və müalicəı tələb edən ciddi davranış pozuntusu.İQ23. Yanaşı davranış pozuntularının olması və təzahür dərəcəsi (məsələn hiperaktivlik, impulsivik, aqressiya)” diaqnozu ilə xəstəlikdənəziyyət çəkir, İ dərəcəli əlillik təyin edilmişdir. O öz hərəkətlərinin mənasını başa düşmür, onunla birlikdə yaşayır, ona qulluq edir. Qızını qəyyumluğa götürmək üçün Qazax RİHnin Qəyyumluq və Himayəçilik Komissiyasına müracit etmişdir, orada ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, X3 atası X4, anası isə Ərizəçi olmaqla xx.xx.1999-cü ildə anadan olmuşdur. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə doğulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, X3 - ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntulıarı İQ 23. Yanaşı davranış pozuntularının olması və təzahür dərəcəsi (məsələn hiperaktivlik, impulsivik, aqressiya)” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Qazax rayon Uşaq Məsləhətxanasının (xəstəlik kitabçasından) görünür ki, X2 Daun xəstəliyi, döş-bel nahiyyəsində İ dərəcəli sağa tərəf skalioz diaqnozu qoyulmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 377 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.1999-cü il tarixdə anadan olmuş X3 orta dərəcəli əqli gerilik, davranış pozuntiuları və daun sindromu ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin ölçüb-biçmək və ya özünü idarə etmək, öz hərəkətlərinin mənasının dərk etmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X3 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X3 əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1999-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-714/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-714/2023
01.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver