Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-73/2024 23.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 23 yanvar 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarı ilə Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 2,47 ha torpaq sahəsinə dair verilmış JN–0059 KOD 50100088 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarı ilə Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,14 ha torpaq sahəsinə dair verilmış JN–106F KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissədə ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ona və ailə üzvlərinə Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarı ilə JN–0059 KOD 50100088 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarı ilə JN–106F KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində 0,14 ha həyətyanı torpaq sahəsi verilmışdir. Torpağa mülkiyyət hüququna dair JN–0059 KOD 50100088 nömrəli Dövlət aktında və Torpağın mülkiyyətə verilməsinə dair verilmış JN–106F KOD 50100088 nömrəli Şəhadətnamədə onun adı “Ərizəçi” əvəzinə yanlış olaraq “X6” kimi qeyd edilmişdir. Halbuki, onun bütün sənədlərində adı Ərizəçi kimi yazılmışdır. Qeyd olunan Dövlət aktında və Şəhadətnamədə olan səhvlik müəyyən sənədləşmə işlərinin aparılması ilə bağlı çətinlik yaradır və onların hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə doğulmuşdur. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 ilə X5 01 iyul 1992-ci ildə 93 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan JN–0059 KOD 50100088 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 2,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X12, X6, X9 və X8 mülkiyyətinə verilmişdir. JN–106F KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsi X12, X6, X9, X13 və X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 5-58-16-12-21/2-796/2023 saylı arayışdan görünür ki, JN–0059 KOD 50100088 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi adı səhvən X2 qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN–59 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin sənədlərində adı “Ərizəçi” kimi göstərilsə də, JN–0059 KOD 50100088 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN–106F KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X6” kimi göstərilmişdir. Dövlət aktında və Şəhadətnamədə göstərilən “X6” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN–0059 KOD 50100088 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, JN–106F KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, şəxsiyyət vəsiqəsi və nikah haqqında şəhadətnamə ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahələrinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–0059 KOD 50100088 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN–106F KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X6”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN–0059 KOD 50100088 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN–106F KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X6”na aid hissədə “Ərizəçi”na məxsus olması olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-73/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-73/2024
23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver