Məhkəmə qərarları › İş №2(023)-762/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-762/2023

06.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-762/2023 06.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli, 12 saylı qərarı ilə verilmış JN–342 KOD 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli, 12 saylı qərarı ilə verilmış JN–339D KOD 50100048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissədə X7 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli, 12 saylı qərarı ilə ona və ailə üzvlərinə 3,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli, 12 saylı qərarı ilə X7 və ailə üzvlərinə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN–342 KOD 50100048 nömrəli Dövlət aktında və Torpağın mülkiyyətə verilməsinə dair verilmış JN–339D KOD 50100048 nömrəli Şəhadətnamədə mərhum anasının adı “X10” əvəzinə yanlış olaraq “X8” kimi qeyd edilmişdir. Qeyd olunan Dövlət aktında və Şəhadətnamədə olan səhvlik müəyyən sənədləşmə işlərinin aparılması ilə bağlı çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və rəisi Ədalət Cabbarov məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin 29 mart 2023-cü il tarixli 5-58-15-11/2-137/2023 saylı arxiv arayışından görünür ki, Qazax rayon Dövlət Arxivində 159-cu fondda mühafizə olunan Qazax qeydiyyat şöbəsinin 1935-1942-ci illərə aid doğum haqqında qeydiyyat kitabının 43 saylı doğuma akt qeydində doğum tarixi xx.xx.1937 X11 atası X13, anası X9r. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X10 xx.xx.2010-cu ildə ölmüşdür. İş materiallarında olan JN–342 KOD 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Qaymaqlı kəndində yerləşən 3,00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8, X14, X12, X15, X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan verilmış JN–339D KOD 50100048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Qaymaqlı kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi X8 və X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 5-58-19-12-212-142/2023 saylı arayışdan görünür ki, xx.xx.2010-cu ildə vəfat etmiş X10 JN–342 KOD 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən X2 qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN–339D saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və 3,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN–342 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində adı “X10” kimi göstərilsə də, JN–342 KOD 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN–339D KOD 50100048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə isə “X8” kimi göstərilmişdir. Dövlət aktında və Şəhadətnamədə göstərilən “X8” ilə doğum arayışında və digər sənədlərdə göstərilən “X10”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN–342 KOD 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, JN–339D KOD 50100048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, doğum və ölüm haqqında arayışlar, ərizəçi tərəfindən mərhum anasına aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpağın özəlləşdirilməsi və torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–342 KOD 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN–339D KOD 50100048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X8”na aid hissədə “X10”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN–342 KOD 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN–339D KOD 50100048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X8”na aid hissədə “X10”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar