Məhkəmə qərarları › İş №2(023)-766/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-766/2023

10.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-766/2023 10.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlu sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi İddiaçı nümayəndəsi, Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Qazax rayon Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında paylara bölünməsi tələbinə dair mülki işə 10 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qazax rayon notariat kontorundan tərəfindən Şəkilova (Quluyeva) Rahilə İsa qızının əri və Cavabdeh2 atası X16 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi, Vəkil iddianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, İddiaçı 1981-ci il də mərhum X7 ilə evlənmişlər. Həmin vaxtdan etibarən ərinin valideyinlərinə məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsində tikilmiş ata evlərinə bitişik M.Ə.Sabir küçəsi 117 saylı evdə əri ilə birlikdə yaşamağa başlamışdır. X4 1978-ci ildə vəfat etdikdən sonra onun evində arvadı X17, övladları X21, X33, X23, X24 və X18 yaşamışlar. Onların yaşadıqları ev atalarından qalan miras əmlak bütün övladları tərəfindən faktiki olaraq qəbul edilmişdir. X1 vəfat etmişdir. Həmin evdə yaşayanlar ailə qurduqdan sonra ata evlərini tərk etmişlər. X25 yeni ailə quraraq ailəsi ilə birgə həmin evdə yaşamağa başlamışdır. Ərinin atasına məxsus olan 600 kvadrat metr torpaqda iki ailə heç bir mübahisə olmadan yaşamışlar. X7 2002-ci idə vəfat etdikdən sonra onun vərəsəsi kimi ona məxsus olan Qazax şəhəri H.Əliyev 117 ünvanında olan ev qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona keçmişdir. Hər iki evə aid olan həyətyanı sahə kimi mərhum qaynatasından miras qalmış və Seymur Quluyevin ailəsi ilə birgə ümumi istifadədə olan torpaq sahəsinin bir hissəsindən faktiki sahiblik etməyə davam etmişdir. 2005-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona keçmiş, ev üzrə mülkiyyət hüquqlarım dövlət qeydiyyatına alınaraq ona müvafiq qeydiyyat vərəqəsi verilmişdir. Sözügedən evlə bağlı 2022-ci ildə qeydiyyat vərəqəsinə əsasən daşınmaz əmlakın dövlət reyestirindən çıxarışın əldə olunması üçün DƏDRX-nə müraciət edərkən ona məlum olmuşdur ki, Seymur Quluyev 1991-ci il tarixdə Qazax rayon notariat kontoruna müraciət edərək, qanunsuz vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mübahisəli əmlakın sahibi X40 1978-ci il tarixdə vəfat etdikdən sonra onun evində həyat yoldaşı yaşamışlar və mirası faktiki olaraq müştərək qaydada qəbul etmişlər. Notariat ofisindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirası faktiki qəbul etmiş bütün vərəsələr çağırılmalı idilər. Sözügedən vərəsəlik şəhadətnaməsindən iddiaçının ancaq 2022-ci il tarixdə məlumatı olmuşdur. Ona görə də, vərəsəliklə bağlı müraciət etmə müddətini ötürməmişdir. Lakin həmin şəxslər notariat ofisinə çağırılmamış, onların razılığı alınmamışdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, sözügedən vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə etiraz edir. Mərhum qaynatası Mütəllim Quluyev 1978-ci il tarixdə vəfat edən vaxtdan X24, X21 və mərhum əri X2 torpaq sahəsinə yerləşən evlərdə yaşamışlar. Digər vərəsələr evlənib ailə həyatı qurub həmin evdən köçmüşlər. Qaynanası mərhum X17 1979-cu ilin aprel ayında vəfat etmişdir. 1979-cu ilin sonlarında mərhum İbrahim Quluyevə xidməti ev verilmiş və o ailəsi ilə birlikdə həmin evə köçüb orada yaşamışdır. Lakin buna baxmayaraq mübahisəli evlə mütəmmadi olaraq əlaqəsi olmuş, eyni həyətdə yerləşən evə gəlib getmiş, ailənin böyük qardaşı kimi ailənin bütün məsələlərini birgə həll etmişlər. Nabad Quluyeva isə hal-hazırkı vaxtadək mübahisəli evdə qeydiyyatdadır. Digər vərəsələr hazırkı vaxtadək həmin əmlakdan pay tələb etməyiblər. Digər vərəsələrin sözügedən əmlakdan imtina etmələri barə ərizələri vardır. İddiaçı sözügedən əmlakla bağlı iddia müddətini ötürmüşdür. Uzun müddətdir ki, əmlakla bağlı heç bir tələb irəli sürməmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat vermiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Qazax rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X9 məxsus Qazax şəhəri M.Ə.Sabir küçəsi 117-də yerləşən fərdi yaşayış evinə X6 vərəsəliyi müəyyən edilmişdir. X17 1922-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur. X40 1091-ci il tarixdə Şuşa rayonunda anadan olmuşdur. X41 13 fevral 1987-ci ildə Qazax şəhərində vəfat etmişdir. X19 16 aprel 1979-cu ildə Qazax şəhərində vəfat etmişdir. X21 28 dekabr 2002-ci ildə Qazax şəhərində vəfat etmişdir. X25 16 may 2020-ci ildə Qazax şəhərində vəfat etmişdir. X10 Qazax rayon notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizəndən görünür ki, X26 xx.xx.1978-ci il tarixdə ölmüş X22 irs qalmış əmlakı rəsmi və faktiki olaraq qəbul etmədiyini, etməyəcəyini bildirmiş, mərhum atasından miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin X11 adına sənədləşməsinə və özəlləşdirilməsinə etiraz etməmişdir. X12 Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X27 xx.xx.1978-ci il tarixdə ölmüş X22 irs qalmış əmlakı rəsmi və faktiki olaraq qəbul etmədiyini, etməyəcəyini bildirmiş, Cavabdeh1 xeyrinə irsdən imtina etdiyini və həmin miras əmlakdan heç bir pay tələbi olmadığını, gələcəkdə həmin miras əmlakdan pay tələbi üzrə məhkəmə və digər orqanlar qarşısında müddətin bərpası üçün iddia və şikayət etməyəcəyini, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini bildirmişdir. X20 Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X27 xx.xx.1978-ci il tarixdə ölmüş X22 irs qalmış əmlakı rəsmi və faktiki olaraq qəbul etmədiyini, etməyəcəyini bildirmiş, Cavabdeh1 xeyrinə irsdən imtina etdiyini və həmin miras əmlakdan heç bir pay tələbi olmadığını, gələcəkdə həmin miras əmlakdan pay tələbi üzrə məhkəmə və digər orqanlar qarşısında müddətin bərpası üçün iddia və şikayət etməyəcəyini, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini bildirmişdir. xx.xx.2016-cı il tarixdə ölmüş əri X13 Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X27 xx.xx.1978-ci il tarixdə ölmüş X22 irs qalmış əmlakı rəsmi və faktiki olaraq qəbul etmədiyini, etməyəcəyini bildirmiş, Cavabdeh1 xeyrinə irsdən imtina etdiyini və həmin miras əmlakdan heç bir pay tələbi olmadığını, gələcəkdə həmin miras əmlakdan pay tələbi üzrə məhkəmə və digər orqanlar qarşısında müddətin bərpası üçün iddia və şikayət etməyəcəyini, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini bildirmişdir. İşdə olan, qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən fərdi yaşayış evi X28 adına reyestr kitabında 84 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan, Ağstafa rayon Notariat kontoru tərəfindən təqsdiq edilmiş 22 oktyabr 1991-ci il tarixli 7191 reyestr nömrəli qanun üzrə vərərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X29 vərəsələri X30 və X31 ona məxsus Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən 600 kvm torpaq sahəsində yerləşən 1947-ci ildə çay daşından tikilmiş, birmərətəbəli, 3 otaqlı ümumi sahəsi 86.6 kvm, yaşayış sahəsi 77.5 kvm, inventar qiyməti 9609 manatdan ibarət yaşayış evinə dair bərabər hissələrdə irs almalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı 1981-ci il də mərhum X7 ilə evlənmişlər. Həmin vaxtdan etibarən ərinin valideyinlərinə məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsində tikilmiş ata evlərinə bitişik M.Ə.Sabir küçəsi 117 saylı evdə əri ilə birlikdə yaşamağa başlamışdır. X5 ilə birgə təsərrüfatı idarə etmişlər. Onlarla birlikdə X31 da həmin evdə qeydiyyatda olmaqla mirası faktiki olaraq qəbul etmişdir. X41 13 fevral 1987-ci ildə Qazax şəhərində vəfat etmişdir. X41 vəfat etdikdən sonra 22 oktyabr 1991-ci il tarixdə X30 və X31 müraciət edərək, X32 məxsus Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən 600 kvm torpaq sahəsində yerləşən 1947-ci ildə çay daşından tikilmiş, birmərətəbəli, 3 otaqlı ümumi sahəsi 86.6 kvm, yaşayış sahəsi 77.5 kvm, inventar qiyməti 9609 manatdan ibarət yaşayış evinə dair bərabər hissələrdə irs almışdır. Lakin vərəsəlik şəhadətnaməsi verilən zaman digər vərəsələrin imtinası alınmamışdır. X3 faktiki olaraq X30 və X31 ilə birgə həmin evə dair birgə təsərrüfatı idarə etmişdir. Lakin buna baxmayaraq həmin evdə valideyinləri ilə birgə yaşamış, təsərrüfatı birgə idarə etmiş, İbrahim Quliyevin miras əmlaka payın müəyyən edilməmiş, nə də notariat ofisində onun razılığının alınmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Odur ki, Ağstafa rayon Notariat kontoru tərəfindən təqsdiq edilmiş 22 oktyabr 1991-ci il tarixli 7191 reyestr nömrəli qanun üzrə vərərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilməli, xx.xx.1978-ci il tarixdə vəfat etmiş X22 miras qalmış Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən 600 kvm torpaq sahəsində yerləşən 1947-ci ildə çay daşından tikilmiş, birmərətəbəli, 3 otaqlı ümumi sahəsi 86.6 kvm, yaşayış sahəsi 77.5 kvm sahədən ibarət fərdi yaşayış evinə X14 vərəsələri Cavabdeh1, Cavabdeh2, X8 vərəsəsi İddiaçı və X15 vərəsəlikləri müəyyən edilməli və həmin əmlaka dair 1/3 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu vardır. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Göstərilənlərə əsasən məhkəməsi iş üzrə müəyyən edilmiş hallara görə, İbrahim Quliyev tərəfindən mirasın qəbul edilməsi, əmlaka sahiblik edilməsinə, əmlakı idarə etməyə faktiki başlamasına hüquqi qiymət verərək və Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrini tətbiq edərək, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin ötürülməməsi qənaətinə gəlir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Belə ki, 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Göstərilən Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Ağstafa rayon Notariat kontoru tərəfindən təqsdiq edilmiş 22 oktyabr 1991-ci il tarixli 7191 reyestr nömrəli qanun üzrə vərərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. xx.xx.1978-ci il tarixdə vəfat etmiş X22 miras qalmış Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən 600 kvm torpaq sahəsində yerləşən 1947-ci ildə çay daşından tikilmiş, birmərətəbəli, 3 otaqlı ümumi sahəsi 86.6 kvm, yaşayış sahəsi 77.5 kvm sahədən ibarət fərdi yaşayış evinə dair vərəsəlikləri müəyyən edilməklə həmin evin 1/3 hissəsinə X14 vərəsələri Cavabdeh1, Cavabdeh2, 1/3 hissəsinə X8 vərəsəsi İddiaçı və 1/3 hissəsinə X15 payları müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar