Məhkəmə qərarları › İş №2(023)-769/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-769/2024

20.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-769/2024 20.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 20 iyun 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-1424A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X10”na aid hissədə Ərizəçi1 və “X7”na aid hissədə Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsinə dair JN-1424A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onların adı Ərizəçi1 əvəzinə yanlış olaraq “X10” kimi və Ərizəçi2 əvəzinə yanlış olaraq “X7” kimi qeyd edilmişdir. Halbuki bütün sənədlərində onların adı Ərizəçi1 və Ərizəçi2 kimi qeyd edilmişdir. Qeyd olunan Şəhadətnamədə olan səhvlik torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması üçün onların hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçilərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1992-ci il tarixdə doğulmuş X4 atası X14, anası Ərizəçi2dır. Nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 və X12 xx.xx.2011-ci ildə 197 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Muxtarova soyadı verilmişdir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1992-ci ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1972-ci il tarixdə doğulmuş X2 atası X3, anası X5r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və X6 xx.xx.1992-ci ildə 118 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Səmədova soyadı verilmişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1972-ci ildə doğulmuşdur. JN-1424A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu Çaylı kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi X14, X7, X10, X13 və X8 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Çaylı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli 5-58-10-12-21/2-425/2024 saylı arayışından görünür ki, JN-1424A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Çaylı kənd sakinləri Ərizəçi1 və Ərizəçi2 adı səhvən X10 və X1 yazılmışdır. Çaylı kəndində adları qeyd olunan vətəndaşlardan başqa bu adda heç kim yaşamır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Çaylı kəndində yerləşən 0,07996 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN- 1424A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin bütün sənədlərində adı “Ərizəçi1 və Ərizəçi2” kimi göstərilsə də, JN-1424A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən “X10 və X7” kimi göstərilmişdir. Şəhadətnamədə səhvən göstərilən “X10 və X7” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi1 və Ərizəçi2”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-1424A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, şəxsiyyət vəsiqələrinin surəti, doğum və nikah haqqında şəhadətnamələr ərizəçilər tərəfindən onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-1424A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X10 və X7”na aid hissədə “Ərizəçi1 və Ərizəçi2”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-1424A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X10 və X7”na aid hissədə “Ərizəçi1 və Ərizəçi2”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar