Məhkəmə qərarları › İş №2(023)-775/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-775/2024

27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-775/2024 27.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 27 iyun 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon X15 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə JN-1191 KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət X1 aid olan hissədə Ərizəçi1, X4 aid olan hissədə X5 və X10 aid olan hissədə isə Ərizəçi2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlar ki, Qazax rayon X22 08 Sentyabr 1997ci il tarixli 10 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 0.65 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair tərtib olunmuş JN-1191 KOD-50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “Ərizəçi1”nun adı yanlış olaraq “X12” kimi, “X6”nın adı yanlış olaraq “X7” kimi, “Ərizəçi2 X2”nın adı yanlış olaraq “X13” kimi səhv qeyd edilmişdir. Halbuki onların bütün sənədlərində adları Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 kimi göstərilmişdir. Bu sənəddə texniki səhvə yol verilməsi torpaq sahəsinə dair alqı-satqı aparılması ilə bağlı onlara çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə göndərdikləri ərizədə, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər, işə onların iştirakları olmadan baxılaraq, ərizənin təmin olunmasını xahiş etmişlər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 XX.XX.1940-cı il tarixdə doğulmuşdur. Evlənmək haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 və X16 xx.xx.1966-cı ildə 23 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Mirzayeva soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, X11 atası X20, X21 olmaqla xx.xx.1946-cı ildə doğulmuşdur. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1946-cı il tarixdə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, X17 atası X29, X25 olmaqla xx.xx.1978-ci ildə doğulmuşdur. Nigah haqqında arayışdan görünür ki, X14 və X17 xx.xx.1998-ci ildə 10 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1978-ci il tarixdə doğulmuşdur. JN-1191 KOD-50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Çaylı kəndində yerləşən 0.65 hektar torpaq sahəsi X12, Ərizəçi3 Məhəmməd qızı, X14 və X8 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Çaylı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, JN-1191 KOD-50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 adı səhvən X12, Ərizəçi3 Məhəmməd qızı və X3 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Çaylı kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN-1191 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçiyə və mərhumlara məxsus bütün sənədlərdə “Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3” kimi göstərilsə də, JN-1191 KOD-50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “X12, Ərizəçi3 Məhəmməd qızı və X13” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X12, Ərizəçi3 Məhəmməd qızı və X13” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-1191 KOD-50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, doğum haqqında arayışlar, şəxsiyyət vəsiqələrinin surəti, nikah haqqında şəhadətnamənin surəti, ərizəçilər tərəfindən özlərinə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair alqı-satqı işlərinin aparılması üçün tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarına əsasən JN- 1191 KOD-50112018 nömrəli Torpağa mülkiyyət hüququ verilməsinə dair Dövlət Aktının “X12, Ərizəçi3 Məhəmməd qızı və X13”na aid hissənin “Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarına əsasən JN-1191 KOD-50112018 nömrəli Torpağa mülkiyyət hüququ verilməsinə dair Dövlət Aktının “X12, Ərizəçi3 Məhəmməd qızı və X13”na aid hissənin “Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar