Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-776/2024 21.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Xudaverdiyeva (Abdullayeva) Sayalı Xudaverdi qızı, Ərizəçi5 və Xudaverdiyeva (Cəfərova) Xəyalə Xudaverdi qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Xudaverdiyeva (Abdullayeva) Sayalı Xudaverdi qızı, Ərizəçi5 və Xudaverdiyeva (Cəfərova) Xəyalə Xudaverdi qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 21 iyun 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Xudaverdiyeva (Abdullayeva) Sayalı Xudaverdi qızı, Ərizəçi5 və Xudaverdiyeva (Cəfərova) Xəyalə Xudaverdi qızı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon X32 25 sentyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə JN-332A KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X28, X15, X29, X23 və X24”na aid hissədə “Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Xudaverdiyeva (Abdullayeva) Sayalı Xudaverdi qızı, Ərizəçi5 və Xudaverdiyeva (Cəfərova) Xəyalə Xudaverdi qızı”na məsus olması, Qazax rayon X32 25 sentyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə JN-104 KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının “X6, X10 və X30”na aid hissədə “Xudaverdiyeva (Abdullayeva) Sayalı Xudaverdi qızı, Ərizəçi5 və Ərizəçi3”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayon X32 25 sentyabr 1997ci il tarixli, 12 saylı qərarı ilə JN-332A KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Qazax rayonu Xanlıqlar kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi və Qazax rayon X32 25 sentyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə JN-104 KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı əsasında Qazax rayonu Xanlıqlar kəndi ərazisindən 1,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-332A KOD 50100078 nömrəli Şəhadətnamədə onların adı Ərizəçi1 əvəzinə yanlış olaraq X28, Ərizəçi2 əvəzinə yanlış olaraq X15, Ərizəçi3 əvəzinə yanlış olaraq Ərizəçi3, Xudaverdiyeva (Abdullayeva) Sayalı Xudaverdi qızı əvəzinə yanlış olaraq X23, Ərizəçi5 əvəzinə yanlış olaraq X29 və Xudaverdiyeva (Cəfərova) Xəyalə Xudaverdi qızı əvəzinə yanlış olaraq X4 qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN JN-104 KOD 50100078 nömrəli Dövlət Aktında da həmçinin Xudaverdiyeva (Abdullayeva) Sayalı Xudaverdi qızı əvəzinə yanlış olaraq X6, Ərizəçi5 əvəzinə yanlış olaraq X10, X11 əvəzinə yanlış olaraq X9 qeyd edilmişdir. Qeyd olunan Şəhadətnamədə və Dövlət Aktında olan səhvlik torpaq sahələrinə dair sənədləşmə işlərinin aparılması ilə bağlı çətinlik yaratmışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Xudaverdiyeva (Abdullayeva) Sayalı Xudaverdi qızı, Ərizəçi5 və Xudaverdiyeva (Cəfərova) Xəyalə Xudaverdi qızı ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçilərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuş Ərizəçi1 atası X12, anası X13r. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1958-ci ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə doğulmuş X1 atası X16, anası X17r. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1957-ci ildə doğulmuşdur. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1974-cü ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə doğulmuş X2 atası Ərizəçi1, anası Ərizəçi2dır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X31 və X7 xx.xx.2010-cu ildə 163 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1987-ci ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1985-ci il tarixdə doğulmuş Ərizəçi5 atası Ərizəçi1, anası Ərizəçi2dır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1985-ci ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1989-cu il tarixdə doğulmuş X3 atası Ərizəçi1, anası Ərizəçi2dır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X38 və X8 xx.xx.2012-ci ildə 24 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. AZE seriyalı 14103332 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi6 xx.xx.1989-cu ildə doğulmuşdur. JN 104 kod 50100078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Xanlıqlar kəndində yerləşən 1.70 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi1, Ərizəçi2, Ərizəçi5, X7, X8, X18 mülkiyyətinə verilmişdir. JN 332A kod 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Xanlıqlar kəndində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi X28, X15, X29, X23 və X14 mülkiyyətinə verilmişdir. xx.xx.2023-cü il tarixli və xx.xx.2008-ci il tarixli arayışlardan görünür ki, JN 104 kod 50100078 nömrəli Dövlət Aktında və JN 332A kod 50100078 nömrəli Şəhadətnamədə Ərizəçi1, Ərizəçi3, X7, Ərizəçi5 adı səhvən X28, X29, X5 qeyd olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN– 461 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin bütün sənədlərində adları “Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Xudaverdiyeva (Abdullayeva) Sayalı Xudaverdi qızı, Ərizəçi5 və Xudaverdiyeva (Cəfərova) Xəyalə Xudaverdi qızı” kimi göstərilsə də, JN 104 kod 50100078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN 332A kod 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X28, X15, X29, X23 və X24” kimi göstərilmişdir. Dövlət aktında və Şəhadətnamədə göstərilən “X28, X15, X29, X23 və X24” ilə şəxsiyyət vəsiqələrində və digər sənədlərdə göstərilən “Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Xudaverdiyeva (Abdullayeva) Sayalı Xudaverdi qızı, Ərizəçi5 və Xudaverdiyeva (Cəfərova) Xəyalə Xudaverdi qızı”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN 104 kod 50100078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN 332A kod 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə, doğum və nikah haqqında şəhadətnamələr, şəxsiyyət vəsiqələrinin surəti ərizəçi tərəfindən onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahələrinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-332A KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X28, X15, X29, X23 və X24”na aid hissədə “Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Xudaverdiyeva (Abdullayeva) Sayalı Xudaverdi qızı, Ərizəçi5 və Xudaverdiyeva (Cəfərova) Xəyalə Xudaverdi qızı”na məsus olması, Qazax rayon X32 25 sentyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə JN-104 KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının “X6, X10 və X30”na aid hissədə “Xudaverdiyeva (Abdullayeva) Sayalı Xudaverdi qızı, Ərizəçi5 və Ərizəçi3”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-332A KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X28, X15, X29, X23 və X24”na aid hissədə “Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Xudaverdiyeva (Abdullayeva) Sayalı Xudaverdi qızı, Ərizəçi5 və Xudaverdiyeva (Cəfərova) Xəyalə Xudaverdi qızı”na məsus olması, Qazax rayon X32 25 sentyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə JN-104 KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının “X6, X10 və X30”na aid hissədə “Xudaverdiyeva (Abdullayeva) Sayalı Xudaverdi qızı, Ərizəçi5 və Ərizəçi3”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-776/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-776/2024
21.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver